- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
TƏHSİL NAZİRLİYİ QARŞISINDA VALİDEYN ETİRAZLARI
BayBək, Azərbaycan | Friday, 6th July , 2007 , 16:03 [pm] | İç Xəbərlər
![]() |
. | imtahan vermələrinə şərait yaradılmasını tələb ediblər. Məsələ ilə bağlı jurnalistlərə açıqlama verən təhsil naziri Misir Mərdanov Azərbaycanın dörd rayonunda buraxılış imtahanlarını test üsulu ilə mərkəzləşdirilmiş qaydada aparıldığını deyib.
Nazir bildirib ki, həmin valideynlər yetərli savadı olmayan övladlarına attestat almaq istəyirlər: “Biz qəbul edirik ki, Azərbaycanda orta təhsil icbaridir, lakin 11 il |
Dünən Bakının Səbail və Xətai rayonlarının 236, 249, 63 saylı orta məktəblərindən olan bir qrup məzunun valideynləri Təhsil Nazirliyinin qarşısında piket keçirib. Valideynlər həmin orta məktəblərdə buraxılış imtahanlarının test üsulu ilə keçirildiyini bildiriblər. Onlar övladlarının test imtahanlarından keçmədiyinə görə attestat ala bilmədiklərini deyiblər. Valideynlər yaranmış vəziyyətdən narazı olduqlarını, övladlarının yenidən imtahan vermələrinə şərait yaradılmasını tələb ediblər. Məsələ ilə bağlı jurnalistlərə açıqlama verən təhsil naziri Misir Mərdanov Azərbaycanın dörd rayonunda buraxılış imtahanlarını test üsulu ilə mərkəzləşdirilmiş qaydada aparıldığını deyib.
Nazir bildirib ki, həmin valideynlər yetərli savadı olmayan övladlarına attestat almaq istəyirlər: “Biz qəbul edirik ki, Azərbaycanda orta təhsil icbaridir, lakin 11 il təhsil alan şagirdin yalnız müəyyən standartlara cavab verən hissəsinə attestat verilməlidir. Biliyi olmayanlar attestat almaq üçün gələn tədris ilində imtahan verə bilər”. M.Mərdanov deyib ki, hətta son zamanlar ali məktəb diplomu almaq da icbari səviyyəyə çatıb: “Bu bizim təhsili hörmətdən salır”.apa
, Bir millətin səsi
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir