- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

Corc Buş, Rusiya ilə nüvə əməkdaşlığından imtina etdi

BayBək, Azərbaycan | Tuesday, 9th September , 2008 , 02:32 [am] | Dış Xəbərlər

. O, əməkdaşlıqla bağlı müqaviləni Konqresdən geri qaytarıb!

ABŞ prezidenti Corc Buş Rusiya ilə atom energetikası sahəsində əməkdaşlıqla bağlı müqaviləni Konqresdən geri çağırıb. Məlumatı France Presse agentliyi ABŞ Dövlət Departametində istinadən yayıb. Məlumata görə, Amerika prezidenti bu qərarı rəsmi Moskvanın Gürcüstanla bağlı



O, əməkdaşlıqla bağlı müqaviləni Konqresdən geri qaytarıb!

ABŞ prezidenti Corc Buş Rusiya ilə atom energetikası sahəsində əməkdaşlıqla bağlı müqaviləni Konqresdən geri çağırıb. Məlumatı France Presse agentliyi ABŞ Dövlət Departametində istinadən yayıb. Məlumata görə, Amerika prezidenti bu qərarı rəsmi Moskvanın Gürcüstanla bağlı siyasətinə görə qəbul edib. Dövlət Departamentinin sözçüsü Şon Makkormak bildirib ki, Rusiya hakimiyyəti müqavilənin Konqresdən geri çağırılması haqda məlumatlandırılıb: «Biz təəssüf edirik ki, belə bir addım atmalı olmuşuq».

Qeyd edək ki, Rusiya və ABŞ arasında din atom sahəsində əməkdaşlıqla bağlı müqavilə 6 may 2008-ci ildə Moskvada imzalanıb. Sənəd atom energetikası sahəsində layihələrlə məşğul olan birgə müəssisələrin yaradılmasını, müasir nüvə texnologiyaları mübadiləsini, eləcə də ABŞ-ın nüvə tullantılarının yenidən işlənməsi üçün kompleksin Rusiyada yaradılmasını nəzərdə tutur. Müqavilənin qüvvəyə minməsi üçün ABŞ Konqresi onu təsdiqləməliydi.

Rusiya Xarici İşlər Nazirliyindəki mənbə isə «İnterfaks» agentliyinə bildirib ki, ABŞ prezidentinin qərarı ikitərəfli əlaqələrin ümumi məcrasına ziddir. Agentliyin müsahibinin söxlərinə görə, mülki nqüvə energetika sahəsində əməkdaşlıq Rusiyaya ABŞ-dan artıq lazım deyil.ans

BayBak, All about a Nation, Bir millətin səsi
Yazını epoçt adresinə göndər

Paylaş |
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://azr.baybak.com/il_2008_say_3162.azr
azeribaybak[at]gmail.com