- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyi Xaçmazda vəhhabi təriqətinin nümayəndələrinə qarşı xüsusi əməliyyat keçirir
BayBək, Azərbaycan | Monday, 1st October , 2007 , 18:10 [pm] | İç Xəbərlər
![]() |
. | Son məlumatlara görə, əməliyyat tədbirləri müxtəlif yaşayış məntəqələrində davam etdirilir. Bu tədbirlərin keçirilməsinin bir neçə gün əvvəl Qusar şəhərində polisləri yaralayaraq qaçan və hazırda axtarılan, vəhhabi kimi tanınan Telman Abdullayevlə əlaqədar olduğu da bildirilir. |
Sentyabrın 30-da axşam saatlarında Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Xaçmaz şöbəsi Xudat şəhərində vəhhabi kimi tanınan şəxslərin - Xudat şəhərinin keçmiş imamı Nadir Xosrovoğlunun, AMİP fəalı Şaban Eyvazovun və Qarabağ əlili Vaqif Talıbovun evində axtarış aparıb.
Əməliyyatda MTN-in Bakıdan ezam edilmiş xüsusi təyinatlıları da iştirak ediblər. APA-nın şimal bürosunun Xaçmaz rayon Polis şöbəsindəki mənbədən əldə etdiyi məlumata görə, axtarışlar zamanı külli miqdarda dini ədəbiyyat, bir ədəd tir tüfəngi, bir ədəd xəncər və digər əşyalar aşkarlanıb. Şaban Eyvazov və Vaqif Talıbov dünən axşam Xudat polis bölməsinə aparılıblar. Vaqif Talıbov dindirildikdən sonra sərbəst buraxılsa da, Şaban Eyvazov hələ də polisdə saxlanılır.
Məlumatlara görə, axtarış tədbirləri zamanı Nadir Xosrovoğlu evdə olmayıb. Xudat şəhər polis bölməsinin baş əməliyyat müvəkkili Binyaməddin Abuzərov APA-nın şimal bürosuna müsahibəsində keçirilən əməliyyatın polis şöbəsi ilə heç bir əlaqəsi olmadığını, buna görə də açıqlama verə bilməyəcəyini deyib. Axtarış keçirilən evlərin sakinləri isə açıqlamalarında müsadirə olunan dini ədəbiyyatın Bakının müxtəlif mağazalarından alındığını, evlərindən heç bir döyüş sursatı tapılmadığını söyləyiblər.
Son məlumatlara görə, əməliyyat tədbirləri müxtəlif yaşayış məntəqələrində davam etdirilir. Bu tədbirlərin keçirilməsinin bir neçə gün əvvəl Qusar şəhərində polisləri yaralayaraq qaçan və hazırda axtarılan, vəhhabi kimi tanınan Telman Abdullayevlə əlaqədar olduğu da bildirilir.apa
, Bir millətin səsi
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir