- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

Müxalifət 10 gün ərzində referendumla bağlı qərar verəcək

BayBək, Azərbaycan | Tuesday, 6th January , 2009 , 05:27 [am] | İç Xəbərlər

. «Bu, təkcə siyasi partiyaların işi deyil. Cəmiyyətin reaksiyasından da görünür ki, hamı bu işə çox ciddi yanaşır»

Martın 18-də Azərbaycanda Konstitusiyaya dəyişikliklərlə bağlı keçiriləcək referenduma artıq hazırlıq işləri başlayıb. Layihənin



«Bu, təkcə siyasi partiyaların işi deyil. Cəmiyyətin reaksiyasından da görünür ki, hamı bu işə çox ciddi yanaşır»

Martın 18-də Azərbaycanda Konstitusiyaya dəyişikliklərlə bağlı keçiriləcək referenduma artıq hazırlıq işləri başlayıb. Layihənin müəllifi sayılan YAP-ın təşəbbüs qrupu yaradılıb. Bəs ötən ilin son günlərində referendumla bağlı bir sıra toplantılar keçirən müxalifət düşərgəsində təşviqata hazırlıq işləri nə yerdədir? Təşəbbüs qrupları yaradılırmı?

Müsavat Partiyası İcra Aparatının rəhbəri Arif Hacılı deyir ki, nə olur olsun, onlar bu siyasi prosesdən kənarda qalmaq fikrində deyillər. Və çalışacaqlar ki, sözügedən referendumun Azərbaycan xalqının mənafeyinə nə qədər zidd olduğuna ictimai diqqəti cəlb edələr: «Ancaq hələlik təşəbbüs qrupunun yaradılıb- yaradılmayacağı, seçkidə iştirak edilib-edilməyəcəyi barədə qərarlar qəbul edilməyib».

Arif Hacılının sözlərinə görə, yaxın 10 gün ərzində bu istiqamətdə qərarlar qəbul olunacaq. Hakimiyyətin inzibati resurslardan maksimum istifadə edəcəyinə baxmayaraq onlar da mövcud imkanlardan yararlanıb nəyəsə nail olmağa çalışacaqlar.

«Azərbaycan Naminə» İctimai Forumun prezidenti Eldar Namazov da deyir ki, mart ayına qədər onlar cəmiyyətdə çox geniş təbliğat işləri aparacaqlar. Və əmindir ki, bu işə təkcə siyasi partiyalar yox, cəmiyyətin geniş təbəqələri qoşulacaq:

«Bu, təkcə siyasi partiyaların işi deyil. Cəmiyyətin reaksiyasından da görünür ki, hamı bu işə çox ciddi yanaşır».

Mərkəzi Seçki Komissiyasının Mətbuat Xidmətinin rəhbəri Azər Sarıyev deyir ki, parlament referendumun vaxtını təyin edəndən sonra qurum iclas keçirərək üzərinə düşən işləri görüb. Yəni referendumun keçirilməsi üçün əsas hərəkətlərin və tədbirlərin təqvim planını təsdiqləyib. Bəzi normativ xarakterli aktlar qəbul edilib. Ancaq hələ ki, MSK-ya təşviqat qrupu yaratmaq məqsədilə hər hansı təşəbbüs qrupu müraciət etməyib.

Azər Sarıyev deyir ki, hər hansı bir fərdin və ya siyasi partiyanın bu referendumda subyekt kimi iştirak etməsi mümkün deyil. Yalnız qruplar yaradıb təşviqat və ya əks- təşviqat aparmaq olar. Çünki burada əsas subyekt kimi təşviqat qrupları tanınır.

Martın 18-də keçiriləcək referendumda seçicilər Konstitusiyanın 29 maddəsinə nəzərdə tutulan 40-dan çox əlavə və dəyişikliyə öz münasibətlərini bildirəcəklər. Dəyişikliklər sırasında əsas müzakirə obyektinə çevrilən məsələ bir nəfərin iki dəfədən artıq prezident seçilməsinə qoyulan məhdudiyyətin aradan qaldırılmasıdır.azadliqradiosu

BayBak, All about a Nation, Bir millətin səsi
Yazını epoçt adresinə göndər

Paylaş |
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://azr.baybak.com/il_2009_say_3975.azr
azeribaybak[at]gmail.com