- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
JALƏ ƏLİYEVA ABŞ, QƏNİRƏ PAŞAYEVA FRANSA SƏFİRLİYİNDƏN GİLEYLƏNİB
BayBək, Azərbaycan | Saturday, 5th July , 2008 , 04:22 [am] | İç Xəbərlər
![]() |
. | Milli Məclisin bugünkü iclasında deputat Jalə Əliyeva ABŞ-ın Müstəqillik Günü ilə əlaqədar iyulun 3-də «Hyat Park» otelində keçirilən rəsmi qəbulda üzləşdiyi hörmətsizlikdən gileylənib. «Media forum» saytının parlament müxbiri xəbər verir ki, deputat avtomobilinin mərasim keçirilən əraziyə buraxılmadığını deyib.
Deputat Qənirə Paşayeva isə Fransa səfirliyinin Azərbaycanın çimərlik futbolu üzrə yığma komandasına Avropa çempionatında iştirak etmək üçün vaxtında viza vermədiyini bildirib |
Milli Məclisin bugünkü iclasında deputat Jalə Əliyeva ABŞ-ın Müstəqillik Günü ilə əlaqədar iyulun 3-də «Hyat Park» otelində keçirilən rəsmi qəbulda üzləşdiyi hörmətsizlikdən gileylənib. «Media forum» saytının parlament müxbiri xəbər verir ki, deputat avtomobilinin mərasim keçirilən əraziyə buraxılmadığını deyib.
Deputat Qənirə Paşayeva isə Fransa səfirliyinin Azərbaycanın çimərlik futbolu üzrə yığma komandasına Avropa çempionatında iştirak etmək üçün vaxtında viza vermədiyini bildirib. Onun sözlərinə görə, məhz bu səbəbdən yığma komandanın çempionatda iştirakı mümkün olmayıb.
Q.Paşayevanın fikrincə, Fransanın Azərbaycandakı səfiri parlamentin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasına çağırılmalı və baş verən insidentlə bağlı ondan izahat tələb olunmalıdır.
Spiker Oqtay Əsədov Azərbaycan vətəndaşlarına heç bir ciddi səbəb olmadan viza verməyən səfirliklərə qarşı lazımi tədbirlər görüləcəyini deyib. O, Xarici İşlər Nazirliyində Azərbaycan vətəndaşlarının xarici ölkələrə səfər etməsi üçün viza verilməsi prosesinin sadələşdirilməsi üçün iş aparıldığını da qeyd edib.
, Bir millətin səsi
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir