- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
SON DURUM 2: SƏİD MƏTİNPUR BƏYİN HAQQINDA
BayBək, Azərbaycan | Wednesday, 12th December , 2007 , 22:40 [pm] | İç Xəbərlər
![]() |
. | Ətiyyə xanımın insan haqları üzrə dərin idrakı beynəlxalq insan haqlarını savunan qurumlara geniş meydan açır. Axı onun sözlərindən bu fikir calanır ki, Güney Azərbaycan milləti yapayalnız və yardımsız buraxılmış, lakin İran-mərkəzli millətin milli məfkurəsinin yoxsulluğuna baxmayaraq saymazyanadır, laqeyddir və qışyuxusuna qapınmışdır. Hər nə mənada olursa da olsun, o Tanrıya müraciət edir; nə isə biz bu fikri ifadə etmək zorundayıq ki, indi orta əsrlər deyildir axı 21-inci əsrdə insan |
Say: 473/2007
Tarix: 12 December 2007
BMT, İnsan Haqları üzrə Ali Komissarlıq
Lütfən bu ilətişməni İnsan Haqlarını Savunanlar üzrə Baş Katibin Özəl Təmsilçisinə çatdırın, habelə aşağıdakı qruplara da dəxli var:
• Öz-xoşuna Tutuqlular üzrə Çalışan Qrup
• Çağdaş İrqçilik və Ayrı-seçkilik üzrə Özəl Raporter
• Milli Azlıqlar üzrə Müstəqil Mütəxəssis
Üzü Dyke bəy, Xanım Harrison, Amnesty International, London
Bir Güney Azərbaycanlı vicdan dustağı
Ətiyyə Mətinpur: “Çağdaş Prometeus bugün tilsimdə, axı o ölməzliyin sirrini çözə bilmiş; bundan ötəri tilsim qırılacaq və yaraları toxlaqlığa uğrayacaq”
Sayın cənablar,
SON DURUM 2: SƏİD MƏTİNPUR BƏYİN HAQQINDA
Güney Azərbaycanının görkəmli insan haqları savunanı olan Səid Mətinpur bəyin insan haqlarını qorumaq üçün İlətişməmizin (Say: 458.2007, Tarix: 22 İyul 2007) davamında Son Durum 2-ni hüzurlarınıza sunuruq ki, o İran yetgililəri tərəfindən öz-xoşuna təqiblərə məruz qalmışdır. Diqqətinizə sunulan Cədvəl 1 bir bəlgənin tərcüməsidir ki, Mətinpur bəyin həyat yoldaşı, xanım Ətiyyə Mətinpurun tərəfindən yazılmış. Bu ərdəmli məktub o qədər müdrikcəsinə yazılmış ki, biz onun idrak dərinliyini siz ilə bölüşməməyə bilməzdik. Sizin diqqətinizi Ətiyə xanımın təsdiqlədiyi faktlara tuşlamaq istəyirik*:
• Mətinpur bəy 200 gündür ki, sərbəstliyindən yoxsun edilmiş və ona işgəncə qıyılmış.
• İran yetgililəri Mətinpur bəydən qılmadığı yaramazlıqlara işgəncə ilə iqrar almaq istəyirlər.
• Xanım Ətiyyə İran insan haqları müdafiə qurğusunda çuxurlara cummuş riyakarlığı aşkarlayır və göstərir ki nə təhər İran-mərkəzli məfkurəlilər, “üstün Ariya irqinə” daxil olmayan qonşu millətlərə zavallıca yanaşırlar.
Olduqca məmnunuq ki, Ətiyyə xanım boyun-əyməzcəsinə çıxış edir və fırıq yetgililərin yürütdükləri qorxunc hərəkətlərin qarşısında insan haqlarını savunanlara insanlığı yenidən canlandıranlar kimi baxır. Onun bulunduğu şərait içində bu təmkinli əzmi hər şəxs alqışlama zorunda deyilmi? Təşbihi məqamda sankı “bu iki gəncin evliliklərinin kəbini yüksək ərşdə kəsilmişdir və bu vücud-kamillər nə qədər bir birlərinə yaraşırlar.”
Ətiyyə xanımın insan haqları üzrə dərin idrakı beynəlxalq insan haqlarını savunan qurumlara geniş meydan açır. Axı onun sözlərindən bu fikir calanır ki, Güney Azərbaycan milləti yapayalnız və yardımsız buraxılmış, lakin İran-mərkəzli millətin milli məfkurəsinin yoxsulluğuna baxmayaraq saymazyanadır, laqeyddir və qışyuxusuna qapınmışdır. Hər nə mənada olursa da olsun, o Tanrıya müraciət edir; nə isə biz bu fikri ifadə etmək zorundayıq ki, indi orta əsrlər deyildir axı 21-inci əsrdə insan haqları bildirgəsi dəqiqən Mətinpur xanım kimi şəxslərin bu qədər çarəsizliyə məruz qalmalarının qarşısını almaq üçündür. Bu kimi güclü bəlgələrə dayanaraq bir dəfə daha sizə müraciət edərək ap-açığına belə ifadə edirik ki, Güney Azərbaycan millətinin savunması məhz sizin öhdəliyinizdə olan mandatlar ilə mümkündür. Biz əminik ki, siz öz məsuliyyətinizi düzgüncə yerinə yetirirsiniz. Qabaqcadan qayğınız üçün təşəkkür edirik.
Hörmət ilə,
Böyük Rəsuloğlu
Dünya Azərbaycanlılarının Haqlarını Müdafiə Komitəsinin sədri
* Bilgilər üçün [1] klik edin
, Bir millətin səsi==========
Buna bağli olan yazılar
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir