- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
BAKIDA İSRAİL VƏ ABŞ ƏLEYHİNƏ İZDİHAMLI AKSİYA
BayBək, Azərbaycan | Tuesday, 6th January , 2009 , 05:19 [am] | İç Xəbərlər
![]() |
. | Bakının Nardaran qəsəbəsində etiraz aksiyası keçirildi. İsrailin Qəzza bölgəsinə təcavüzünü pisləmək üçün qəsəbədəki İmam Hüseyn (ə) meydanına toplaşan minədək sakin ABŞ və İsrail hökumətlərinin ünvanına sərt ittihamlar səsləndirdilər. Etiraz tədbirində kənd ağsaqqalı Hacı Əli Hüseynov çıxış edərək, İsrailin Qəzza bölgəsində apardığı əməliyyatlar nəticəsində yüzlərlə müsəlmanın təcavüzün qurbanı olduğunu dedi: “Ölənlər arasında çoxlu uşaq, qadın, qoca var. Amma belə bir məqamda beynəlxalq təşkilatlar, ərəb dövlətləri susur… |
Fələstindəki qətliama etiraz edən nardaranlılar iki ölkənin dövlət bayraqlarını yandırdılar!
Dünən günorta saatlarında Bakının Nardaran qəsəbəsində etiraz aksiyası keçirildi. İsrailin Qəzza bölgəsinə təcavüzünü pisləmək üçün qəsəbədəki İmam Hüseyn (ə) meydanına toplaşan minədək sakin ABŞ və İsrail hökumətlərinin ünvanına sərt ittihamlar səsləndirdilər. Etiraz tədbirində kənd ağsaqqalı Hacı Əli Hüseynov çıxış edərək, İsrailin Qəzza bölgəsində apardığı əməliyyatlar nəticəsində yüzlərlə müsəlmanın təcavüzün qurbanı olduğunu dedi: “Ölənlər arasında çoxlu uşaq, qadın, qoca var. Amma belə bir məqamda beynəlxalq təşkilatlar, ərəb dövlətləri susur…
…ABŞ prezidenti isə çıxışında sionistlərə haqq qazandırıb. Biz İsrailin təcavüzünü pisləyir, Fələstin xalqı ilə həmrəy olduğumuzu bildiririk”.
Avropa ölkələrini tənqid edən Hacı Əhməd isə qırğınlara görə onların cavab verəcəklərini dedi: “Ruslar Gürcüstana bomba atar-atmaz dünya birliyi ayağa qalxdı. Amma neçə gündür yəhudilər bir milləti qırır, amma heç kim səsini qaldırmır. Bizim məmurlar susurlar. Müsəlman ölkələrində xalq ayağa qalxıb baş verənlərə münasibət bildirir. Amma Azərbaycanda belə şey yoxdur. Bizimkilər Amerikaya işləyir”.
Kənd sakini Hacı Fəyyaz Nəbizadənin sözlərinə görə, yanvarın 2-də baş verənlərə etiraz etmək istəsələr də, alınmayıb: “Bizi tutdular. İndi 20-dən çox adamımıza 12 sutka veriblər. 170 adam isə müəyyən məbləğdə pul cəriməsi ödəyib. Bu hökumət İsrail səfirliyini qorumaqla məşğuldur. Ora yaxın düşmək olmur”.
Toplantıda çıxış edən Hacı Həmzə Hacı Mahmud oğlu isə Qafqaz Müsəlmanları İdarəsinin ünvanına sərt ittihamlar səsləndirdi: “Qurumun başında duran Şeyx Hacı Allahşükür Paşazadə bu günədək məsələyə heç bir münasibət bildirməyib. Belə şeyx bizim nəyimizə lazımdır? Hardadı o, səsi niyə çıxmır? Fələstin xalqını müdafiə etməyin vaxtı çatıb. Radikal addımlara əl atmaq lazımdır”.
Gənclər adından danışan Məşədi Mehman müsəlman ölkələrinin Fələstini müdafiə etməli olduğunu söylədi: “Azərbaycan hökuməti, deputatlarımız, Qafqaz Müsəlmanları İdarəsi isə susur. Azərbaycan hökuməti Aşuraya icazə vermir. Belə şey olar? Bəs ruhaniyyət hara baxır? Məndə olan məlumata görə, Aşura mərasiminə rəhbərlik edən doqquz nəfər bugünlərdə polis bölməsinə aparılıb. Onların qarşısına şərt qoyulub ki, Aşura keçirməsinlər. Amma biz sözümüzü Aşura günü deyəçəyik. Onda İsrail biləcək ki, biz nəyə qadirik”.
Mitinqdə çıxış edən qadınlar da İsrailin təcavüzünü pislədilər. Qeyd edək ki, etiraz tədbirində “ABŞ işğalçı və terrorçudur!”, “Amerikaya və İsrailə ölüm!”, “Güc bizimdir!” kimi şüarlar səsləndirildi. Sonra ABŞ prezidenti Corc Buşun və İsrailin baş naziri Ehud Olmertin müqəvvaları, bu ölkələrin dövlət bayraqları yandırıldı.
Bu arada İsrailin ölkəmizdəki səfiri Artur Lenk Nardarandakı etiraz aksiyasına münasibət bildirib. Səfir deyib ki, etiraz aksiyası keçirmək, müxtəlif baxışlara malik olmaq sakinlərin hüquqlarıdır: “Hesab edirəm ki, Bakının başqa yerlərində də fərqli fikirdə olan insanlar var”.musavat
Artıraq ki Nardaran qəsəbəsi gənəlliklə İran siyasətilə hərəkət edər və Azərbaycan hakimiyəti orada qanun yürütməkdə çətinlik çəkər. İran adlanan ölkədən bir çoxlu molla və tələbə bu kəndə get-gəl edir və çoxlu miqdarda pul və silah əhali arasında dağılır. Bu kəndin Azərbaycan müstəqilliginə təhlükə olduğu dəfələrcə BayBak sitəsində bildirilibdir.
, Bir millətin səsi
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir