- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
Azərbaycanın paytaxtında Böyük Britaniya səfirliyi binasını kamera ilə lentə alan dörd iranlı saxlanılıb
BayBək, Azərbaycan | Tuesday, 2nd September , 2008 , 11:49 [am] | İç Xəbərlər
![]() |
. | avqustun 30 - da saat 18:00 radələrində İran İslam Respublikasının vətəndaşları Səfai Pur Nədi Əhməd oğlu, Mohammadi Niva Qəfər oğlu, Mohammadi Vahid Aliasgər oğlu və Naser Məhəmmədəli Qulam oğlu Xaqani küçəsi, 45 ünvanında yerləşən Böyük Britaniya səfirliyinin binasını kamera ilə lentə alarkən polislər tərəfindən saxlanılıblar. Saxlanılan şəxslər 39-cu polis bölməsinə aparılıblar. |
Azərbaycan paytaxtında Böyük Britaniya səfirliyinin yerləşdiyi binanı kamera ilə lentə aldıqlarına görə, İran İslam Respublikasının dörd vətəndaşı polis tərəfindən saxlanılıb.
Səbail rayon Polis İdarəsinin (RPİ) 39-cu polis bölməsindən bazar ertəsi Trend News - a verilən məlumata görə, avqustun 30 - da saat 18:00 radələrində İran İslam Respublikasının vətəndaşları Səfai Pur Nədi Əhməd oğlu, Mohammadi Niva Qəfər oğlu, Mohammadi Vahid Aliasgər oğlu və Naser Məhəmmədəli Qulam oğlu Xaqani küçəsi, 45 ünvanında yerləşən Böyük Britaniya səfirliyinin binasını kamera ilə lentə alarkən polislər tərəfindən saxlanılıblar. Saxlanılan şəxslər 39-cu polis bölməsinə aparılıblar.
Polis bölməsində izahatları alındıqdan və xəbərdarlıq edildikdən sonra saxlanılan şəxslər sərbəst buraxılıblar.trend
, Bir millətin səsi
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir