- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

Maşalla Rəzmi bəyin GÜNAZ TV-dəki söhbətləri üzərinə - Güntay Gəncalp

BayBək, Azərbaycan | Friday, 9th January , 2009 , 13:34 [pm] | Məqalə-Yazi

. Maşalla Rəzmi bəyin GÜNAZ TV-dəki söhbətləri bu sözləri mənim ağlımda canladırdı. Maşalla bəyin illər boyu zindanda qalması, işkəncə görməsi, bizim bilmədiklərimiz bir çox əzəblara məruz qalması, sanki bu günlərdə GÜNAZ TV-də bu sözlər danışmaq üçün imiş. Yalnız bu həqiqətləri öz milləti ilə paylaşmaq üçün imiş bütün bu acılar. Maşalla Rəzmi bunun üçün doğulmuş imiş sanki. Ancaq bu zirvəyə yüksəlmək asan deyilmiş. Maşalla Rəzmi işkəncə altında olduğu zaman mən dünyaya gəlmişəm. Yollar yolçusuz olmur.


Fəriddəddin Əttar Nişaburinin ”Məntiq-üt təyr” kitabının bir bölümü quşların səfərinə həsr olunmuşdur. Hüdhüd quşları bir-bir uzaqdakı simurğ adlı həqiqəti kəşf etmək üçün böyük səfərə dəvət edir. Bütün quşları dəvət edir. Quşların bir çoxu bəhanə gətirib bu səfərdən imtina edir. Məsələn hüdhüdün dəvətinə bülbül belə cavab verir:

”Mən gülün eşqilə öylə sərxoşam
Kəndi vücüdumdan mən həp bom-boşam.
Simurğ sevdasına dözəməz bülbül
Bülbülə bəs edər sadəcə bir gül” (tərcümə-Güntay)

Ancaq 30 quş bu səfərdə hüdhüdə yoldaş olurlar və ”yoldaş oldur kim qara günlərdə yoldan çıxmasın” (Saib) məntiqi ilə yola düşərlər. Səfərdən imtina edən quşlar hüdhüdə də deyərlər ki, bu səfər çox təhlükəlidir, sən də gəl bu səfərdən vaz keç! Hüdhüdün cavabına baxın:

”Xilqətim yoğrulub yapıldığı dəm
Yalnız bu iş üçün göndərildim mən.” (tərcümə-Güntay)

Nə qədər gözəl, nə qədər heyrətamiz. Bütün idealist insanların tərcümə-i halını anladan sözlər.

”Ey Füzuli qılmazam tərki təriqi eşq kim
Bu fəzilət daxili əhli kalam eylər məni”

Maşalla Rəzmi bəyin GÜNAZ TV-dəki söhbətləri bu sözləri mənim ağlımda canladırdı. Maşalla bəyin illər boyu zindanda qalması, işkəncə görməsi, bizim bilmədiklərimiz bir çox əzəblara məruz qalması, sanki bu günlərdə GÜNAZ TV-də bu sözlər danışmaq üçün imiş. Yalnız bu həqiqətləri öz milləti ilə paylaşmaq üçün imiş bütün bu acılar. Maşalla Rəzmi bunun üçün doğulmuş imiş sanki. Ancaq bu zirvəyə yüksəlmək asan deyilmiş. Maşalla Rəzmi işkəncə altında olduğu zaman mən dünyaya gəlmişəm. Yollar yolçusuz olmur.

”Yollar dolayıdır, yollar çarpaşıq,
Yollar əzəl gündən insana aşıq.”

Bu yol Maşalla bəyi öz millətinə xitab edib danışma zirvəsinə yüksəltdi. Milyonlarca insanımız bu şərif insanın söhbətlərini dinləyir. Danışır tarix və dinləyir Azərbaycan. Dinlədiyimiz zaman içimizdə od tutub yanır bəzən. Yurdumuzun ən cəsur və şərif insanlarının başına nələr gəlmiş!!! Bağırsaqlarını çəkib qıran şair Oxtay, azadlıq vurğunları Mərziyə Üskülü, Ruhəngiz Dəhqani, işkəncə altında yenilməyən Əşrəf. Və Təbrizin səssiz gecələrində dolaşan ”El bilir ki, sən mənimsən” şərqisini pıçıldayan Səməd Behrəngi.

Maşalla bəy çox doğru iş gördü Amerikaya gedib GÜNAZ TV-də danışmaqda. Əgər bu işi etməsəydi onun həyatının bir anlamı olmazdı. Nədən? Çünkü Maşalla bəy GÜNAZ TV-nin ekranında bir fərd olaraq görünmür. Biz onun timsalında Oxtayı, Behrəngini, Behruz Dehqanini, Mərziyəni görürürk. Onlar da yaşasaydılar bu gün GÜNAZ TV-nin qonağı olacaqdılar. Bu üzdən də düşünürəm ki, Maşalla bəy şəhid olmuş dostlarının, dostlarımızın da nəfəsini, ruhlarını ekrana daşıdı. Qəlbimizin dərinliklərində hər zaman ehtiramla xatırladığımız insanların ruh hallarını Maşalla bəyin dili ilə dinlədik. Torpağın altında yatanlarımızın bizi nə qədər sevdiklərini anladıq. Bunun adı bilirsinizmi nədir? Vəfa borcu olaraq adlandırıram bunu. Maşall Rəzminin Oxtay, Behrəngi, Behruz, Mərziyə və digər şəhidlərimiz qarşısında bir vəfa borcu var imiş. Mən Maşalla bəyi dinlərkən anladim bunu. Anladım ki, bu insanın bir vəfa borcu var imiş və beləliklə də vəfa borcunu ödəmiş oldu. Maşalla bəyi GÜNAZ ekranına çıxaran da bu əhdə vəfa borcu olmuşdur. Tarix boyu daima böylə etmişlər heysiyətli insanlar.

…və orada…orada və içimizdə olan bir yerdə bir şəhər var…Təbriz. ”Dumanlı Təbriz”

Güntay Gəncalp
09/01/2009

BayBak, All about a Nation, Bir millətin səsi
Yazını epoçt adresinə göndər

Paylaş |
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://azr.baybak.com/il_2009_say_3992.azr
azeribaybak[at]gmail.com