- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
BU GÜN GÜNEY AZƏRBAYCANDA QAN TÖKÜLƏ BİLƏR
BayBək, Azərbaycan | Tuesday, 22nd May , 2007 , 19:12 [pm] | İç Xəbərlər
![]() |
. | Bu gün karikatura qalmaqalı ilə bağlı Güney Azərbaycanda baş vermiş hadisələrin ildönümü tamam olur. Bu məqsədlə keçiriləcək aksiyaların, şəhidləri anma tədbirlərinin qarşısını almaqdan ötrü Tehran rejimi Güneydə həbsləri davam etdirir. Ancaq bütün təzyiqlərə baxmayaraq, milli hərəkatın izdihamlı aksiyalar keçirəcəyi bildirilir. Rejimin sərt tədbirlərinin davam edəcəyi təqdirdə güneydə növbəti dəfə qanlı toqquşmaların baş verəcəyi narahatçılıq doğurur. |
Bu gün karikatura qalmaqalı ilə bağlı Güney Azərbaycanda baş vermiş hadisələrin ildönümü tamam olur. Bu məqsədlə keçiriləcək aksiyaların, şəhidləri anma tədbirlərinin qarşısını almaqdan ötrü Tehran rejimi Güneydə həbsləri davam etdirir. Ancaq bütün təzyiqlərə baxmayaraq, milli hərəkatın izdihamlı aksiyalar keçirəcəyi bildirilir. Rejimin sərt tədbirlərinin davam edəcəyi təqdirdə güneydə növbəti dəfə qanlı toqquşmaların baş verəcəyi narahatçılıq doğurur.
Azərbaycan Siyasi Məhbuslarını Müdafiə Komitəsinin (ASMƏK) 20 may tarixli hesabatına görə, son iki həftə ərzində İranda 150-dən çox azərbaycanlı fəal həbs edilib. Daha çox insanın isə ev və iş yerləri daimi nəzarət altına alınıb və ETTELLAAT-a çağırılan minlərlə vətəndaşın yığıncaqlardan imtina etməsinə göstəriş verilib. Ötən ilin karikatura qalmaqalında ən çox qanlı hadisələrə şahid olan Sulduz (Nəqədə) şəhərində bu günlər daha ciddi təhlükəsizlik tədbirlərinin həyata keçirildiyi bildirilir.
ASMƏK-dən verilən məlumata əsasən son 10 gün ərzində burada təxminən 60 fəal nəzarət altına alınıb. Şəhərin Furudabad məhəlləsində 5 CD satışı dükanı Azərbaycan CD-lərini yaydığı üçün qapadılıb və şəhərə nəzarət Qərbi Azərbaycan vilayətindəki yüksək rütbəli ordu zabiti Sərdar Kərəmiyə tapşırılıb. Sulduzda həbs olunanlar arasında 21 yaşlı tələbə Mehdi (Elman) Nuri, “Bilim Yolu” mədəniyyət mərkəzinin yaradıcısı Mir Əli Rzayi, professor İbrahim Müini, özfəaliyyət Azərbaycan milli rəqs qrupunun üzvü Fəraməz Qulamzadə, yazıçı və jurnalist İsa Yeganə, “Yanan” təxəllüsü ilə tanınan Azərbaycan şairi, mühəndis İsmayıl Bəhrami, orta məktəb müəllimi Kərim Nəimi, tanınmış fəal Behzad Qoçayi, Mustafa Qasimi və Mehdi Vahidinin adları çəkilir. Xatırladaq ki, azərbaycanlıları təhqir edən karikaturalara qarşı bir il bundan əvvəl keçirilən etirazlar Sulduzda polisin nümayişçilərə atəş açması və dörd nəfərin qətlə yetirilməsi ilə nəticələnmişdi.
“Urmu News” xəbər saytının məlumatına görə, mayın 19-u gecə saatlarında Urmiyə universitetinin üç tələbəsi şəhərin küçələrində ETTELAAT məmurları tərəfindən tutularaq naməlum istiqamətə aparılıb. Bununla son bir həftə ərzində Urmiyədə tutulan fəalların sayı 28-ə çatıb. “Azadlıq” radiosunun xəbərində bildirilir ki, Təbriz fəallarından Fərrux Haşımzadə mayın 15-də yenidən həbs edilib. O, mayın 8-də nəzarət altına alındıqdan üç gün sonra azad edilmişdi. Bu haqda bəyanat verən ASMƏK Haşımzadənin dükanından may hadisələrinin ildönümü ilə bağlı çağırış vərəqələrinin tapıldığını bildirir.
Həmin məlumata görə, ötən həftə Təbrizdə həbs edilən Hüseyn Nəsiri və Əmrulla Hüseyniyana qarşı bu günə qədər rəsmi ittiham irəli sürülməyib. Təbrizdə tutulanlar arasında 22 yaşlı fəal Fərəc Nuri, onun kiçik qardaşı 15 yaşlı İbrahim Nuri, Riza Xəzrinin adı çəkilir. musavat
, Bir millətin səsi
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir