- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

Azərbaycanda məhkəmələr “Yeni Müsavat” və “Azadlıq” qəzetlərinin bank hesablarının açılması barədə qərar çıxarıb

BayBək, Azərbaycan | Tuesday, 7th October , 2008 , 17:53 [pm] | İç Xəbərlər

. Qeyd edək ki, həmin dövlət orqanları və fiziki şəxslərin “Yeni Müsavat” və “Azadlıq” qəzetlərinə qarşı bir müddət əvvəl qaldırdıqları iddialar təmin edilmiş, məhkəmələrin qərarları ilə həmin mətbuat orqanları müxtəlif məbləğlərdə cərimə olunmuş, bank hesabları dondurulmuşdu.


Məhkəmələr mətbuat orqanlarına qarşı cərimə qərarlarının icrasının dayandırılması barədə qərar qəbul edib.

Hüquq-mühafizə orqanlarındakı mənbələrdən APA-ya daxil olan məlumata görə, bir sıra dövlət orqanları və fiziki şəxslər məhkəmələrə müraciət edərək onların iddiaları əsasında bəzi mətbuat orqanlarına kəsilmiş cərimələrin ödənilməsinin dayandırılması ilə bağlı qərar çıxarmağı xahiş edib.

Qeyd edək ki, həmin dövlət orqanları və fiziki şəxslərin “Yeni Müsavat” və “Azadlıq” qəzetlərinə qarşı bir müddət əvvəl qaldırdıqları iddialar təmin edilmiş, məhkəmələrin qərarları ilə həmin mətbuat orqanları müxtəlif məbləğlərdə cərimə olunmuş, bank hesabları dondurulmuşdu.

Oktyabrın əvvəlindən başlayaraq isə həmin dövlət orqanları və fiziki şəxslər Yasamal və Binəqədi rayon məhkəmələrinə müraciət edərək, qəzetlərin təzminat ödəməsi haqqında çıxarılmış qərarların icrasının dayandırılmasını, bank hesablarının açılmasını xahiş ediblər. Məhkəmələr müraciətlərə baxdıqdan sonra onların təmin edilməsi və bank hesablarının açılması haqqında qərar çıxarıb. Bank hesablarının açıqlanması barədə artıq yayım firmaları da məlumatlandırılıb.apa

BayBak, All about a Nation, Bir millətin səsi
Yazını epoçt adresinə göndər

Paylaş |
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://azr.baybak.com/il_2008_say_3395.azr
azeribaybak[at]gmail.com