- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
«Azadlıq» bloku boykotla bağlı yekun qərar verdi
BayBək, Azərbaycan | Sunday, 20th July , 2008 , 16:24 [pm] | İç Xəbərlər
![]() |
. | “Azadlıq” bloku boykotla bağlı yekun qərarını verdi. Hələ bir müddət əvvəl “Azadlıq” blokunun Sədrlər Şurası prezident seçkilərini boykot etməklə bağlı qərar vermişdi. Ancaq bununla belə, blok bir neçə şərt irəli sürməklə məsələyə yenidən qayıdıb seçkilərdə iştirakı da istisna etməmişdi. Bu sıraya ölkədə normal seçki mühitinin formalaşdırılması üçün seçki komissiyalarının paritet əsasda təşkili, sərbəst toplaşmaq azadlığının təmini, həbsdə olan jurnalistlər və digər siyasi məhbusların azad edilməsi və namizədlərə bərabər şəraitin yaradılması daxil idi. |
Bloka daxil olan hər üç partiyanın ali orqanı «Azadlıq»ın Sədrlər Şurasının boykot qərarını təsdiqlədi.
“Azadlıq” bloku boykotla bağlı yekun qərarını verdi. Hələ bir müddət əvvəl “Azadlıq” blokunun Sədrlər Şurası prezident seçkilərini boykot etməklə bağlı qərar vermişdi. Ancaq bununla belə, blok bir neçə şərt irəli sürməklə məsələyə yenidən qayıdıb seçkilərdə iştirakı da istisna etməmişdi. Bu sıraya ölkədə normal seçki mühitinin formalaşdırılması üçün seçki komissiyalarının paritet əsasda təşkili, sərbəst toplaşmaq azadlığının təmini, həbsdə olan jurnalistlər və digər siyasi məhbusların azad edilməsi və namizədlərə bərabər şəraitin yaradılması daxil idi.
Ancaq qərarın üstündən xeyli vaxt ötməsinə baxmayaraq, hakimiyyət bu istiqamətdə nəinki əməli addım atmadı, əksinə Seçki Məcəlləsini bir qədər də mürtəceləşdirdi, mətbuata basqıları daha da artırdı. Bütün bunları nəzərə alan “Azadlıq” bloku blokun məclisini çağıraraq boykot qərarını rəsmiləşdirmək qərarı verdi. Amma hakimiyyət qərargahsız qalan partiyaların məclisinin toplanmasına da problem yaratdığından “Azadlıq” blokunun Sədrlər Şurası iki gün öncəki toplantısında məsələnin bloka daxil olan partiyaların ali orqanlarında müzakirəsinə qərar veriblər.
Dünən bloka daxil olan hər üç partiyanın- Azərbaycan Xalq Cəbhəsi Partiyasının, Milli Birlik Hərəkatının və Vətəndaş və Inkişaf Partiyasının ali orqanlarının toplantısı keçirilib. Dünən günün sonunda məlumat aldıq ki, həm AXCP Rəyasət Heyəti, həm də MBH və VIP-in Siyasi Şuraları “Azadlıq” blokunun Sədrlər Şurasının boykot qərarını yekdilliklə təsdiqləyiblər.azadliq
, Bir millətin səsi
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir