- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

Hicaba qarşı qadağa təhsil qanundan çıxarılacaq

BayBək, Azərbaycan | Tuesday, 1st January , 2008 , 08:40 [am] | İç Xəbərlər

. «Təhsil haqqında» qanun layihəsi deputatların sərt təpkisi ilə qarşılaşdı.
Cəmil Həsənli: «Müəllimlər ordusunu ac saxlamaqla inflaysiyaya qarşı mübarizə aparmaq düzgün deyil».

Milli Məclisin dünən keçirilən iclası «Təhsil haqqında» qanunun müzakirəsinə həsr olundu. İclasa sədrlik edən spiker Oqtay Əsədov bütün deputatları qanunun müzakirəsində fəal olmağa çağırdı.



«Təhsil haqqında» qanun layihəsi deputatların sərt təpkisi ilə qarşılaşdı.
Cəmil Həsənli: «Müəllimlər ordusunu ac saxlamaqla inflaysiyaya qarşı mübarizə aparmaq düzgün deyil».

Milli Məclisin dünən keçirilən iclası «Təhsil haqqında» qanunun müzakirəsinə həsr olundu. İclasa sədrlik edən spiker Oqtay Əsədov bütün deputatları qanunun müzakirəsində fəal olmağa çağırdı.

Əvvəlcə Elm və təhsil məsələləri daimi komissiyasının sədri Şəmsəddin Hacıyev layihə ilə bağlı geniş məlumat verdi. Onun sözlərinə görə, yeni təhsil qanunu reallıqlarla yanaşı müasir təhsil standartlarına cavab verir: «Təhsil qanunvericiliyinin əsas məqsədi vətəndaşların konstitusiya ilə müəyyən olunmuş təhsil hüququnun təmin edilməsidir. Dövlətin təhsil sahəsində siyasəti humanistlik, demokratiklik, səmərəlilik, liberallıq və bir neçə prinsipə əsaslanır».

Təhsilin təşkili formasının qanun layihəsinin 12-ci maddəsində öz əksini tapdığını deyən Ş.Hacıyevin sözlərinə görə, təhsil formaları formal, qeyri-formal və informal olacaq.

Aspirantura ləğv edilir

Komissiya sədri həmçinin, təhsilin pillələri ilə bağlı danışdı: «Qanunun 17-ci maddəsində bu öz əksini tapıb. Beləliklə təhsil aşağıdakı pillələrdən ibarət olacaq.
17.1.1 Məktəbəqədər təhsil;
17.1.2 Ümumi orta məktəb təhsili:
17.1.2.1 ibtidai təhsil;
17.1.2.2 ümumi orta təhsil;
17.1.2.3 tam orta təhsil.
17.1.3 İl peşə-ixtisas təhsili;
17.1.4 Orta peşə-ixtisas təhsili;
17.1.5 Ali təhsil:
17.1.5.1 bakalavriat
17.1.5.2 magistratura
17.1.5.3 doktorantura
Ş.Hacıyevin sözlərinə görə, qanunvericiliyə görə, təhsilin bütün pillələri üzrə fəaliyyət müavafiq qanunvericilik aktları ilə tənzimlənir və ibtidai təhsil istisna olmaqla təhsilalanın əvvəlki pillədə əldə etdiyi nailiyyətlər növbəti pillədə təhsilin davam etdirilməsində nəzərə alınır.
Qanunun üçüncü fəslində təhsil sisteminin idarə olunması və təhsil subyektlərinin hüquq və vəzifələrinin öz əksini tapdığını deyən Ş.Hacyev bildirdi ki, təhsil sahəsində müavfiq icra hakimiyyəti orqanlarının səlahiyyətləri tam şəkildə əks olunub.

