- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

ABŞ-ın AZƏRBAYCANDAKI SƏFİRLİYİ ÖNÜNƏ «ABŞ DEMOKRATİYASI ERMƏNİ LOBBİSİNİN GİROVLUĞUNDA» SÖZLƏRİ YAZILMIŞ ƏKLİL QOYULUB

BayBək, Azərbaycan | Friday, 19th October , 2007 , 08:00 [am] | İç Xəbərlər

. «ABŞ Nümayəndələr Palatası Xarici Əlaqələr Komitəsinin «erməni soyqırımı»nı tanımaq barədə qərarı Avropa dövlətlərinin arxasınca rəsmi Vaşinqtonun türk dünyasına əsl münasibətini aşkarlamasıdır». Bu sözləri Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı bu gün Beynəlxalq Mətbuat Mərkəzində keçirilən dəyirmi masada söyləyib.


«ABŞ Nümayəndələr Palatası Xarici Əlaqələr Komitəsinin «erməni soyqırımı»nı tanımaq barədə qərarı Avropa dövlətlərinin arxasınca rəsmi Vaşinqtonun türk dünyasına əsl münasibətini aşkarlamasıdır». Bu sözləri Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı bu gün Beynəlxalq Mətbuat Mərkəzində keçirilən dəyirmi masada söyləyib.

Onun sözlərinə görə, bu məsələdə narahatlıq həm də Qarabağ probleminin həllində ABŞ-ın ədalətli mövqe tutacağını şübhə altına alır.

Deputat Sabir Rüstəmxanlı diqqəti «erməni soyqırımı» ilə bağlı qərarların istər Avropada, istərsə də ABŞ-da qəbul edilmə tarixlərinə çəkərək, bunların islam dünyasında əziz günlərə təsadüf etdiyini deyib və bu addımı islam dünyasına münasibətin təzahürü adlandırıb: «Bu həqarətdir, türk-islam dünyasına həqarətdir, böyük türk keçmişi və gələcəyinə həqarətdir».

Deputat Fəzail İbrahimli ABŞ-ın bu münasibətinə təəccüb etmədiyini vurğulayıb. Onun fikrincə, Qərb artıq islam dünyasını birdəfəlik çökdürmək istəyir və bu yolda Türkiyənin sıradan çıxarılması əsas vəzifədir. Odur ki, Türkiyəyə qarşı belə hücumlar başlanıb.

Deputat Fazil Qəzənfəroğlu ABŞ-ın addımını Qərbin türk-islam dünyasına mövqeyinin üzə çıxması adlandırıb və bu ədalətsizliyin qarşısını almaq üçün ortaya xarakter qoymağın vacibliyini vurğulayıb.

Tədbirdə çıxış edən türkiyəli və azərbaycanlı tələbələr xarici dövlətlərin Türkiyəni parçalamaq istədiklərini bəyan ediblər.

«Turan» agentliyinin məlumatına görə, tədbirdən sonra iştirakçılar rəsmi Vaşinqtona qondarma soyqırımla bağlı qərarı pisləyən müraciət ünvanlayıblar. Bundan başqa, tədbir iştirakçıları Nümayəndələr Palatası Xarici Əlaqələr Komitəsinin məlum qərarına etiraz olaraq, üzərində «ABŞ demokratiyası erməni lobbisinin girovluğunda» sözləri yazılmış əklili ABŞ-ın Azərbaycan səfirliyi önünə qoyublar.mediaforum

BayBak, All about a Nation, Bir millətin səsi
Yazını epoçt adresinə göndər

Paylaş |
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://azr.baybak.com/il_2007_say_1297.azr
azeribaybak[at]gmail.com