- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

Müəllimlər İnstitutunda hicablı tələbələri yenə dərsə buraxılmayıblar

BayBək, Azərbaycan | Sunday, 30th September , 2007 , 05:01 [am] | İç Xəbərlər

. Mətbuat və hüquq müdafiəçilərinin müdaxiləsindən sonra rektor güzəştə gedib: ikinci növbə maneəsiz olaraq dərslərə buraxılıb. Bu gün daha altı tələbə İnstitutun girişində saxlanılıb. Daha sonra isə onlar hüquq müdafiəçisinin müdaxiləsi ilə ikinci dərsə buraxılıblar. “Azərbaycan qanunvericiliyində ictimai yerlərdə hicab taxılmasına qadağa yoxdur və Təhsil Nazirliyi də təhsil müəssisələrində bunu qadağan etmir” - deyə Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bayam Hüseynzadə bildirib.


Azərbaycan Müəllimlər İnstitutunun iki tələbəsi çərşənbə axşamı hicab (baş örtüyü) taxdıqlarına görə yenidən auditoriyadan çıxarılıblar. Qızlar institutun rektoru Aqiyə Naxçıvanlının tapşırığı ilə dərslərə buraxılmayıblar. Rektor Aqiyə Naxçıvanlı bazar ertəsi tələbələri yalnız hicab taxdıqlarına görə dərsə buraxmayaraq onları seçim qarşısında qoyub – tabe olmaq, yaxud ali məktəbdən qovulmaq.

Mətbuat və hüquq müdafiəçilərinin müdaxiləsindən sonra rektor güzəştə gedib: ikinci növbə maneəsiz olaraq dərslərə buraxılıb. Bu gün daha altı tələbə İnstitutun girişində saxlanılıb. Daha sonra isə onlar hüquq müdafiəçisinin müdaxiləsi ilə ikinci dərsə buraxılıblar. “Azərbaycan qanunvericiliyində ictimai yerlərdə hicab taxılmasına qadağa yoxdur və Təhsil Nazirliyi də təhsil müəssisələrində bunu qadağan etmir” - deyə Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bayam Hüseynzadə bildirib.

Təhsil Nazirliyinin nümayəndəsi bildirib ki, nazirlik rektorun qanunsuz hərəkətlərini araşdırır. Qeyd edək ki, ölkə qanunvericiliyinə əsasən, hicablı qadınlara yalnız pasport üçün şəkil çəkdirərkən hicab taxmaq qadağan olunub. Digər hallarda isə dini geyim qanunvericiliyə zidd deyil.xxeber

BayBak, All about a Nation, Bir millətin səsi
Yazını epoçt adresinə göndər

Paylaş |
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://azr.baybak.com/il_2007_say_1133.azr
azeribaybak[at]gmail.com