- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
Rusiya və Azərbaycan hərbi sahədə əməkdaşlıq edir
BayBək, Azərbaycan | Monday, 29th December , 2008 , 04:31 [am] | İç Xəbərlər
![]() |
. | Azərbaycan və Rusiya arasında 2009-cu ili əhatə edəcək hərbi əməkdaşlıq sahəsində tərəfdaşlıq planı imzalanıb.
Rusiya müdafiə naziri Anatoli Serdyukovun |
Azərbaycan və Rusiya arasında 2009-cu ili əhatə edəcək hərbi əməkdaşlıq sahəsində tərəfdaşlıq planı imzalanıb.
Rusiya müdafiə naziri Anatoli Serdyukovun Bakıya səfəri zamanı bildirilib ki, bu əməkdaşlıq hərbi və hərbi-texniki sahələri əhatə edir və keçən illərdə həyata keçirilən əməkdaşlıq formalarından o qədər də fərqlənməyəcək.
Rusiya müdafiə naziri Anatoli Serdyukov Bakıya səfəri zamanı azərbaycanlı həmkarı Səfər Əbiyev və prezident İlham Əliyevlə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu bildirir ki, görüşün sonunda Azərbaycan və Rusiya arasında 2009-cu ildə hərbi əməkdaşlığa dair saziş imzalanıb.
Hərbi ekspert Üzeyir Cəfərli hesab edir ki, avqust ayında Gürcüstanda apardığı hərbi əməliyyatlardan sonra rəsmi Moskva Cənubi Qafqaz ölkələri ilə müxtəlif sahələrdə münasibətləri inkişaf etdirməkdə maraqlıdır. İldən-ilə iki ölkə arasında hərbi əməkdaşlığın daha da genişləndirildiyi müşahidə olunur:
“Bu, təhsil sahəsində özünü daha çox göstərir. Bundan başqa, Azərbaycanın gələcəkdə Rusiyadan daha çox hərbi silah-sursat əldə etməyi planlaşdırır. Rusiya isə çalışır ki, Azərbaycan indiyə qədər aldığı Ukrayna və Belarus hərbi təyyarə və vertolyotlarını rus texnikası ilə əvəz etsin.”
Hərbi ekspert bildirir ki, Rusiya Azərbaycanın NATO ilə ehtiyatlı münasibəti və davranışından mümkün qədər yararlanmaq istəyir.
Üzeyir Cəfərli deyir ki, son dövrlər Azərbaycan müdafiə strukturları Rusiyanın təşkil elədiyi müxtəlif hərbi təlim və tədbirlərdə iştiraka maraq göstərir.
Bununla yanaşşı, Azərbaycan NATO ilə hərbi tərəfdaşlıq planını da uğurla həyata keçirir.bbc
, Bir millətin səsi
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir