- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

«Azadlıq» bloku MTRŞ-ın bəyanatını pisləyir

BayBək, Azərbaycan | Tuesday, 4th November , 2008 , 17:14 [pm] | İç Xəbərlər

. Üç partiyanın birləşdiyi «Azadlıq» siyasi bloku Milli Televiziya və Radio Şurasının (MTRŞ) xarici radiostansiyaların yerli dalğada yayımının dayandırılacağına dair bəyanatını pisləyib. Bloka daxil olan AXCP-nin sədri Əli Kərimli deyir ki, bu hadisə uzun müddət ölkədə mətbuata qarşı aparılan dövlət siyasətinin davamıdır:


Üç partiyanın birləşdiyi «Azadlıq» siyasi bloku Milli Televiziya və Radio Şurasının (MTRŞ) xarici radiostansiyaların yerli dalğada yayımının dayandırılacağına dair bəyanatını pisləyib. Bloka daxil olan AXCP-nin sədri Əli Kərimli deyir ki, bu hadisə uzun müddət ölkədə mətbuata qarşı aparılan dövlət siyasətinin davamıdır:

«Azərbaycan hakimiyyəti düşünür ki, dünyanın ən nüfuzlu KİV-lərinin də ölkədə fəaliyyətini dayandıra bilər. Heç olmasa, indi Azərbaycan və dünya ictimaiyyəti baş verənlərə adekvat reaksiya verməlidir. Azərbaycan hakimiyyətindən nəinki bu radiolardan əl çəkməsi, ümumiyyətlə azad sözün normal fəaliyyətinə imkan yaratması qəti şəkildə tələb olunmalıdır».

MTRŞ bildirir ki, gələn ildən «Azadlıq», «Amerikanın səsi» və BBC radiolarının FM tezliyində yayımı dayandırılacaq. Bu barədə qərar Şuranın gələn aykı iclasında verilməlidir.

Mərkəzi qərargahı Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi də bu hadisəni neqativ hal kimi dəyərləndirir.

«Sərhədsiz Reportyorlar» təşkilatı isə prezident İlham Əliyevə məktubla müraciətində MTRŞ-ın planlarına müdaxilə etməyi xahiş edir.azadliqradiosu

BayBak, All about a Nation, Bir millətin səsi
Yazını epoçt adresinə göndər

Paylaş |
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://azr.baybak.com/il_2008_say_3584.azr
azeribaybak[at]gmail.com