Qarabağın azadlığna inanıram, amma təhsil qanununun qəbuluna inanmıram

Deputatlardan ilk çıxış edən Zahid Oruc oldu. Onun sözlərinə görə, ictimaiyyət «Təhsil haqqında» qanunun müzakirəsini çoxdan gözləyir: «Lakin mən Dağlıq Qarabağın işğaldan azad olunacağına inandığım qədər bu qanunun qəbuluna inanmıram».
Deputatın sözlərinə görə, adıçəkilən qanunun indiyə qədər qəbul edilməməsində maraqlı qüvvələrin əli olub: «Mən istəyərdim ki, bu qanun təhsil sahəsindəki mövcud reallığı dəyişsin».

Hicaba qadağa aradan götürülsün

Qanun layihəsi ilə bağlı fikirlərini açıqlayan deputat bildirdi ki, sənəddə bir-birini təkzib edən məqalar çoxluq təşkil edir: «Bir tərəfdən burada bəyan olunur ki, Azərbaycanda təhsil dünyəvidir, digər tərəfdən isə qanunun başqa bir maddəsində hicaba qadağa qoyulur. Məncə bu yol verilməzdir».

Müəllimlər də and içsin

Z.Oruc həmçinin, təklif etdi ki, qanun layihəsinə müəllimlərin peşə fəaliyyətinə başlaması ilə bağlı And içmələri barədə bənd salınsın.

Müəllimləri ac saxlamaqla inflyasiyanın qarşısını almaq olmaz

Millət vəkili Cəmil Həsənli isə öz çıxışını elm, təhsil adamlarının sosial müdafiəsi istiqamətində qurdu. Onun sözlərinə görə, Azərbaycanın elm, təhsil ictimaiyyəti təhsil qanununun qəbulu ilə bərabər həyat şəraitlərinin dəyişəcəyinə ümid edir: «Qanun layihəsinin əvvəlki variantlarında bu məsələ bu və ya digər dərəcədə nəzərə alınmışdı. Amma yeni variantda müəllimlərin maddi cəhətdən təmin edilməsi, yaxud sosial cəhətdən müdafiə olunmaq cəhdi gücləndirilmək əvəzinə zəifləşdirilib. Təhsil işçilərinin əmək haqqı ölkədəki orta əmək haqqından aşağı ola bilməz. Bu gün ali məktəblərdə işləyən müllimlərin, profesorların, dossentlərin maddi vəziyyəti olduqca çətindir.

Mənim fikirimcə təhsil qanununun aparıcı istiqaməti təhsilə yetərincə pul buraxılmasındadır. Təəssüf ki, bəzi hallarda belə fikirlər səslənir ki, biz pul buraxa bilrəmik çünki, inflaysiya olacaq. Hesab edirəm ki, geniş müəllimlər ordusunu ac saxlamaqla inflaysiyaya qarşı mübarizə aparmaq düzgün deyil».

C.Həsənlinin sözlərinə görə, Rusiyada elmlər doktoru 7 min rubl, elmlər namizədi isə 5 min rubl əlavə pul alır: «Bizdə isə elmlər doktoru 50 manat, elmlər namizədi isə 15 manat alır. Oqtay müəllim, bu gün orta məktəblərdə orta əmək haqları təxminən 60 manatdır. Əgər qanunun işləməyini istəyiriksə bu məsələ həll olunmalıdır».

Bu qanun sosializmidən əl çəkmədiyimizi göstərir

YAP-çı deputat Siyavuş Novruzov da layihəni tənqid edənlər sırasında oldu. Onun sözlərinə görə, layihəyə nəzər yetirəndə hiss olunur ki, hələ də sosializmdən əl çəkə bilmirik: «Nə də yeniliyə qoşula bilmirik. Qanun konkret olmalıdır. Biz nə istəyirik? İkisinin calağı heç cür effekt verməyəcək, meyvələrin hərəsi bir cür olacaq. Hərə közü öz qabağına çəkmək itstəyir. Qanun ayrı-ayrı fərdlərə, rektorlara səlahiyyət verilməsi üçün nəzərdə tutulmalı deyil. Rektorlar, direktorlar əbədi deyillər. Qanunda rektorun hüququndan daha çox müəllimin, tələbənin hüququna fikir verməliyik».

Ali məktəblərə hicabla gəlməyə qadağa qoyulmasını düzgün hal olmadığını deyən deputat bildirdi ki, bu səlahiyyət ali məktəb rəhbərlərinin ixtiyarına buraxılmalıdır: «Bu barədə institutlar, elmi şuralar qərar çıxarmalıdır. Əgər bunu qanuna salsaq, layihənin müsbət məqamları qalacaq bir kənara, hər kəs bunun üstünə düşəcək».

Lisenziyalar birdəfəlik olsun

Beş ildən bir lisenziya alınmasını rüşvət mənbəyinə çevrilə bilər: Burda zəfəran iyi uzaqdan gəlir. Harda görünüb ki, hansısa instututa beş ildən sonra yenidən lisenzia alsın. Qeydiyyat birdəfəlik olmalıdır. Əgər nə vaxtsa təhsil müsəsisəsi qanunu pozarsa müvafiq strukturlar buna uyğun tədbir həyata keçirməlidir.

Qızıl medalı rüşvət verənlər alacaq

S.Novruzov orta məktəblərdə qızıl, gümüş medalların verilməsinin də əleyhinə çıxdı: «Görmüşük də, o vaxtlar bir dənə də əlaçı medal ala bilmirdi. Kim gedib məsələsini rayon təhsil şöbəsində həll edirdisə, o da medal alırdı. Nəticədə yaxşı oxuyanın həvəsini öldürəcək».
Olimpiadalarda qalib gələnlərin imtahansız ali məktəblərə qəbuluna gəlincə, deputat bildirdi ki, burada bərabərlik prinsipi pozulur: «Bir Adam ki, olimpiadada yaxşı bal toplayıb, gəlib burada da toplasın».

Hiacaba qadağa qanundan götürüləcək

Deputatların hicabla bağlı dediklərinə münasibət bildirən Oqtay Əsədov onların fikirlərini dəstəklədiyini dedi: «Mən də hesab edirəm ki, bu barədə qanuna müddəa salmaq lazım deyil. Şəmsəddin müəllimlə bu barədə danışdım».

Bu bu qadağanın aradan qaldırılması Buhuttonun ölümü ilə bağlıdır

Qüdrət Həsənquliyev isə hicaba qadağa ilə bağlı qanun layihəsində əks olunan müddəanın aradan götürüləcəyi ilə bağlı vədləri Pakistan müxalifətinin lideri Bənnazir Buhuttonun ölümü ilə əlaqələndirdi: «Yəqin ki, bu Buhuttonun ölümü ilə bağlıdır».
Q.Həsənquliyevin fikirincə, din Azərbaycana xaricdən idxal olunur: «Ona görə də hesab edirəm ki, təzyiqlərin qarşısında geri çəkilmək lazım deyil. Din cəhalət gətirir».

Lakin onun söylədiyi fikirlər Bahar Muradova tərəfindən bəyənilmədi: «Bu qadağanın qanun layihəsindən çıxarılacağı barədə deyilənlərin Buhuttonun ölümünə heç bir aidiyyatı yoxdur».

Diplom yox, yaxşı təhsil dalınca qaçmaq lazımdır

Əli Əhmədov cəmiyətin diploma meylliliyin azaldılmasının vacibliyini qeyd etdi: «Təəssuf ki, biz də yaxşı təhsil yox, diplom almaq barədə düşünürlər. İnsanlar daha çox təhsil almaq haqqında düşünməlidirlər. Bu istəyin qarısını almadan Azərbaycanda təshil sahəsindən ciddi dəyişiklətin əldə olunacağına inanmaq çətindir».

Pənah Hüseynin başsağlığı

Millət vəkili Pənah Hüseyn yeni layihəni 1992-ci ildə qəbul edilən «Təhsil haqqında» qanunla müqayisə etdi: «İstənilən şəxslərlə dialoqa getməyə hazıram. Bu sənəd 1992-ci ildə qəbul edilən qanundan pisdir. Köhnə qanunda təhsilin inkişafı və o cümlədən təhsil işçilərinin vəziyyətinin yaxşılaşdırılması ilə bağlı olan mütərəqqi məqamlar burada yoxdur. Ona görə də mən bəribaşdan Azərbaycanın təhsil ictimaiyyətinə başsağlığı verirəm. Çünki, təhsil ictimaiyyəti gözləyirdi ki, bu qanun onların sosial vəziyyətlərinin yaxşılaşdırılmasında hüquqi baza rolunu oynayacaq. Amma təəssüf ki, həmin gözləntilər olmadı».

P.Hüseyn onu da bildirdi ki, layihənin bu şəkildə ortalığa çıxarılması həm də hakimiyyətin təhsil ictimaiyyətinə verdiyi dəyərin göstəricisi sayılmalıdır.

Rektorların seçki yolu müəyyən olunması ali məktəblərdə regional qrupların yaranmasına gətirib çıxaracaq

Deputat Fəzail İbrahimli bəzi həmkarlarının ali məktəb rektorlarının seçki yolu ilə müəyyənləşdirilməsi barədə təkliflərinə qarşı çıxdı: «Mən sizi inandırım ki, bu heç zaman effekt verməyəcək. Həmin an universitetlərdə regional amillər qabardılacaq və seçilən rektor ya bir regionun adamı olacaq, ya da oradakı qruplaşmaların girovuna çevriləcək.

Qızıl medallılara ali məktəblərə qəbul proseslərində üstünlük verilsin

Tahir Rzayev isə öz çıxışında orta məktəbi qızıl medalla qurtaran tələbələrə ali məktəblərə qəbul prosesində üstünlük verilməsini təklif etdi: «Əgər bu medalların təsiri olmayacaqsa, onda bu nəyə lazımdır».

Misir Mərdanov da narazıdır

İclasda çıxış edən təhsil naziri Misir Mərdanov əvvəlcədən də gözlənildiyi kimi layihə ilə bağlı tənqidi fikirlərini açıqladı. Onun fikrincə orta məktəbdə icbari təhsilin 9-cu sinifə qədər nəzərdə tutulması fəsadlar yarada bilər: «Yəqin ki, bundan sonra 10-11-siniflərin bir hissəsi ya da hamısı ödənişli olacaq. Bunu hələ dəqiq demək mümkün deyil. Amma birdən-birə bu addımı atmaq təhlükəlidir. Çünki ildə təxminən 130-140 min şagird təhsil alır. Onların birdən-birə təhsildən kənarda qalması hansı nəticələr verəcək? Yenə heç olmasa bilirsən ki, uşaq evdən çıxıb məktəbə gedib. Bütün dünya ölkələri 12 illik orta təhsil sisteminə keçir.

İndiki layihədə göstərilən müddəalar qəbul olunsa, təxminən 150 minə yaxın gəncin problemləri olacaq». Nazirin fikrincə, nəzəri cəhətdən yaxşı görünən məsələlərin hamısı heç də təcrübədə özünü doğrultmur: «Qanunun 22.7-ci bəndi Boloniya prosesinə ziddir. Yaş senzi layihədə dəqiq əksini tapmalıdır. Bu məsələni müvafiq icra hakimiyyətinə tapşırmaq olmaz. Çünki qanun var. Məsələ qanunda dəqiq göstərilməlidir ki, müvafiq icra hakimiyyəti onu icra [1] etsin.bizimyol

BayBak, All about a Nation, Bir millətin səsi
Yazını epoçt adresinə göndər

==========
Buna bağli olan yazılar


Paylaş |
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://azr.baybak.com/il_2008_say_1826.azr
azeribaybak[at]gmail.com
Yazıda qullanılan URL-lər:
[1] etsin.biz: http://etsin.biz