- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
TAYYİB ƏRDOĞAN: BAŞÖRTÜYÜ TƏHSİLƏ MANE OLA BİLMƏZ
BayBək, Azərbaycan | Thursday, 20th September , 2007 , 17:18 [pm] | İç Xəbərlər
![]() |
. | Türkiyə prezidenti Abdulla Gül eyni məsələyə dair deyib ki, bu, fərdi azadlıqlar sahəsinə aid bir məsələdir. Mövcud yasağın aradan qaldırılması nəticəsində başlarını örtməyən qadınlara baş örtüyü geymək üçün ictimai təzyiqin mümkünlüyü ilə bağlı səslənən narahatlıqlara gəlincə |
O, deyib ki, bəzi qızların baş örtüyünə görə ali təhsil almaq hüquqndan məhrum edilməsi ədalətli hal deyil. Financial Times qəzetinə müsahibəsində cənab Ərdoğan deyib ki, baş örtüyü məsələsi 1980-cil ildə hərbi çevrilişdən sonra cızılmış Konstitusiyaya təklif olunan dəyişikliklər yolu ilə həll edilməlidir.
Türkiyə prezidenti Abdulla Gül eyni məsələyə dair deyib ki, bu, fərdi azadlıqlar sahəsinə aid bir məsələdir. Mövcud yasağın aradan qaldırılması nəticəsində başlarını örtməyən qadınlara baş örtüyü geymək üçün ictimai təzyiqin mümkünlüyü ilə bağlı səslənən narahatlıqlara gəlincə prezident Gül bu cür narahatlıqlara əsas olmadığını deyib. Hazırda prezidentin və baş nazirin xanımları baş örtüyü geyir.
Və əhali AK partiyaya qüvvədə olan qadağanı aradan götürmək üçün təzyiq göstərir. Baş nazir Ərdoğanın baş örtüyü yasağına dair şərhi yeni Konstitusiya layihəsinə ediləcək dəyişikliklər barədə Türkiyə mətbuatına məlumatların sızdığı bir vaxt səslənib. Eyni məlumat sızıntılarında iddia edilir ki, hərbiyyənin səlahiyyətləri məhdudlaşdırıla, kürd dilinin tədrisində məhdudiyyətlər isə yumşaldıla bilər.deyerler
, Bir millətin səsi
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir