- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
GÜNAZ TV-nin Bakı birosunda hazırlanan proqramlar üzərinə söyləşi - Güntay Gəncalp
BayBək, Azərbaycan | Saturday, 20th December , 2008 , 05:16 [am] | Məqalə-Yazi
![]() |
. | Bakı birosunda hazırlanan hər bir proqram, hətta o gözəl xanımların dadlı gülüşləri belə, fars şovinizmindən intiqam alır. Təmənnasız olaraq o biroda çalışan qardaşlarımı və bacılarımı salamlayıram. Onlar bilmiş olsunlar ki, çox böyük iş görürlər. Onlar bilmiş olsunlar ki, fars şovinizmi tərəfindən törədilən qaranlıqları yarıb və ulusumuzun gözləri önündə aydın bir gələcək sərmiş, sərgiləmiş olurlar. Bu gözəl sifətlərin Təbrizdə, Urmuda, Zənganda, Tehranda, Həmədanda, Sulduzda, Qoşaçayda, Ərdəbildə, Xalxalda ailələrdə görülməsi özü-özlüyündə düşüncədə, duyğuda ortaqlaşmaq üçün zəmin yaradır, hələ onların gəlib sırf bu ailələr üçün proqram hazırlamaları başqa təsirli bir mövzu. |
- GÜNAZ TV-nin fəaliyət miqyası genişləmiş. Bu haqda düşüncələriniz nədir?
- GÜNAZ TV ulusal vicdanımızın, ulusal kimliyimizin biçimlənməsində böyük rol oynadı. Bizim İran mühitində çox bilgi əksikliyimiz var. Zehnimiz fars şovinizmi tərəfindən möhkəmcə mühasirə edilmişdir. Kiçik işlərlə bu mühasirəni qırmaq və ulusal zehniyətin dünyaya baxışı üçün bir pəncərə açmaq ya mümkün deyildi, ya çox çətin idi. Diqqət etsəniz oyanış sürəci aldırdığımız Soyuq Savaş sonrası dönəmdə hadisələr ən çox duyğu planında özünü göstərmişdir. Bu da doğaldır, çünkü oxumaq üçün nə bir kitab, nə də bir dərgi var. Hamısına şovinistlər yasaq gətirməşlər.
Bu yasaqlarla şovinislər bəlli bir ölçüdə müvəffəq də olmuşlar. Təsəvvür ediniz ki, kiçik bir azadlıq olsaydı, bizim türkçə çıxan dərgilərimiz yayınlarına davam etsəydi, gənc aktivistlər bilgi və jurnalistika sahəsində çoxlu təcrübə qazanacaqdılar. Yəni bir şəkildə sabahkı böyük hadisələrin kadrları yetişə bilərdi. Ancaq bunların hamısı əngəllənmişdir. Tam belə bir ortamda GÜNAZ TV millətin tarixi istəklərindən, ən qutsal milli diləklərinin içindən doğdu. Ona görə də GÜNAZ TV qədər millətin oyanışında etkin olan başqa bir etkən hələlik yoxdur. GÜNAZ TV-nin hazırladığı proqramların məzmunundan asılı olmayaraq, bu adla bir TV-nin olması bir devrimdir.
- Millətdə, özəlliklə fəallarda özgüvən duyğusunun yaranmasında GÜNAZ TV-nin rolu olurmu?
- Özgüvən nədir? Özgüvən, çalışqanlarda, fəallarda çalışmalarının nəticəsinə olan inamdır. Yəni böyük və qarşısıalınmaz bir təbliğat aracının millətin istəklərini dilə gətirməsi, bu istəklər üzərinə elmi-fəlsəfi analizlər gətirməsi milli yazqımız açısından çox önəmli və ümid vericidir. Gələcəyimizə və qurtuluşumuza olan güvən və inanc GÜNAZ TV vasitəsi ilə təmin edilir, təsdiqlənir.
Güvən və inancdan doğan enerji çox yaradıcı olur. Bizim ulusçuluğumuz inanc planına daşınmalıdır, bütün sorunları düşüncənin gücü ilə çözmək olmaz. Düşünmə bütün toplumlarda azınlığın görəvidir. Çoğunluq bir inanc doğrultusunda hərəkət edər. Baxsanız bizim tariximizə, ümumiyətlə Şərq tarixinə diqqət etsəniz tam bir inanc yatağıdır. Ulusal kimliyimizi toplumsal inancın tərkibinə sövq etmək zorundayıq. Bu açıdan GÜNAZ TV-nin ciddi etkisi var. Hər bir ciddi əsər böyük bir fədakarlığın nəticəsidir. GÜNAZ TV də gerçəkdən böyük bir fədakarlığın nəticəsidir. İmkansızlıqdan imkan yaratmanın göstərgəsidir.
- GÜNAZ TV-nin Bakı birosunda hazırlanan proqramlar dəyişiklik yaratmışdır. Tamaşaçılar fərqli TV proqramları ilə rastlanırlar. Bu haqda bir söyləyəcəyiniz varmı?
- Bakı bizim üçün önəmlidir. Həm də çox önəmlidir. Əslində Bakının özünün də qurtuluşa ehtiyacı var. Bilirsiniz Bakıda köksüz və milli kimlikdən məhrum olan burjuaziya meydana gəlmişdir. Hakimiyətlə bir yerdə bu burjuaziya bütün modern ilətişim imkanlarını öz inhisarına keçirmişdir. Bunların tam əksəriyəti milli zövqdən məhrumdurlar. Milli görüşdən və milli kimlikdən məhrum olan bu kəsim hər şeyi öz kontroluna keçirmişdir. Yalnız onların dayaz görüşlərinə uyğun olan proqramlar hazırlanır, istedadlı insanlar məhrumiyət içində boğulurlar. GÜNAZ TV-nin Bakıdakı birosu hazırladığı çox yönlü proqramları ilə bu insanları millətə tanıda bilir.
- Bakıdakı TV-lərin belə proqramı olmurmu yəni?
- GÜNAZ TV-də olan imkan başqa TV-lərdə yoxdur. GÜNAZ TV-də nə bir senzura var, nə hansısa şirkətin mənafesi, nə də reklam və zaman darısqallığı. GÜNAZ TV bu proqramları ilə bağlı hansısa maddi mənafe təqib etmir. Ona görə də GÜNAZ-ın proqramları başqa TV proqramları ilə qiyaslana bilməz. Bakı birosunda hazırlanan proqramların səviyəsi, mənəvi, fikri və tarixi dərinliyi başqa TV-lərdə yoxdur, ola da bilməz. Səbəbini də anlatdım. Əsas səbəbi budur ki, bu proqramlar böyük fədakarlığın nəticəsidir. Bakı birosunda çalışanlar da böyük fədakarlıq göstərirlər, heç bir təmənna ummadan bu qədər gözəl proqramlar hazırlayıb sunurlar. Arxasında fədakarlıq və özveri dayanan əməllərin təsiri dərin və hər tərəfli olur. Özəlliklə diqqət etsəniz Bakı birosu yeni jurnalist nəsl üçün bir məktəb halına gəlmişdir.
- GÜNAZ-ın Bakı birosunda hazırlanan proqramları ardıcıl izləyirsinizmi?
- Bilirsiniz bütün ölkələrdə bir dövlətin rəsmi siyasətinə xidmət edən aydınlar və digər sənət adamları var, bir də məmləkətdə gerçək ziyalı olan, ancaq dövlət politikaları ilə barışmayan, ya da dövlətin politikasını tənqid edən ziyalılar və sənət adamları olur. Ikinci kəsim, özəlliklə Şərq ölkələrində özlərini ifadə edəcək və fikirlərini xalqa çatdıracaq imkanlardan məhrum olurlar. Şəxsən mənim üçün Bakıda xalqın içində gəlişən müxtəlif fikirlər, görüşlər çox önəmlidir. GÜNAZ TV-nin ekranlarında siyasətin göstərmək istəmədiyi fikir adamları ilə, yeni fikir, ədəbiyat, bilim cərəyanları ilə tanış oluruq.
Bu isə Quzey Azərbaycanı hər tərəfli tanımağımıza yardımçı olur. Yəni Quzey Azərbaycan sadəcə rəsmi siyasətin göstərmək istədiyindən ibarət deyil. Bu ölkənin dərinliklərində böyük şəxsiyətlər, böyük vətənsevər qüvələrin olduğunu GÜNAZ TV-nin ekranlarında görürük. Məncə proqramları sunan bu gözəl xanımlar heç bir TV kanalında bu qədər sərbəst ola bilməzlər. Çünkü başlarının üstündə heç bir senzura qorxusu yoxdur və şirkət sahibin mənafeyi filan burada yoxdur. Bunların bu mütləq sərbəst davranışları onları nə qədər də cazibəli, mutlu və təsirli göstərir. Bunlar məsələnin bir tərəfidir.
Bakı birosunda hazırlanan proqramlar içərik (məzmun) baxımından da çox önəmlidir. Yəni GÜNAZ TV-nin Bakı birosu gerçəkdən də 40 milyonluq Azərbaycan əhalisini milli kimlik yönündə eyitən bir akademiyadır. Əmin ola bilərsiniz ki, bu proqramlar millətimizin ortalama səviyəsini çox dəyişmiş, gəlişdirmişdir. GÜNAZ TV-nin ekranlarında o gözəl xanımların, yaraşıqlı kişilərin söhbətlərindən feyz yab oluruq. Çox şeylər öyrənirik. Madam ki, bu qədər şərif və fədakar insanlar bizim toplumun içində var, o zaman gələcəyə ümidlə baxmaq lazımdır. O zaman bu gün fars şovinizminin zindanlarında işkəncə görən xanımlarımızın və bəylərimizin intiqamı yerdə qalmayacaqdır.
Bakı birosunda hazırlanan hər bir proqram, hətta o gözəl xanımların dadlı gülüşləri belə, fars şovinizmindən intiqam alır. Təmənnasız olaraq o biroda çalışan qardaşlarımı və bacılarımı salamlayıram. Onlar bilmiş olsunlar ki, çox böyük iş görürlər. Onlar bilmiş olsunlar ki, fars şovinizmi tərəfindən törədilən qaranlıqları yarıb və ulusumuzun gözləri önündə aydın bir gələcək sərmiş, sərgiləmiş olurlar. Bu gözəl sifətlərin Təbrizdə, Urmuda, Zənganda, Tehranda, Həmədanda, Sulduzda, Qoşaçayda, Ərdəbildə, Xalxalda ailələrdə görülməsi özü-özlüyündə düşüncədə, duyğuda ortaqlaşmaq üçün zəmin yaradır, hələ onların gəlib sırf bu ailələr üçün proqram hazırlamaları başqa təsirli bir mövzu.
Güntay Gəncalp
19/12/2008
, Bir millətin səsi
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir