- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
NARKOBANDA ÜZVÜ OLAN POLİS ZABİTİ TUTULDU
BayBək, Azərbaycan | Wednesday, 17th September , 2008 , 03:34 [am] | İç Xəbərlər
![]() |
. | “Hüquq-mühafizə orqanları əməkdaşlarının yüksək rütbəli məmurlarının və tanınmış şəxslərin övladlarından ibarət narkobandanın işində yenilik var. O da bundan ibarətdir ki, şərti adı ”Ekstazi işi” olan bu işlə bağlı bir polis əməkdaşı da həbs edilib”. Bu məlumatı redaksiyamıza çatdıran mənbə bildirdi ki, həbs edilən həmin polis əməkdaşı narkobandanın fəal üzvlərindən olub. DİN Dövlət Yol Polis İdarəsinin əməkdaşı olan |
“Ekstazi işi”ndən yeni xəbər!
Dövlət Yol Polisi İdarəsinin əməkdaşı Vüqar Əliyevi MTN həbs edib!
“Hüquq-mühafizə orqanları əməkdaşlarının yüksək rütbəli məmurlarının və tanınmış şəxslərin övladlarından ibarət narkobandanın işində yenilik var. O da bundan ibarətdir ki, şərti adı ”Ekstazi işi” olan bu işlə bağlı bir polis əməkdaşı da həbs edilib”. Bu məlumatı redaksiyamıza çatdıran mənbə bildirdi ki, həbs edilən həmin polis əməkdaşı narkobandanın fəal üzvlərindən olub. DİN Dövlət Yol Polis İdarəsinin əməkdaşı olan Vüqar Tofiq oğlu Əliyev artıq Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən tutulub. Qaynaq Vüqar Əliyevin polis leytenantı olduğunu deyib.
Aydınlıq üçün deyək ki, sentyabrın sonu-oktyabrın əvvəllərində Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə 17 nəfərdən ibarət narkobandanın işi üzrə məhkəmə prosesi başlanacaq. Xatırladaq ki, bu dəstəyə sabiq Bakı şəhər prokuroru Ədalət Mirsalamlının oğlu Mahir Mirsalamlının, Əzizbəyov rayonunun keçmiş prokuroru Rəşid Həsənovun (Ali Məhkəmənin keçmiş sədri Südabə Həsənovanın qardaşı-red.) oğlu Yalçın Həsənovun və müğənni, xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirovun rəhbərlik etməsi barədə dəfələrlə yazmışıq.
Vüqar Əliyevin narkobandaya Mahir Mirsalamlı tərəfindən cəlb edildiyi bildirilir. Qaynağımızın deməsinə görə, polis leytenantı narkodəstənin mərkəzi ofisində - Kaveroçkin küçəsi, 70 ünvanında həbs olunub. Tutularkən onun üzərində bir neçə “portağal” (narkotik maddə olan ekstazi həbləri narkomanlar arasında bu adla da məşhurdur-red.) olub.
Qeyd edək ki, hazırda MTN-in istintaq şöbəsində bu iş üzrə Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) və 206.2-ci (narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsirli maddələrin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi) maddələri ilə başlanmış cinayət işi artıq yekunlaşıb.
Mövzuya qayıdacağıq.musavat
, Bir millətin səsi
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir