- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
Milli Simbol seçmək üçün, BayBak-dən milli düşüncəli soydaşlara çağırış
BayBək, Azərbaycan | Sunday, 6th July , 2008 , 21:14 [pm] | Bildirişlər
![]() |
. | Önərilən bayrağlardan biri bizim günümüzə və gələcəgimizə toxunan və istəklərimizi qarşılayan bir bayrağdır ki milli bayrağıma bənzəiyr. O bayrağda olan Aypara və 8 bucaqli ulduz qara boyanıb. Bu bayrağı rəhmətlik Əbulfəz Elçibəyin tərhi adlandıranlarda var, onu Bütöv Azərbaycan Birligi (BAB) seçən bayrağ adlandıranlarda var və bir çoxlu sözlərdə onun barəsində dillərdədir. BayBak bunlari gözə alır ancaq onların heç olmadığını və bayrağın yeni tərh olmasında bilə qəbul edir. Nədən ki bu gün bizi bir araya gətirən simbol lazımdır, bu bayrağ elə bir xarakter daşımaqdadır. |
Hər millətin bir bayrağ və bir devləti olmalıdır.
Bildiginiz kimin, Azərbaycan adlanan ülkə son yüz illərdə yad güclərin siyasəti sonucu parçalanıb. Azərbaycanlılari bu parçalanmağa baş əydirmək üçün, çeşitli kanallardan işə qonulan qollar olub. Bu qolların birisə Bayrağ kanalında çalışmaqdadır.
Azərbaycan milli fəallarının çoxunluğu Azərbaycana yaradılan bayrağı, ki günümüzdə Quzey Azərbaycan adlanan müstəqil ülkədə dalqalanmaqdadır, Milli Bayrağ olaraq tanırlar.
O bayrağa sayqi və sevgi duyan soydaşlarımızın sayı çox dur, ama mələsəf bu çoxunluqun səsi çox az eşidilibdir.
Siyasi və huquqi baxımdan, parçalanmış Azərbaycanın hər bir noqtasında o bayraği qaldırmağ olmaz. Bu, uluslar arasi normalarada zidd ola bilir. Hər bir devlətin öz mənafeinə görə, bəlli siyasətləri vardır.
Azərbaycan Cumhurisi son illərdə BMT və digər uluslararasi qurumlara qatılıbdır. Tarixə baxaraq, bu olay Azərbaycan üçün həm sevindirici və həm üzücü alınmaqdadır. Sevindiricidir çünkü ən azından Azərbaycanın bir bölümü öz müstəqilligin əldəı edib. Üzücüdür çünki bu istiqlaiyət bir çox yerdə Azərbaycanın ən böyük hissəsin, ki günümüzdə Fars hakimiyəti işqalındadır, bilərək ya bilməyərək, ünütülmasına nədən olur.
Azərbaycani bütöv görmək hər bir vətən sevər Türkün örək arzusudur.
Birlik və sonra bütövlük istəyən soydaşlarımızın asyı getdikcə artmaqdadır. Buna nədən olan bilgi yayılmasi və milli fəalların daha aydın və açıq çalışmasi olubdur.
Bayrağ məsələsi Azərbaycan üçün çox önəmli bir aşamağdır. On görə, milli fəallar bu aşamaği aşmağ üçün, birgə çalışmali olacaqlar. Hər bir milli hərəkatın bir bayrağ olmalıdır.
Azərbaycanın böyük hissəsi ki bu gün Güney olaraq adi gedir son illərdə geniş dəiyşikliklərlə qarşılaşıb. Bunlardan biri Milli düşüncənin yayılıb və güclənməsidir.
Milli düşüncəsi olmayan bir hərəkatın qazana bilməyəcəgi hamımıza aydındır. Ona görə, milli düçüncənin önəmli olduğunu, onun gücləndirilməsin və qoruması üçün yapılmali olan işləmlərin yararli və gərəkli olmasıni hamımız bilirik.
Güney hərəkati üçün bir bayrağın olmasi qaçınmaz bir gərçəkdir. Ama, yuxarıda sayılan nədənlərə görə, Quzeydə rəsmmi tanınan bayrağ Güney üçün açıqlıqda işə alına bilməz. Güney üçün yeni bir bayrağ gərəklidir. Ama, ünütmamağ lazimdir ki milli bayrağımız hər zaman və hər qoşul altında, bu gün Quzeydə dalqalanan bayrağ olmalıdır. Yəni, günümüzdə əgər Güney üçün bir bayrağ yaranacaqdırsa, geçici olub və gələcəkdə birləşmək zamani öz görəvin bitirib və yerin milli bayrağımıza verməli olacaqdır.
Son günlərdə bayrağ məsələsi yeni sorunlar yaratmağa başlayıb. Bu sorunlar bizim gücümüzü azaltmağla birlikdə, öz aramızda kədər və savaş törətməklə özlərin bəlləndirirlər.
Milli hərəkatımızı dağıtna özbaşınalığlara son verilməlidir və milli sorunlar milli fəalların qatqısıyla çözülməlidir.
BayBak olaraq bu qonuda milli fəallari birlikdə bir iclas geçirməgə çağırırıq. Bu toplantıda hər tür düşüncə və çeşitli qurumların öyələri qatılacaqlar. Təşkilat başxanlari, yetkili sorumlular və yalnız çalışan aydınlarımızın bu toplantiya qatılmalar şərtdir.
Toplantıda bayrağ məsələsi qaldırılacaq və qatılanlar hamısı öz şəxsi və təşkilati görüşlərin açıqlayacaqlar.
Verilən qərar, toplantıda iştirak edənlərin səsi və iştirak edə bilməyən soydaşların yazılı məktübların sayısıyla açıqlanacaq. Yani ki, gizli-saxli oyunbazlıqlardan uzaq olan bir ortamda, hər kəs verilən qərara şahid olacaq.
Buna görə, BayBak Paltalk toplantısın önərir. Başqa mediyalara olan inamsızlıq nəıdənilə, alternativ bir toplanti yaratmağ imkani çox az görünür.
Paltalk vasitəsilə bir çoxlu soydaşımılz öz sözlərin və açıqlamaların dilə gətirə biləcəkdir. Sansor olmadan, muxaliflərin səsi kəsilmədən və dost-bazlıq edilmədən, hami eşit olaraq verilən qərarda yer alacaqdır.
Toplantıni qurmağ üçün, bir çoxlu vətənsəvər adminlərimiz var. Onlardan istənilsə, yox demədən əllərindən gələni yaparlar. Toplantıda səslər və yazılar arxiv olunub və gələcəkdə lazim olursa qullanılacaqdır.
Verilən qərar bir milli istək olaraq sunulacaq. O qərarda seçilən bayrağ, Güney Hərəkati üçün geçici olan milli bayrağ adi daşımali və Azərbaycan adına çalışan hər bir şəxs ya təşkilat ona saiqi göstərməli olacaqdır.
Bayrağ seçildikdən sonra, saxta və təhmili bayrağların hamının qullanılmasi yasaqlanacaq və seçilən bayrağdan xaric başqa bayrağ qaldıran şəxslər ya təşkilatlar milli məhkəməyə verilməli olacaqlar.
Milli məhkəmə deiyləndə, gələcək devlətçiligimizdə olan huquqi qurumlardan söz gedir. Yəni xətakar təşkilatlar gələcəkdə özbaşınalığlari və anti-milli işlərinə görə muhakimə ediləcəklər. Demokrat bir ortamda, dağıtıci və ayrılıq salan işləmlərə yer olmamalıdır.
Azərbaycan, və özəlliklədə Güney bölməsi bu gün o durumda dəiyldir ki çeşitli təşkilatların yaranmasına izin versin. Bu gün bizim özgürlügümüz üçün yalnız milli birlik gərəklidir. Dəiyşik siyasi baxışlarla yaranan təşkilatlar, özgür olmayan bir ülkədə heç anlam daşımazlar və işləri yalnız ayrılıq salmağ və güc xərcləmək olur. Buna görə, təşkilat yaradıb və ona bayrağ yaratan şəxslər gələcəkdə öz işlərinin məsuliyətin daşiyacaqlar.
BayBak önərilən toplantıni və bayrağ seçilməsini bir gərəkli görəv bilib və verilən qərara uyacağın bildirir.
Önərilən bayrağlardan biri BayBak tərəfindən onaylanır və BayBak ona səs vermək üçün öz istəkin açıqlayır. Ama, bu o demək dəiyldir ki BayBak indidən bayrağö təhmil etmək istir və yaxud bir təşkilatın tərəfin saxlır.
Önərilən bayrağlardan biri bizim günümüzə və gələcəgimizə toxunan və istəklərimizi qarşılayan bir bayrağdır ki milli bayrağıma bənzəiyr. O bayrağda olan Aypara və 8 bucaqli ulduz qara boyanıb. Bu bayrağı rəhmətlik Əbulfəz Elçibəyin tərhi adlandıranlarda var, onu Bütöv Azərbaycan Birligi (BAB) seçən bayrağ adlandıranlarda var və bir çoxlu sözlərdə onun barəsində dillərdədir. BayBak bunlari gözə alır ancaq onların heç olmadığını və bayrağın yeni tərh olmasında bilə qəbul edir. Nədən ki bu gün bizi bir araya gətirən simbol lazımdır, bu bayrağ elə bir xarakter daşımaqdadır.
Toplantı məsələsi üçün soydaşlara səslənirik və milli fəallari bu qonuda istəkli olmaların rica edirik. Zaman getdikcə, yeni bayrağlar yaranacaq və çeşitli bayrağlar altına toplaşan Azərbaycanlılar bir-birinə düşman olacaqlar. Bayrağ məsələsi yaxın günlərdə bir dəfəlik çözülməlidir. Ondan sonra, sınır və əlifba qonulari gündəmə çıxarılıb və çözülməli olacaqlar. Bu 3 məsələ bizim birligimizdə önəmli rol oynayırlar və gərəkdir ki hər nə tezrax onlara kəskin cavab əldə olunsun.
Sorunlarımızın öz əlimizdə və tezlıqla çözülməsi, milli hərəkatımız üçün böyük başari və gələcək üçün yararli yöntəm yaratmaqdır.
BayBak bu önərini verir və öz gürşlərin açıqcasına bəyan edir.
05/07/2008
BayBak
Önərilən bayrağ:

, Bir millətin səsi
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir