- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
TALIBOVLARIN PKK-çı ORTAĞI HƏBS EDİLDİ
BayBək, Azərbaycan | Thursday, 10th July , 2008 , 23:21 [pm] | İç Xəbərlər
![]() |
. | Terrorçu təşkilatın mağaralarından Naxçıvan məhsulları tapılıb.
Dünən Naxçıvanda Vasif Talıbovun qardaşı Məhərrəm Talıbovla birgə “Gəmiqaya” şirkətinə patronajlıq edən PKK simpatizanı kimi tanınan Emil Uçar və onun ətrafıyla bağlı sensasion məlumatlar almışıq. Naxçıvandakı mənbəmizin verdiyi xəbərə görə, ötən gün Emil Uçar Naxçıvanda saxlanılaraq Bakıya gətirilib. Mənbəmiz bildirir ki, bu həbsə və ekstradisiyaya heç Vasif Talıbov belə mane ola bilməyib. Söhbət ondan gedir ki, Uçarın saxlanılmasından sonra Talıbovun özünün vəziyyəti olduqca ağırdır. Bu səs-küylü həbsə nə səbəb olub? |
Terrorçu təşkilatın mağaralarından Naxçıvan məhsulları tapılıb.
Emil Uçar Türkiyənin istəyi ilə saxlanaraq Bakıya gətirilib.
Dünən Naxçıvanda Vasif Talıbovun qardaşı Məhərrəm Talıbovla birgə “Gəmiqaya” şirkətinə patronajlıq edən PKK simpatizanı kimi tanınan Emil Uçar və onun ətrafıyla bağlı sensasion məlumatlar almışıq. Naxçıvandakı mənbəmizin verdiyi xəbərə görə, ötən gün Emil Uçar Naxçıvanda saxlanılaraq Bakıya gətirilib. Mənbəmiz bildirir ki, bu həbsə və ekstradisiyaya heç Vasif Talıbov belə mane ola bilməyib. Söhbət ondan gedir ki, Uçarın saxlanılmasından sonra Talıbovun özünün vəziyyəti olduqca ağırdır. Bu səs-küylü həbsə nə səbəb olub?
Mənbənin dediyinə görə, üç gün əvvəl Türkiyə xüsusi xidmət orqanları bu ölkənin Diyarbəkr, Şanlı Urfa və Şırnak vilayətlərində PKK əleyhinə uğurlu əməliyyatlar keçirib. Nəticədə bir neçə terrorçu məhv edilib, xeylisi əsir götürülüb. PKK-çıların gizləndiyi mağaralarda isə xeyli sursat və ərzaq tapılıb. Tapılan ərzaqların içərisində Naxçıvanda Vasif Talıbovun qardaşı Məhərrəm Talıbova məxsus “Cahan Holdinq”in istehsal etdiyi “Cahan” markalı siqaretlər, vermeşil və konserv məmulatları aşkarlanıb. Bundan sonra Türkiyə MİT-i Azərbaycan tərəfi ilə əlaqə saxlayıb. Nəticədə “Gəmiqaya” ilə birgə “Cahan Holdinq”ə də şərikliyi olan və Türkiyədə persona non-qrata elan edilmiş PKK simpatizanı Emil Uçar saxlanılıb.
Dünən o da məlum olub ki, Emil Uçarın sahibi olduğu “Emil inşaat” şirkətinin inşasına başladığı Naxçıvan-Şərur-İqdır “İpək yolu”nun tikintisi dayandırılıb.
Mənbə həmçinin bildirdi ki, “Uçar inşaat”da Türkiyədən Uçarın dəvətilə gəlmiş və yol tikintisində çalışan PKK simpatizanı olan Osman, Kazım və Ömər adlı mühəndislər qəfil Naxçıvanı tərk edərək İrana keçiblər. Uçarın özünün isə Bakıda harada saxlandığı bilinmir.
Dünən günün sonunda gələn son xəbərə görə, Vasif Talıbovun qardaşı Məhərrəm Talıbov da dindirilmək üçün Bakıya çağırılıb.
Mövzunu diqqətdə saxlayırıq.musavat
, Bir millətin səsi
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir