- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
RUSİYA SƏFİRLİYİ QARŞISINDA TOQQUŞMA
BayBək, Azərbaycan | Monday, 21st January , 2008 , 20:02 [pm] | İç Xəbərlər
![]() |
. | Dünən saat 15-də Rusiya səfirliyi qarşısında piket keçirilib. “Gənc türklər hərəkatı”nın təşəbbüsü ilə keçirilən etiraz aksiyasında səfirliyin qarşısına 20 Yanvar faciəsinin səbəbkarlarının şəkilləri düzülüb. Aksiyanın qətnaməsi səfirliyə təqdim edilib. Amma piket Nəsimi Rayon Polis İdarəsi 20-ci polis bölməsi əməkdaşlarının müdaxiləsi üzündən nəzərdə tutulduğu kimi yekunlaşmayıb. “Gənc türklər hərəkatı”nın sədri Əbülfəz Qurbanlı |
Gənclərlə polis üz-üzə gəldi.
Etirazçılardan 6 nəfər həbs edildi.
Dünən saat 15-də Rusiya səfirliyi qarşısında piket keçirilib. “Gənc türklər hərəkatı”nın təşəbbüsü ilə keçirilən etiraz aksiyasında səfirliyin qarşısına 20 Yanvar faciəsinin səbəbkarlarının şəkilləri düzülüb. Aksiyanın qətnaməsi səfirliyə təqdim edilib. Amma piket Nəsimi Rayon Polis İdarəsi 20-ci polis bölməsi əməkdaşlarının müdaxiləsi üzündən nəzərdə tutulduğu kimi yekunlaşmayıb. “Gənc türklər hərəkatı”nın sədri Əbülfəz Qurbanlı qəzetimizə aksiya ilə bağlı məlumat verdi: “Şəhidlər Xiyabanını ziyarət edəndən sonra 20 Yanvar faciəsinə etiraz əlaməti olaraq Rusiya səfirliyinin qarşısında piket keçirməyə qərar vermişdik. Nəzərdə tutulan vaxtda ora toplaşdıq.
Qorbaçovun, Yazovun, Primakovun şəkillərini iri plakatlar şəklində hazırlayıb üstündən çarpaz qara xətt çəkilmiş formada səfirliyin qarşısına təzəcə düzmüşdük ki, polis üstümüzə tökülüşdü. Bundan bir az əvvəl isə səfirlikdən bizə xəbərdarlıq xarakterli mesaj göndərilmişdi. Polis təşkilatımızın 6 üzvünü həbs edib yaxınlıqdakı bölməyə apardı. Oradakı söhbətdən bizə belə məlum oldu ki, Rusiya səfirliyindən Nəsimi Rayon Polis İdarəsinə irad bildirilib ki, bu cür hadisələrə yol verilməsin. Bir müddət polis bölməsində saxlanandan sonra bizdən izahat alındı. Sonra xəbərdarlıq edilərək sərbəst buraxıldıq”.
Əbülfəz Qurbanlı deyir ki, bu aksiyanı keçirməkdə məqsədləri 20 Yanvar qətliamına görə birbaşa məsuliyyət daşıyan və əli Azərbaycan xalqının qanına batan şəxslərin cəzalandırılması məsələsinin bir daha gündəmə gətirilməsinə çalışmaq olub: “Bu faciə nəhayət ki, öz beynəlxalq hüquqi qiymətini almalıdır. 20 Yanvar soyqırımının müəllifləri və icraçıları Qorbaçov, Yazov, Primakov kimi cəlladlardır və onlar öz layiqli cəzalarını almalıdır. Azərbaycan hökuməti bunu tələb etməlidir. Amma çox təəssüf ki, hökumətimiz bu məsələ ilə bağlı heç bir tədbir görmək fikrində deyil”.musavat
, Bir millətin səsi
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir