- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

İRANIN FARS REJİMİNİN BABƏKİN DOĞUM GÜNÜ İLƏ BAĞLI UĞURSUZ CƏHDLƏRİ - Babək Azəri

BayBək, Azərbaycan | Monday, 9th July , 2007 , 19:20 [pm] | Məqalə-Yazi

. O cümlədən, İranın “Cümhuri islami” Xəbər Agentliyinin verdiyi məlumata görə Bəsicin hərbi və mədəni qüvvələri geniş formada Babək qalasında mərasimlər keçirmişlər.

Bizə verilən məlumata görə bu hərbi qüvvələrin sayı 40 min nəfərdən artıq olmuşdu. Amma rejim onların sayın dövlətin televiziya, radio və qəzet kimi kütləvi mətbuat orqanlarında 800 nəfər elan edib. Qeyd edək ki, bu hərbi qüvvələrin çoxu və demək olar ki, hamısı farsların kompakt yaşadığı məntəqələrdən Babək qalasına gətirilmişdir. Bu hərbi qüvvələr Babək qalasında hərbi manevr bəhanəsi ilə hərbi nümayişlər keçirir və oradan müntəzəm güllə və ağır



Bu il də keçən ilki kimi İran fars rejimi tam imkanlarından istifadə edərək Babək qalasında Babək Xürrəmdinin — başı Bağdadda ayağı Hindistanda olan azman ərəb xilafətinə qarşı 23 il dönmədən mübarizə aparmış, Azərbaycanın müstəqilliyi uğrunda canından keçmiş və ” Bir gün azad yaşamağı qırx il qul kimi yaşamaqdan üstün tutmuş!” Azərbaycanın milli qəhrəmanının doğum günü ilə bağlı kütləvi keçirilən mərasimlərin qabağını almışdı. O cümlədən, İranın “Cümhuri islami” Xəbər Agentliyinin verdiyi məlumata görə Bəsicin hərbi və mədəni qüvvələri geniş formada Babək qalasında mərasimlər keçirmişlər.

Bizə verilən məlumata görə bu hərbi qüvvələrin sayı 40 min nəfərdən artıq olmuşdu. Amma rejim onların sayın dövlətin televiziya, radio və qəzet kimi kütləvi mətbuat orqanlarında 800 nəfər elan edib. Qeyd edək ki, bu hərbi qüvvələrin çoxu və demək olar ki, hamısı farsların kompakt yaşadığı məntəqələrdən Babək qalasına gətirilmişdir. Bu hərbi qüvvələr Babək qalasında hərbi manevr bəhanəsi ilə hərbi nümayişlər keçirir və oradan müntəzəm güllə və ağır silahların səsi eşidilmişdi.Hətta hərbi vertaliyotlar çox az fasilə ilə qalanın ətrafında uçmaqla məşqlər etmişdirlər. İran fars rejiminin Babək qalasında onun ad gününü qeyd etməsi bununla bitməmiş, belə ki, hərbi məşqlərlə paralel mədəni fəaliyyət bəhanəsi ilə Babək qalasında səs gücləndirən aparatlar vasitəsi ilə fars dilində dini mahnılar yaymışdırlar. Və üstəgəl millətə hədə - qorxu gəlib, bura gələnləri axmaqcasına Türkiyə cəsusu adlandırıb və allahın düşməni kimi təqdim etmişdirlər.

İran fars rejimi Azərbaycan xalqının azadlıqsevər oğlunun dağ başındakı məkanına gələn bütün yolları tamam kəsmiş və bu yolların üzərində hərbi məntəqələr qurmuşdurlar. Həmin məntəqələrdə bilgisayarlar yerləşdirilmişdir ki, onların da yaddaşında bütün Azərbaycanlı aktivlərin adı, şəkli, barmaq izləri olmuşdur. Elə bu hərbi məntəqələrdə fars yaşayış zonalarından gələn məmurlar, qalaya doğru gələn maşınları saxlayıb və o bilgisayarda olan məlumatlar əsasında Azərbaycan aktivlərini tuturmuşlar. Aldığımız məlumatda göstərilir ki, “Mumtaz ” adlı kibrit fabrikinin sahəsində saxlayıb və qisa sorğu - sualdan sonra Təbriz ettillatının maşınları ilə Təbriz zindanına və naməlum yerlərə göndərirmişlər. Hətta raportlarda göstərilir ki, bu hərbi məntəqələrdə başı, üzü qanlı Azərbaycanlı aktivlər saatlarla yol qırağında saxlanılaraq ordan gəlib keçən milləti qorxutmaq üçün göz dağı kimi nümayiş etdirilirmiş.

