- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

Məhkəmə «Əbu Bəkr»in fəaliyyətinə icazə verdi

BayBək, Azərbaycan | Monday, 27th October , 2008 , 19:22 [pm] | İç Xəbərlər

. Vəkil Cahangir İslamoğlunun sözlərinə görə, əslində məhkəmə qərarı dərhal icra olunmalıdır. Vəkil deyir ki, hər halda o, məhkəmə qərarını oktyabrın 28-də əldə edib polisə təqdim edəcək ki, məscid fəaliyyətə başlasın: «Əgər polis buna razı olsa, yəqin ki, elə məscid də həmin gün fəaliyyətini bərpa edəcək».


«Əbu Bəkr» məscidi kimi tanınan «Cümə» məscidinin fəaliyyəti bərpa olunub. Oktyabrın 27-də Nərimanov Rayon Məhkəməsi bu barədə qərar çıxarıb.

Məscidin imamı Qamət Süleymanov «Azadlıq» radiosuna qərarı müsbət qarşıladıqlarını, amma məsələnin məhkəməyə qədər gedib çıxmasında maraqlı olmadıqlarını deyib:

«Sadəcə məscidin fəaliyyətinin bərpası yubadıldığından belə bir addım atdıq».

Qamət Süleymanov məscidin konkret nə vaxtdan fəaliyyətə başlayacağını bilmir.

Vəkil Cahangir İslamoğlunun sözlərinə görə, əslində məhkəmə qərarı dərhal icra olunmalıdır. Vəkil deyir ki, hər halda o, məhkəmə qərarını oktyabrın 28-də əldə edib polisə təqdim edəcək ki, məscid fəaliyyətə başlasın: «Əgər polis buna razı olsa, yəqin ki, elə məscid də həmin gün fəaliyyətini bərpa edəcək».

Dindarlar məscidin fəaliyyətinin bərpa olunmasıyla bağlı məhkəməyə sentyabrın 26-da müraciət etmişdilər.

Bu il avqust 17-də «Əbu Bəkr» məscidinə atılan əl qumbarasının partlaması nəticəsində iki nəfər hadisə yerində ölüb, 19 nəfərin xəsarət alıb. Bundan sonra məscidin fəaliyyəti müvəqqəti dayandırılıb.

Məsciddə terror aktının törədilməsində təqsiri olan Sumqayıt şəhər sakini Elnur Baxşıyev həbs olunub.azadliqradiosu

BayBak, All about a Nation, Bir millətin səsi
Yazını epoçt adresinə göndər

==========
Buna bağli olan yazılar


Paylaş |
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://azr.baybak.com/il_2008_say_3521.azr
azeribaybak[at]gmail.com