- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
Şərəfdən danışanlar, şərəfsizlikdən uzaq durarlar! Təhmil edilən bayrağ bizi parçalayacaq mı? - Təbrizli Baybək
BayBək, Azərbaycan | Saturday, 5th July , 2008 , 05:45 [am] | Məqalə-Yazi
![]() |
. | 3 il bundan öncə bayrağ məsələsinə toxunaraq, onun gələcəkdə ssorun yaradacağına və sui-istifadəçilərin yararlanmasına daiyr bilgilər vermişdim.
2 il öncə GünAz TV-də qonağ olan Mahmudəli Çöhrəqanlı bəyə sormuşdum ki sizin önərdiginiz simbol mıdır ya ki milli bayrağ! cavab beləidi ki bu bayrağ bir önəridir və milli bayrağ olmasına Güney Azərbaycanlılar qərar verəcəklər! 1 il bundan öncə dedim ki milli fəallar gərək toplanıb və milli hərəkatımızda bir bayrağın olmasına və bayrağın necə olmasına qərar verib və millətimizə sunsunlar. |
3 il bundan öncə bayrağ məsələsinə toxunaraq, onun gələcəkdə ssorun yaradacağına və sui-istifadəçilərin yararlanmasına daiyr bilgilər vermişdim.
2 il öncə GünAz TV-də qonağ olan Mahmudəli Çöhrəqanlı bəyə sormuşdum ki sizin önərdiginiz simbol mıdır ya ki milli bayrağ! cavab beləidi ki bu bayrağ bir önəridir və milli bayrağ olmasına Güney Azərbaycanlılar qərar verəcəklər!
1 il bundan öncə dedim ki milli fəallar gərək toplanıb və milli hərəkatımızda bir bayrağın olmasına və bayrağın necə olmasına qərar verib və millətimizə sunsunlar. Önərmişdim ki hər təşkilatdan nümayəndələr bir arada bu sorunu çızməlidilər! Nədən ki içəridə səs almağ imkani yoxdur, ama, milli fəalların birgə sözünü millətimizin rədd etməyəcəginə inanıram demişdim.
1 ayddır ki neçə yeni milli bayrağ Güney Azərbaycana aday olubdur!
GAMOH başqani o bayrağa təşkilat bayraği desədə, əmrində olmayan öz başına fərdlər ona qutsal bir sabiqə yaratmağa cəhd göstərirlər!
Komonistlər və xalq mücahidləri kimin, bir kütləyə girərək orda bayrağ qaldırıb və orda olan hərkəsi GAMOH-çu tanıtdırmağa çalışırlar! Kütlənin Milli Qurultayda iştirakın musadirə etməgə çalışırlar!
Daha öncələrdə açıqladığım kimin, belənçi təşkilatlar ki bayrağ və logo-nun nə olduğun bilmirlər, hər gün yeni bir oyunbazlığa əl atırlar!
Şərəfli millət öz bayrağı altında yaşar deyən bu təşkilatlar, öz başlarına milli bayrağ yaratıb və, ütanmazcasına, o millətin var olduğu bayraği zibil yerinə qoyub, o şərəfli dedikləri milləti parçalamağa qalxışırlar!
Buda yetməzmiş kimin, bir milləti iki millət olaraq səbt etməgə başlayıblar!
Bunlara nədənsə, milli fəal dedigimiz şəxsiyətlərin başi souyuğluğu olubdur. Əgər milli fəallar zamanında bu inhirafın önün alsaydılar, indi hər kəs özünə parğa boyamazdi, və hər kəs öz parçasın milli bayrağ adlandırmazdi!
Dünən inanılmaz bir bəyanat oxudum və qanım damarımda dondu! GAMOH, öncə sadə bir simbol, daha sonra önəri olan bir bayrağ və daha sonra öz təşkilatlarına özəl bir bayraği adlandırdıqlari parçani, Milli Bayrağ adlandırıb və ona qutlama törəni tutmağ üçün, təqvimdə özəl bir gün ayırıbdır!*
Atalar demişkən, ölüyə üz verəndə kəfənin batırar!
GAMOHA sormağ lazımdır ki siz necə buqədər alçağ bir oyun başlatıb ve necə milli ziyalıların normal istəkin heçə sayırsız?
Bu nə təşkilatdır ki hər gün bir havaya oynayır? Bir gün İrançi, bir gün Federalçi, bir gün Konfederalçi, gecələr İstiqlalçi və …
Bu nə təşkilatdır ki hər yetkilisindən dəiyşik sözlər çıxır? Bir gün bayrağ bizimdir, bir gün bayrağ sizindir, bir gün biz demədik, bir gün hami bizimdir və …
Özlərinə milli fəal adi verən Azərbaycanlılara birdaha səslənirəm ki bu sorun bizi yıprandıracaq qədər böyüyübdür. Bu və buna oxşayan Əlifba sorununa kəskin bir qərar verilmədigi sürəcə, hər gün daha da çox tədirgin olub və bir birimizdən bezəcayıq.
Mən rica edirəm ki GAMOH təşkilati mənimsəmək adətin bir kənara atsın, başqa təşkilatlar ki eyni səhvi işləməgə başlayıblar dayansınlar və hamılıqca toplanıb birgə qərar versinlər.
Hami bilir ki tək bə tək, hami milli hərəkatımıza yardım edib. Biri az və biri çox çalışıb, ancaq, düşüncələrin bir yöndə ilərləməsi üçün, öncə toplumun var olduğuna inam yaranmalıdır. Toplumun var olduğuna hami inanırsa, demək o toplumda hamının səçmək və seçilmək haqqi olacaqdır. GAMOH ya başqasi bu haqqi onların öyəsi olmayanlardan ala bilməz.
Milli Bayrağ var, çoxunluğumuz inanırıq ki Milli Bayrağımız 90 ildən çoxdur ki əsməkdədir. Bir il, on il ya yüz ildə əsarətdə qalsaq, bir millətik və bir bayrağımız var. Siyasi və hüqüqi baxımdan o milli bayrağı dalqalandıra bilməsədə, ona inanm və sevgimiz sonsuzdur. Hərkəsin dəiyşik tərifləri ola bilir, ancaq onu təhmil etməklə milli hərəkati yıpratmağın heç yarari ola bilməz.
Biri Pasdarlıq havasında, Filistin eşqilə bir bayrağ yaratır, birisə bayrağın tərkibinə bir ağ çizgi buraxır, biri qaralır, biri bozardır v.s. Bu işlər bizi yanlış yola çəkməkdədir.
Geçən il yazdım ki bizim bəyənmədigimiz Kürdlərin bir bayraği dalqalanmaqdadır. Onlara siyasi ya hüqüqi baxımdan kimsə etiraz etmir! Ərəblərin onlarca təşkilatlari var, ancaq hamısı bir bayrağ qaldırırlar! bizsə, adımıza demokrat və mədəni qoyub, bir bayrağ xəstəliginə əlac tapa bilmirik!
Zaman əldən gedir, hami oyanmalıdır.
Bundan sonra gərəklidir ki təşkilatlarımız öz təşkilati logoların daşıyıb, milli bayrağdan vaz geçsinlər. Ta o zamana qədər ki hamılıqca bir bayrağa qərar verməiyblər, başqa parğalari daşımaqdan uzaq gəzməlidilər.
Vahid Azərbaycan yaratmağ üçün vahid düşüncə lazimdir. Bu düşüncəni yaratmağ və inkişaf etdirmək üçün çeşitli təşkilatlar yaratmağla yox, ki düzgün çalışmağ lazimdir.
Bizim Azərbaycanın təşkilatlari bayrağ davasın kənara buraxıbda, bunca il nələr yapmışıq desələr nə olar?
Son çarəmiz bayrağsız savaşmağ olacaqdır, ən azından Birləşmiş Azərbaycan real olana qədər.
05/07/2008
Croydon
* [1] www.gamoh.biz/…
Bu məqaləyə bağli olan yazılarım
[2] www.baybak.com…
[3] www.11007.bayb…
[4] www.baybak.com…
[5] www.baybak.com…
[6] www.11007.bayb…
[7] www.baybak.com…
[8] www.baybak.com…
[9] www.baybak.com…
[10] www.baybak.com…
[11] www.baybak.com…
[12] www.baybak.com…
[13] www.azr.baybak…
[14] www.azr.baybak…
13 TİR 3 İYUL MİLLİ BAYRAQ GÜNÜ İLƏ BAĞLI GÜNÜY AZƏRBAYCAN MİLLİ OYANIŞ HƏRƏKATI`NIN BİLDİRİŞİ
Bayraq hər bir hərəkatın kimliyi olaraq, onun məfkürəsini və mubarizə nədənlərini özündə daşıyıb, təbliq edir.
Bayraq hər bir hərəkatı, ol hərəkata xas olmayan idololojulardan qorumaqda böyük önəm daşıyır. Elə buna görədə, əyər 20. Yüz illikdə Güney Azərbaycan`da baş qaldıran qiyamlarda bayrağın olmamasını bu gün, sözü gedən inqılabların çatışmayan cəhti saysaq yanılmamışıq. Niyə ki, bayrağın olmaması ucbatından bu inqılablar özlərini yabancı idolojuların ittihamından qoruya bilmədilər. Bununlada: Məşrutə inqılabı İranın azadlığı uğrunda bir inqılab sayılaraq, onun başçısı Səttarxan Azərbaycanın yox, İranın milli sərdarı kimi tanındı.
Xıyabanı hərəkatı öz milli idolojusunu Güney Azərbaycan millətinə aşılayabilmədi.
1324 – 1325(1945-1946)`cı illərdə Güney Azərbaycan`da qurulmuş milli hükümət, komonizmə bağlılıq ittihami ilə üzləşdı və bugündə fars şovonistləri tərənindən bu damğalar Azərbaycan demokrat firqəsinə və onun başçılarına vurulmaqdadır.
1357. il Şəriətmədari hərəkatı Güney Azərbaycan millətinə özünü tanıtdıra bilmədən öz nütfəsində boğuldu.
Bütün bunların sonucu olaraq, 21. Yüz illiyi Güney Azərbaycan Milləti bütün ictimai huquqlarından məhrum bir durumda qarşıladı.
Güney Azərbaycan Milli Oyanış Hərəkatı isə bütün bu çatışmamazlıqları duyaraq, özünün parlaq mubarizə tarixində ilk olaraq, 1382(2003)`cı ildə öz milli məfkürəsini bir bayraqda bayraq edərək, Güney Azərbaycan milli hərəkatına sundu.
Güney Azərbaycan milli hərəkatı isə “GAMOH”un sunduğu bayrağı 1382(2003)`cı il möhtəşəm Bəzz qalası qurultayında Milli Bayraq olaraq təsdiqləyib, Güney Azərbaycanın mubarizə tarixində bir himasə kimi hək etdi. Beləliklə:
13 Tir (3 İyul) Milli Bayraq Günü, Güney Azərbaycan Milli Oyanış Hərəkatı`nın ğurur günüdür.
13 Tir (3 İyul) Milli Bayraq Günü, Güney Azərbaycan Milli Hərəkatı`nın güvənc günüdür.
13 Tir (3 İyul) Milli Bayraq Günü, Güney Azərbaycan Millətinin öz Milli Bayrağı altında yaşatmağa şərəfləndirən gündür.
Biz Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH) olaraq, 13 Tir (3 İyul) Milli Bayraq Günü, Güney Azərbaycan Türk millətinə təbrik deyib, inanırıq ki:
Güney Azərbaycanın milli bayrağı Güney Azərbaycan Türk millətinin 21. Yüz illikdə əbədi qazancıdır və Güney Azərbaycan milli hərəkatı, Güney Azərbaycanın bayrağı altında apardığı muqəddəs mubarizədə daha keçmişdəki inqılablar kimi aldanmayacaq, yıxılmayacaq.
Biz Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH) olaraq, inanırıq ki: Güney Azərbaycan milli bayrağı, Güney Azərbaycan Türk millətinin azadlığa qavuşduran, fars şovonizminin isə cəhənnəmə yönəldən körpüsü olacaq.
Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH)
Mərkəzi Komitəsi
, Bir millətin səsi
[...] * [1] http://www.gamoh.biz/…; [2] http://www.azr.baybak…; [...]