Bu ildə keçən ilki kimi bu hərbi təzyiqlər səbəb olub ki, Azərbaycan milləti kütləvi formada, yüz minlərlə insan eyni vaxtda Babək qalasında mərasim keçirə bilməyə. Bu ildə keçən ilki kimi Azərbaycan aktivləri İranın fars rejiminə xəbərdarlıq ediblər ki, əgər Babək qalasında mərasimin qabağı alınarsa, Güney Azərbaycan şəhərlərində etiraz aksiyaları keçiriləcək. Və Azərbaycan xalqı həmişə olduğu kimi indi də dediyinə əməl edib. Beləki, Babək Xürrəmdin ad gününü kütləvi şəkildə qalada keçirmək mümkün olmasa da, Güney Azərbaycan şəhərlərində də çox təntənəli keçirilmişdir. Azərbaycanlılar ad günü ilə bağlı gördükləri maraqlı hazırıqlıqları ilə fars rejiminə surpiriz etmişdirlər. Beləki Güneyin çeşidli şəhərlərində Babəkin ad günü ilə bağlı damlara çıxıb səmaya fişəng buraxıb, şəhərdə şadlıq səs - küyü salmışdırlar. Aldığımız məlumata görə yüzlərlə ailə üzvləri Urmuda şəhərdəki çay qırağına və parklara yığışıb axşam saat 9 : 00 - da göyə fişəng atıblar. İranın ettillat məmurları fişəng atılan yerə hücüm edib çatana qədər şəhərin başqa nöqtələrindən fişəngdən yayılan işiq göyə qalxıb. Qeyd edək ki, bu iş uğurla davam tapıb.

Amma çox təssüf, bu məsələ ilə əlaqədar 21 nəfər tutulub və ağır ittihamlarla Urmunun inqilab məhkəməsinə aparılıb. Tutulanların içərisindən öyrənci aktiv Əkbər Nikcunun da adı gözə dəyir.

İran fars rejiminin agentləri güclənib, amma bu mərasimlərin qabağını heç cürə ala bilməyiblər. Əlbəttə, Güney Azərbaycanın şəhərlərində etiraz aksiyaları da keçirilib. Ən kütləvi etirazlar Güney Azərbaycanın baş kəndi Təbrizdə olub. 07.07.07 - ci il tarixində şəhərin Rasta küçəsində Azərbaycanlı gənclər etiraz aksiyası keçirib və İranın fars rejiminin Babək qalasında keçiriləcək mərasimin qabağını almalarını pisləmişlər. Amma İran rejiminin agentləri, çoxlarının üzü bağlı motoskletlə millətə həmlə edib vəhşicəsinə polis zopası ilə onları vurmağa başlayıblar. Tutulanların sayı çoxdu və biz aldığımız məlumata görə Həmid Purvəlı ( 27 yaşı var ) və Vəli Fatullahhi ettillat məmurları tərəfindən tutulub və naməlum yerə aparılıb.

Təbrizdə keçirilən etiraz aksiyası Güney Azərbaycanın şəhərlərində olacaq kütləvi etiraz aksiyalarına bir qığılcımdır. versyia
Babək Azəri, hüquqşünas

BayBak, All about a Nation, Bir millətin səsi
Yazını epoçt adresinə göndər

Paylaş |
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://azr.baybak.com/il_2007_say_437.azr
azeribaybak[at]gmail.com