- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

QAT Anadolu türklərinə müraciət edib

BayBək, Azərbaycan | Monday, 6th October , 2008 , 02:56 [am] | İç Xəbərlər

. QAT mətbuat xidmətindən verilən məlumata görə, müraciətdə Türkiyənin hazırkı iqtidarı işğalçı Ermənistanla işbirliyi yaratmaqda ittiham olunub və türk millətindən bu məsələyə müdaxilə etməsi istənilib. “Ümid edirik ki, siz özünüz bu xəyanətkar xəttin həyata keçirilməsinə imkan verməyəcəksiniz. Son hadisələri bir daha sizlərə xatırladır və ermənilərlə “dostluq” siyasətinin


Qarabağ Azadlıq Təşkilatı (QAT) Qarsda keçirilməsi nəzərdə tutulan “Qafqaz festivalı” və Ermənistan prezidenti Serj Sərkisyanın Türkiyəyə gözlənilən səfəri ilə bağlı Anadolu türklərinə müraciət edib.

QAT mətbuat xidmətindən verilən məlumata görə, müraciətdə Türkiyənin hazırkı iqtidarı işğalçı Ermənistanla işbirliyi yaratmaqda ittiham olunub və türk millətindən bu məsələyə müdaxilə etməsi istənilib. “Ümid edirik ki, siz özünüz bu xəyanətkar xəttin həyata keçirilməsinə imkan verməyəcəksiniz. Son hadisələri bir daha sizlərə xatırladır və ermənilərlə “dostluq” siyasətinin qarşısını almağa çağırırıq. İnanırıq ki, Ermənistanın terrorçu və qaniçən prezidenti Serj Sərkisyanın Türkiyəyə gözlənilən səfərinə imkan verməyəcəksiniz”, - deyə müraciətdə vurğulanır.

Bəyanatda “Qafqaz festivalı” ermənilərə xidmət kimi qiymətləndirilir və ermənilərin Qarsda törətdikləri vəhşiliklər xatırladılır. “Qars Azərbaycan və Türkiyə vətəndaşları üçün müştərək tarixi ərazidir. Qarsı erməni oylağına çevirmək istəyənlər ancaq lənətə layiqdirlər”, - sənəddə bildirilir.ria

BayBak, All about a Nation, Bir millətin səsi
Yazını epoçt adresinə göndər

Paylaş |
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://azr.baybak.com/il_2008_say_3381.azr
azeribaybak[at]gmail.com