- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
AZAL-ın Belçikada erməni ilə işbirliyi qurduğu rəsmən təsdiq edildi
BayBək, Azərbaycan | Saturday, 27th December , 2008 , 16:53 [pm] | İç Xəbərlər
![]() |
. | Bununla belə Məhərrəm səfərli AZAL-ın Meri Sargisyanla işbirliyini dayandıracağını istisna etməyib. “Kales” şirktindən xahiş olunub ki, azərbaycanlıların bileti erməni agent tərəfindən satılmasın. Hazırda araşdırma aparılır, əgər buna əməl olnmasa, şirkətlə işbirliyi kəsiləcək”, - deyə Məhərrəm Səfərli bildirib.
Qeyd edək ki, dekabrın 25-də Belçikadan Ədalət Quliyev adlı oxucumuz RİA-ya yazaraq AZAL-ın yerli təmsilçisinin Meri Sarkisyan adlı erməni qadın |
Azərbaycan Hava Yolları (AZAL) Belçikadakı nümayəndəsinin erməni olduğunu rəsmən təsdiq etdi. RİA-nın məlumatına görə, AZAL mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli etiraf edib ki, AZAL Belçikada biletlərin satışı üçün “Kales” şirkəti ilə əməkdaşlıq edir. Həmin şirkətin bilet satan agentlərindən biri isə ermənidir.
Səfərli burada faciə görmədiyini bildirib. O qeyd edib ki, AZAl siyasətlə deyil, bizneslə məşğul olur. Səfərli hesab edir ki, AZAL-ın erməni ilə işbirliyi qurması faciə deyil, faciə torpaqlarımızın işğal olunmasıdır.
Bununla belə Məhərrəm səfərli AZAL-ın Meri Sargisyanla işbirliyini dayandıracağını istisna etməyib. “Kales” şirktindən xahiş olunub ki, azərbaycanlıların bileti erməni agent tərəfindən satılmasın. Hazırda araşdırma aparılır, əgər buna əməl olnmasa, şirkətlə işbirliyi kəsiləcək”, - deyə Məhərrəm Səfərli bildirib.
Qeyd edək ki, dekabrın 25-də Belçikadan Ədalət Quliyev adlı oxucumuz RİA-ya yazaraq AZAL-ın yerli təmsilçisinin Meri Sarkisyan adlı erməni qadın olduğunu bildirib. Onun sözlərinə görə, bununla bağlı dekabrın 23-də məlumat alıb və dərhal AZAL-ın oradakı nümayəndəliyinə - Park Hill, Mommertslaan 18A 1831 Diedem-Brussels unvanina yollanıb. “Həqiqətən də AZAL sirkətinin nümayəndəsi və Azərbaycana biletləri qeydiyyatdan keçirən Meri Sarksyan adlı erməni qadını idi”, - deyə oxucumuz bildirib.
Ədalət Quliyevin sözlərinə görə, AZAL-ın Belçika təmsilçisi heç də peşəkar mütəxəssis deyil. “O, nə Fransz, nə Holland, nə Alman, nə İngilis, nə də erməni və Azərbaycan dilini bilir. Sadəcə rus dilini bilir. Halbuki Belçikada yüzlərlə azərbaycanlı gənclərimiz var ki, bir neçə dil bilirlər. Amma özlərinə münasib iş tapa bilmirlər”, - deyə Quliyev qeyd edib.
“Mən bir məsələni dərk edə bilmirəm, Azərbaycan prezidenti İlham Əliyev dəfələrlə rəsmi şəkildə bəyan edib ki, nə qədər, Azərbaycan torpaqları işğal altındadır, bizim ermənilərlə heç bir müştərək layihəmiz, işbirliyimiz ola bilməz. Amma AZAL dövlət başçısının bəyanatlarının əksinə ermənilərlə iş birliyi qurur. Əgər kiminsə şübhəsi varsa, buyurub bu nömrəyə (003227160070) zəng edib aydınlaşdıra bilər”, - deyə Quliyev əlavə edib.ria
, Bir millətin səsi
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir