- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
Leyla Yunusdan «Soros» Fonduna sərt ittihamlar
BayBək, Azərbaycan | Saturday, 5th July , 2008 , 14:42 [pm] | İç Xəbərlər
![]() |
. | Hüquq müdafiəçisi 2003-cü il prezident seçkilərində fondun maliyyə dəstəyi ilə təsis olunan «Azad və ədalətli seçkilər uğrunda» koalisiyasının fəaliyyətinə işıq salaraq bildirib ki, onlar bu qurumla əlaqəli işləsələr də, hər hansı umacaqları olmayıb: «Təəssüf ki, koalisiyanın fəaliyyətinin nəticəsini də görmədik. Daha sonra eşitdik ki, koalisiya fəaliyyəti haqqında 2004-cü ilin yayında mətbuatda hesabat dərc edib. Ancaq həmin ilin oktyabrında koalisiyanın iki cümləlik hesabatında seçkilərin beynəlxalq standartlara cavab vermədiyi bildirilmişdi. Mən bununla bağlı Eldar Zeynalovla birgə fondun Bakı nümayəndəliyinin rəhbəri Fərda Əsədovla görüşüb qurumun əsas layihəsinin nəticəsiz bitdiyini dedik. |
«Fondda layihələr oğurlanır»
Rövşən Bağırov: «O, qrant ala bilmədiyinə görə bu cür danışıb»
Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus day.az saytına müsahibəsində «Soros» Fonudunun Azərbaycan nümayəndəliyini kəskin tənqid edib. Hüquq müdafiəçisi 2003-cü il prezident seçkilərində fondun maliyyə dəstəyi ilə təsis olunan «Azad və ədalətli seçkilər uğrunda» koalisiyasının fəaliyyətinə işıq salaraq bildirib ki, onlar bu qurumla əlaqəli işləsələr də, hər hansı umacaqları olmayıb: «Təəssüf ki, koalisiyanın fəaliyyətinin nəticəsini də görmədik. Daha sonra eşitdik ki, koalisiya fəaliyyəti haqqında 2004-cü ilin yayında mətbuatda hesabat dərc edib. Ancaq həmin ilin oktyabrında koalisiyanın iki cümləlik hesabatında seçkilərin beynəlxalq standartlara cavab vermədiyi bildirilmişdi. Mən bununla bağlı Eldar Zeynalovla birgə fondun Bakı nümayəndəliyinin rəhbəri Fərda Əsədovla görüşüb qurumun əsas layihəsinin nəticəsiz bitdiyini dedik.
Açıq şəkildə bildirdik ki, «dağ siçan doğub» və təcili şəkildə koalisiyanın fəaliyyətinin nəticəsi ictimai müzakirəyə çıxarılmalı və öyrənilməlidir. Ona bildirdik ki, 2004-cü ilin dekabrında bələdiyyə seçkilərinin də monitorinqini bərbad vəziyyətə qoymağa imkan vermək olmaz. Səmimi şəkildə inanırdıq ki, fondun nümayəndələri Fərda Əsədov və Fuad Süleymanov bu məsələlərin müzakirəsində maraqlıdırlar. Bu baxımdan 2004-cü ilin əvvəlində bələdiyyə seçkilərinin monitorinqinə ayrılmış qrantların müzakirəsini qaldırdıq. Amma elə bələdiyyə seçkilərində də prezident seçkilərindəki vəziyyət təkrarlandı. Amma bu dəfə reklamsız».
L.Yunus bildirib ki, bir sıra adamlar fonda layihələr təqdim edib və onlara layihənin yaxşı hazırlandığını bildirsələr də, sonradan mənfi cavab verilib: «Maraqlıdır ki, fond layihənin keçməməsi barədə rəsmi cavab vermir və bu, izah olunmur. Sonradan adamlar başa düşür ki, təqdim etdikləri layihə bir gün əvvəl təsis olunan və heç bir iş təcrübəsi olmayan təşkilata verilib. Bununla da insanlarda layihələrin oğurlanması barədə fikir yaranır».
Hüquq müdafiəçisi bir il öncə Cənubi Koreyada fondun prezidenti Corc Sorosla bu barədə müzakirə apardığını və onu məlumatlandırdığını bildirib.
L.Yunusun ittihamları ilə əlaqədar fondun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rövşən Bağırova müraciət etdik. R.Bağırov təəssüflə bildirdi ki, hüquq müdafiəçisinin öz fəaliyyətini kənara qoyub fond haqqında bu cür fikirlər səsləndirməsi onun üçün gözlənilməzdir: ««Soros» Fondu hüquq müdafiəçilərinə hərtərəfli dəstək verir. Ona görə də mən bu ittihamları əsassız və
gülünc sayıram. Çünki Leyla Yunusun analoji açıqlamaları əvvəllər də olub. Ola bilsin ki, Leyla Yunus bizdən qrant ala bilmədiyinə görə bu cür danışıb».
O, L.Yunusun ittihamlarına cavab olaraq hər hansı bəyanat yaymayacaqlarını bildirdi: «Hər belə ittihama cavab versək, işləmək mümkün olmayacaq. Ümumiyyətlə, cəmiyyətə dəstək göstərən təşkilatlara müəyyən qısqanclıqlar olur. Biz hər il ictimaiyyətə hesabatımızı təqdim edir və qrantlar barədə hərtərəfli məlumatları veririk. Nəzərə alın ki, fondun İdarə Heyətində olanlar Azərbaycan cəmiyyətinin tanıdığı və hörmət etdiyi insanlardır. Yəni qərarlar çox şəffaf şəkildə qəbul olunur. Hansısa təşkilat qrant alır, digəri isə əsaslandıra bilmir. Amma kiminsə layihəsini oğurlayıb başqasına vermək tamamilə əsassız və məntiqsiz fikirdir».bizimyol
, Bir millətin səsi
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir