- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
“Azad Seçki” istəyən “Müsavat Partiyası”nın aksiyası hakimiyət tərəfindən dağıdıldı!
BayBək, Azərbaycan | Friday, 11th July , 2008 , 14:59 [pm] | İç Xəbərlər
![]() |
. | İyulun 11-də Müsavat Partiyasının bir qrup fəalı Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) binası qarşısında aksiya keçirməyə cəhd göstəriblər. «Azadlıq!» və «Azad seçki!» şüarları səsləndirən aksiyaçıların qarşısını polis kəsib. Daha sonra partiya fəalları saxlanaraq polis bölməsinə aparılıb.
Meriyanın binasına doğru irəliləmək istəyən Müsavatın gənclər təşkilatının üzvlərinin də qarşısı alınıb. Polis aksiyaçılara fiziki təzyiq göstərib. |
Azadliq sitəsində yayılan bilgilərə görə, İyulun 11-də Müsavat Partiyasının bir qrup fəalı Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) binası qarşısında aksiya keçirməyə cəhd göstəriblər. «Azadlıq!» və «Azad seçki!» şüarları səsləndirən aksiyaçıların qarşısını polis kəsib. Daha sonra partiya fəalları saxlanaraq polis bölməsinə aparılıb.
Meriyanın binasına doğru irəliləmək istəyən Müsavatın gənclər təşkilatının üzvlərinin də qarşısı alınıb. Polis aksiyaçılara fiziki təzyiq göstərib.
Səbail Rayon Polis İdarəsinin rəis müavini Kamal Vəlişov isə jurnalistlərə deyib ki, saxlananlar yoxdur, sadəcə beş-altı nəfər hadisə yerindən uşaqlaşdırılıb.
Amma aksiyaçılar pektin qətnaməsini paylamağa imkan tapıblar. Qətnamədə üç tələb irəli sürülür: Seçkiqabağı şəraiti müəyyən edən əsas amillərdən olan sərbəst toplaşmaq azadlığı təmin edilsin, Müsavat Partiyasının yürüş və mitinq keçirmək haqqında müraciətlərinə qanunauyğun şəkildə cavab verilsin və kütləvi tədbirlərin keçirilməsinə şərait yaradılsın və nəhayət, vətəndaşların sərbəst toplaşmaq hüquqları təmin edilsin.
Günün ikinci yarısında polisin saxladığı bütün aksiyaçılar sərbəst buraxılıb.
, Bir millətin səsi
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir