- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
Azərbaycanın Salyan rayonunda polis kapitanı tabel silahı ilə həyat yoldaşını və baldızını qətlə yetirib, qaynını isə yaralayıb
BayBək, Azərbaycan | Thursday, 13th March , 2008 , 07:09 [am] | İç Xəbərlər
![]() |
. | Afaq Həbibova hadisə yerində dünyasını dəyişib. Könül Həbibova Salyan rayon Mərkəzi Xəstəxanasına yerləşdirilsə də, saat 17.00 radələrində o da dünyasını dəyişib. R. Cəfərovun qaynı Qalib Həbibov isə dərhal paytaxta gətirilib. Prokurorluqdan bildirilib ki, R. Cəfərov hadisəni törətdikdən sonra polisə təslim olub və hadisəni törətdiyini etiraf edib. Hadisənin məişət zəminində baş verdiyi güman edilir. Faktla bağlı Salyan rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (qəsdən adam öldürmə |
Dünən günorta saatlarında Salyan rayonunda dəhşətli qətl hadisəsi baş verib. Salyan rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, Salyan rayon Polis Şöbəsinin əməkdaşı, polis kapitanı Rafət Cəfərov rayon mərkəzindəki evində tabel silahı ilə həyat yoldaşı Həbibova Könül Akif qızını, qaynı Həbibov Qalib Akif oğlunu və baldızı Həbibova Afaq Akif qızını güllələyib.
Afaq Həbibova hadisə yerində dünyasını dəyişib. Könül Həbibova Salyan rayon Mərkəzi Xəstəxanasına yerləşdirilsə də, saat 17.00 radələrində o da dünyasını dəyişib. R. Cəfərovun qaynı Qalib Həbibov isə dərhal paytaxta gətirilib. Prokurorluqdan bildirilib ki, R. Cəfərov hadisəni törətdikdən sonra polisə təslim olub və hadisəni törətdiyini etiraf edib. Hadisənin məişət zəminində baş verdiyi güman edilir. Faktla bağlı Salyan rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Rayon sakinlərinin APA-ya verdiyi məlumata görə isə, həyat yoldaşı R. Cəfərovdan ayrılmaq fikrində olub, uşaqlarını da götürüb evi tərk etmək istəyirmiş. R. Cəfərov Qarabağ müharibəsində iştirak edib və kontuziya alıb.
, Bir millətin səsi
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir