- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
Azərbaycan şirkətləri Ermənistana xidmət verir! NAR-MOBAİL kimi, AZAL-da ERMƏNİLƏRLƏ ƏMƏKDAŞLIQ EDİR
BayBək, Azərbaycan | Sunday, 17th August , 2008 , 23:41 [pm] | İç Xəbərlər
![]() |
. | Azərbaycan şirkəti düşmənlə işbirliyində! Bakıdan gedən sərnişinləri Hələb aeroportunda ermənilər qarşılayır və öz hotellərində yerləşdirir! Təxminən 5 ay öncə Azərbaycanla Suriya arasında əlaqələrin inkişafına yönəlik iki ciddi addım atıldı. Suriyada Azərbaycan səfirliyi açıldı və bir neçə il |
Azərbaycan şirkəti düşmənlə işbirliyində!
Bakıdan gedən sərnişinləri Hələb aeroportunda ermənilər qarşılayır və öz hotellərində yerləşdirir!
Təxminən 5 ay öncə Azərbaycanla Suriya arasında əlaqələrin inkişafına yönəlik iki ciddi addım atıldı. Suriyada Azərbaycan səfirliyi açıldı və bir neçə il əvvələ qədər mövcud olmuş Bakı-Hələb təyyarə reysi bərpa olundu. Heç şübhəsiz ki, hər iki hadisə ilk növbədə Suriyadakı azərbaycanlıların diqqətində idi. Suriyada təxminən 100-ə yaxın azərbaycanlı yaşayır ki, onların əksəriyyətini bu ölkədə təhsil alan tələbələr təşkil edir.
Bütün azərbaycanlılar səfirliyin açılmasını Suriyada həyatlarının yeni mərhələsi kimi qiymətləndirirdi. Yeni təyyarə reysi isə heç şübhəsiz ki, gediş-gəlişi asanlaşdıracaqdı. Azərbaycan səfirliklərinin müsbət fəaliyyəti haqda az eşitsək də, buradakı həmvətənlərimin nikbinliyi ilk günlər mənə də sirayət etmişdi. Suriyada yenilik olacağını zənn edirdim…
Amma mənim və buradakı azərbaycanlıların nikbinliyi uzun sürmədi və səfirlik fəaliyyətə başlayandan (texniki hazırlıqlar - bina alınıb təmir olunması və sair bir neçə ay vaxt apardı) az sonra ilk şikayətləri eşitməyə başladım. İlk məlumat o idi ki, Azərbaycan vətəndaşları siyahıya alınacaq (!?) Səfirlik əməkdaşları ora tanışlıq üçün gedən azərbaycanlı tələbələrə bildirib ki, bütün azərbaycanlı tələbələr səfirlikdə gəlib siyahıya düşməlidir. Bu isə təbii ki, bir çoxlarında narahatlıq və suallar yaradırdı. Əgər məsələ seçkiyə görədirsə, burada olanlar arzu etsələr gedib səs verə bilərlər. Başqa səbəb vardısa, onda niyə onu açıqlamırlar?!
Amma iş təkcə bununla bitmədi. Tezliklə, yəni səfirlik fəaliyyətə başlayandan sonra azərbaycanlı tələbələrdən birinin övladının dünyaya gəlməsi daha bir suallı narazılıq yaratdı. Səfirlikdən Suriyada dünyaya gələn uşağı valideynlərinin pasportunda xüsusi qeydlə təsdiqləmək üçün 20 dollar tələb edirlər. Və bu pulun rəsmi olduğunu, istəyənlərə qəbz verməyə hazır olduqlarını da əlavə etmək şərtilə. Əcəba, Azərbaycanın özündə doğum haqda şəhadətnamənin qiyməti 10 dollar civarında olduğu halda nədən burada yeni doğulmuş uşağın yalnız adının (doğum haqda şəhadətnamə yerli xəstəxanalardan alınır) pasportda təsdiqlənməsi üçün 20 dollar tələb olunur?! Onu da qeyd edim ki, Azərbaycanla qiymətlərin müqayisəsində Suriyada 20 dollar nisbətən böyük məbləğ sayılır, xüsusən də bu ailələrin hamısının tələbə olduğunu nəzərə alsaq.
Məsələnin ən maraqlı tərəfi ondan ibarətdir ki, Azərbaycan səfirliyi açılmamışdan əvvəl həmvətənlərimiz üçün bu işi, yəni yeni doğulmuş övladlarını pasportda qeyd etmək vəzifəsini Rusiya səfirliyi həyata keçirib. Nə qədər qəribə də olsa, ruslar bu işə görə pul tələb etməyib, yəni tələbələrdən yalnız 5-6 dollar pul alıblar. Bu gedişlə ehtimal etmək olar ki, payızdan etibarən problemlər artacaq.
Daha bir biabırçı xəbər Azərbaycan Hava Yolları Dövlət Konserninin (AZAL) Hələb reysi ilə bağlı oldu. Bu reyslə gələn dostlarımız xəbər verdilər ki, Azərbaycandan gələn sərnişinləri Hələb aeroportunda ermənilər qarşılayır və yerbəyer edirlər, azərbaycanlılar yalnız ermənilərin hotellərində qalmalıdır. Suriyada ermənilər çoxdur - bu, aydındır, amma Hələb aeroportunda AZAL-ın nümayəndəsi var və ölkəmizdən gələnlərin qarşılanması (təbii ki, əvvəldən yerlərini müəyyən etmiş və qarşılayanları olanlar istisna olmaqla) ilə bu nümayəndə məşğul olur, bu kimi işlər onun razılığı ilə baş verir. Bizə bu barədə məlumat verən və məlum səbəblərdən adını açıqlamayan həmyerlimiz isə AZAL-ın nümayəndəsinin erməni şirkətlərini seçdiyini bildirdi.
Xəbərə qarşı tərəfin münasibətini öyrənmək üçün şirkətin Hələb nümayəndəliyinin rəhbəri ilə əlaqə saxladıq. AZAL-ın Suriya təmsilçisi Rinat Əzizov bu məlumatın doğru olmadığını bildirdi. Hələb aeroportunda sərnişinlərin qarşılanması ilə məşğul olan şirkətlər arasında erməni şirkətlərinin olduğunu və orada ermənilərin çalışdığını deyən nümayəndə onların azərbaycanlılarla əlaqəsinin olmadığını söylədi: “Burada azərbaycanlıların qarşılanması ilə mən məşğul oluram, ofisdə də özüm tək işləyirəm. Bizim əməkdaşlıq etdiyimiz şirkətlər yerli ərəb şirkətləridir. Amma burada həqiqətən də erməni şirkətləri var. Məsələn, “Planet” hoteli və eyniadlı şirkət ermənilərindir, işçiləri də bu millətin nümayəndələridir. Amma bizim onlarla heç bir əlaqəmiz yoxdur”.
Bu və yazının əvvəlində qeyd olunan suallara Azərbaycanın Suriyadakı səfirinin rəyini öyrənmək istədik. Ancaq cənab Mahir Əliyevi yerində tapa bilmədik. Yalnız bugünlərdə cənab səfirin iş başında olduğunu bildirən səfirlik əməkdaşları M.Əliyevin heç bir jurnalistə müsahibə vermədiyini söylədilər. Və hətta mənə bu çətinlikdən “çıxış yolu” da tapdılar. Səfirliyin hansı vəzifəni daşıdığını bilmədiyim əməkdaşı səfirin işini gördüyünü (!?) və ora gedərəmsə, mənim suallarımı cavablandırmağa çalışacağını bildirdi.
Sonda onu da qeyd edək ki, məndən əvvəl bir neçə azərbaycanlı da səfirliyə gedərək səfirlə görüşmək üçün müraciət etsələr də, “yox” cavabı alıblar. Amma hər halda, cənab səfir iş qrafikinin o qədər də sıx olmadığı yay fəslində ən azı tanışlıq xatirinə sayı 100-ə çatmayan Azərbaycan diasporunun üzvləri ilə görüşməyə vaxt tapa bilərdi. Ən azı görüntü xatirinə. Mənim suallarıma gəldikdə isə görünür, onları da Bakıdan XİN sözçüsü Xəzər İbrahim cavablandırmalı olacaq.musavat
, Bir millətin səsi
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir