- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

DÜNYANIN ƏN BALACA PREZİDENTİ… Azərbaycandan çox böyük şey apardı !

BayBək, Azərbaycan | Saturday, 5th July , 2008 , 14:51 [pm] | İç Xəbərlər

. Yeri gəlmişkən, Medvedevin gəlişi ərəfəsində məlum olub ki, Rusiyanın “Vneştorqbank”ı Azərbaycanda kommersiya banklarından birinin səhmlərini almaq haqda razılıq əldə edib. Xəbər verdiyimiz kimi, həmin bankın adı açıqlanmırdı, lakin “Vneştorqbank”dan bildiriblər ki, bu məsələ prezidentlərin görüşü zamanı həll olunacaq. Sən demə, “Vneştorqbank”ın rəhbəri Aleksey Kostin də nümayəndə heyətinin tərkibinə sırf bu məsələ ilə bağlı daxil edilib. Beləliklə, Rusiyanın dövlət kapitalının Azərbaycanın maliyyə bazarına daxil olmasının yolu açılmış olur.


O, Cənubi Koreya prezidenti Kim Çin İri geridə qoydu. Yox, söhbət hansısa rekorddan-filandan getmir. Dünən internetdə axtarış verərkən məlum oldu ki, sən demə, Rusiya prezidenti Dmitri Medvedev prezident seçilənədək dünyanın ən balacaboy dövlət başçısı elə Cənubi Koreya lideri imiş. İndi Medvedev balaca boyu ilə hamını qabaqlayıb.

İki gün idi ki, Bakıda idi. Balaca boyuna baxmayaraq, böyük iddialarla gəlmişdi. Və deyəsən, iddiasını da həyata keçirdi. Onun səfər proqramı və yüksək rütbəli qonağın harada qalacağı son anadək açıqlanmırdı.

Dünənki sayımızda da yazdığımız kimi, danışıqların yekunlarına əsasən bir sıra sənədlər, həmçinin dostluq və əməkdaşlıq haqda birgə bəyannamə imzalanıb. Bu arada “The Financial Times”ÿ qəzeti yazıb ki, Rusiya prezidentinin regiona səfəri Qərbdə narahatlıq doğurub: “ARDNŞ-dəki mənbə qəzetin əməkdaşı ilə söhbətində deyib ki, Rusiyanın ”Qazprom”ÿşirkətinin Azərbaycanın bütün ixrac qazını Avropa qiymətləri əsasında almaq haqda təklifi prezidentlər tərəfindən müzakirə olunub. Və Azərbaycanın öz qazını Rusiyadan nəql etməsi aydınlaşıb”.

Yeri gəlmişkən, Medvedevin gəlişi ərəfəsində məlum olub ki, Rusiyanın “Vneştorqbank”ı Azərbaycanda kommersiya banklarından birinin səhmlərini almaq haqda razılıq əldə edib. Xəbər verdiyimiz kimi, həmin bankın adı açıqlanmırdı, lakin “Vneştorqbank”dan bildiriblər ki, bu məsələ prezidentlərin görüşü zamanı həll olunacaq. Sən demə, “Vneştorqbank”ın rəhbəri Aleksey Kostin də nümayəndə heyətinin tərkibinə sırf bu məsələ ilə bağlı daxil edilib. Beləliklə, Rusiyanın dövlət kapitalının Azərbaycanın maliyyə bazarına daxil olmasının yolu açılmış olur.

Yeri gəlmişkən, Rusiya ilə Azərbaycan arasında daha 4 sənəd - xarici işlər nazirlikləri arasında arxiv işi sahəsində əməkdaşlıq haqqında saziş, daxili işlər nazirlikləri arasında tranzit yüklərin mühafizəsi sahəsində qarşılıqlı fəaliyyət haqqında memorandum, gömrük qurumları arasında gömrük hüquq pozuntularına qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında saziş, Rusiya Dövlət Əmlak Komitəsi və Azərbaycan Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi arasında əməkdaşlıq haqqında saziş də imzalanıb.

Deməli, Xəzəryanı ölkələrdə Rusiyanın enerji maraqlarını reallaşdırmaq üçün səfərə çıxan Medvedevlə Əliyev arasında dəniz sahilində aparılan danışıqların məzmunu haqda ancaq rəsmi məlumatlarla kifayətlənmək olar. Çox güman ki, bu sənədin pərdəarxası məqamları və nəticələri daha sonra üzə çıxacaq. Hər halda, Medvedevin Azərbaycan rəhbərindən bir sıra mühüm məsələlərdə, o cümlədən qaz və NATO-ya üzvlük məsələsində konkret seçim gözlədiyi şübhə doğurmurdu.

…Dünyada balaca boyu olduğuna görə iztirab çəkənlər narahat olmasınlar. Gördünüzmü bu balaca rus “ayısı”nı? O, boyda Qərbin qazını necə oğurladı?musavat

BayBak, All about a Nation, Bir millətin səsi
Yazını epoçt adresinə göndər

Paylaş |
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://azr.baybak.com/il_2008_say_2651.azr
azeribaybak[at]gmail.com