- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
“AZAL”da QİYAM
BayBək, Azərbaycan | Saturday, 29th December , 2007 , 11:58 [am] | İç Xəbərlər
![]() |
. | “Azərbaycan Hava Yolları” Dövlət Konserninin işçiləri ilə rəhbərlik arasında ciddi narazılıq baş qaldırıb. Konserndə rəhbərliyə qarşı əsl qiyam ab-havası hökm sürür. Bu barədə “Yeni Müsavat”a konsernin əməkdaşları məlumat veriblər. Onların sözlərinə görə, artıq narazılıq səbəbindən 6 peşəkar pilot “AzAL”ı tərk edib. Bundan başqa, konsernin aviatexnikləri də rəhbərlikdən ciddi narazıdırlar. Mənbə deyib ki, buna səbəb onların maaşlarının |
Bakı aeroportunun işi iflic ola bilər.
Pilotlar “Azərbaycan Hava Yolları” konsernini tərk edir, digər işçilər isə tətilə hazırlaşırlar.
“Azərbaycan Hava Yolları” Dövlət Konserninin işçiləri ilə rəhbərlik arasında ciddi narazılıq baş qaldırıb. Konserndə rəhbərliyə qarşı əsl qiyam ab-havası hökm sürür. Bu barədə “Yeni Müsavat”a konsernin əməkdaşları məlumat veriblər. Onların sözlərinə görə, artıq narazılıq səbəbindən 6 peşəkar pilot “AzAL”ı tərk edib. Bundan başqa, konsernin aviatexnikləri də rəhbərlikdən ciddi narazıdırlar. Mənbə deyib ki, buna səbəb onların maaşlarının azlığı, gecikdirilməsi və bəzi firma mallarının zorla işçilərə satılmasıdı.
“Aviatexniklərin işi çox məsuliyyətli və ağırdır. Amma buna baxmayaraq, maaşlar çox azdır. Hələ noyabrın 27-də maaşlar 100 faiz artırıldı və 450 manat oldu. Amma hələ də noyabr ayının əməkhaqqı verilməyib. Təyyarələrdə xidmət göstərən stüardessalar bir iş günü üçün 18, texniklər isə 6 manat alır. Ona görə də, aviatexniklər və konsernin digər əməkdaşları arasında ciddi narazılıq var. Belə getsə, Fransa və digər ölkələrdə olduğu kimi tətillərə əl atacağıq”.
Mənbənin bildirdiyinə görə, “AzAL”ın işçilərinin narazılığına səbəb olan başqa bir məqam konsernin prezidenti Cahangir Əsgərovun xanımına məxsus “Qazelli” firmasının mallarının bayramlar ərəfsində zorla onlara satılmasıdır: “İndi Yeni il ərəfəsində də bu firmanın mallarını zorla işçilərə satmaq istəyirlər. Ümumiyyətlə, ”AzAL”da vəziyyət çox pisdir. Belə getsə, işçilər kütləvi şəkildə işi dayandıracaqlar”.
Redaksiyamıza daxil olan məlumatla bağlı “AzAL”ın da mövqeyini öyrəndik. Konsernin vətəndaşların təklif, ərizə və şikayətləri ilə iş üzrə xidmət rəisi Məhərrəm Səfərli bizimlə söhbətində mənbənin verdiyi məlumatlarla bağlı bunları dedi: “Pilotların başqa ölkələrə köçüb getmələri halları olur və bu təbiidir. Son vaxtlarda, doğrudan da, bizim pilotlardan Türkiyə, Səudiyyə Ərəbistanı və digər ölkələrə köçüb gedənlər var. Amma bu, ”AzAL”da hər hansı problemin olması ilə bağlı deyil. Xarici kompaniyalar onlara daha çox pul təklif edirlər, pilotlar da çıxıb gedirlər. Burada təəccüblü heç nə yoxdu. Digər tərəfdən də, bizim “Boinq”lərin və “Aerobus”ların kapitanları 10 min manat maaş alırlar. İkinci pilotların maaşı isə 8 min manatdır. Amma biz neynəyək ki, başqa kompaniyalar onlara 30 min dollar təklif edirlər, pilotlar da həmin şirkətlərdə işləməyi seçirlər”.
Aviatexniklərin maaşlarının gecikdirilməsinə gəlincə, M.Səfərli bunları dedi: “Artıq bu gündən (dünən-T) onların noyabr ayının maaşları bankomatlara oturub, buyurub ala bilərlər”.
Konsernin işçilərinə “Qazelli” firmasının mallarının satılmasını isə xidmət rəisi “yalan” adlandırdı: “Bu cür məlumatlara obyektiv yanaşmaq lazımdı. Bizim bayramlarda işçilərə hansısa firmanın malını hədiyyə edərək, sonra onlardan pul istəməyimizi iddia etmək gülüncdür. Ola bilsin ki, bayramlarda, xüsusən də 8 Martda işçilərə hansısa firmanın, lap ”Qazelli”nin malları hədiyyə edilsin. Amma bu, pay kimi onlara təqdim olunur və heç kimdən pul yığılmır”.musavat
, Bir millətin səsi
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir