- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
Bolqarıstan prezidenti Georgi Pırvanovun Azərbaycana səfəri başlayıb
BayBək, Azərbaycan | Thursday, 22nd January , 2009 , 14:43 [pm] | İç Xəbərlər
![]() |
. | Daha sonra Prezident İlham Əliyev və Georgi Pırvanovun təkbətək görüşü olub. Azərbaycanın dövlət başçısı Bolqarıstan rəhbərini səmimiyyətlə qarşılayıb. Görüşdə Azərbaycan ilə Bolqarıstan arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyi, qarşılıqlı əlaqələrin, o cümlədən iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial imkanların olduğu vurğulanıb. Azərbaycan ilə Bolqarıstan |
Bu gün İlham Əliyevlə Georgi Pırvanovun təkbətək görüşü olub!
Bolqarıstan Respublikasının Prezidenti Georgi Pırvanov Azərbaycana birgünlük işgüzar səfərə gəlib. Heydər Əliyev adına beynəlxalq hava limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Bolqarıstan Prezidentini hava limanında Azərbaycanın xarici işlər nazirinin müavini Vaqif Sadıqov və digər rəsmi şəxslər qarşılayıblar.
Daha sonra Prezident İlham Əliyev və Georgi Pırvanovun təkbətək görüşü olub. Azərbaycanın dövlət başçısı Bolqarıstan rəhbərini səmimiyyətlə qarşılayıb. Görüşdə Azərbaycan ilə Bolqarıstan arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyi, qarşılıqlı əlaqələrin, o cümlədən iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial imkanların olduğu vurğulanıb. Azərbaycan ilə Bolqarıstan arasında enerji sahəsində də əməkdaşlığın genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğu bildirilib.
Beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlığın əhəmiyyətini vurğulayan prezidentlər ikitərəfli münasibətlərin bundan sonra da genişləndiriləcəyinə əminliklərini ifadə ediblər. Görüşdə daha sonra ikitərəfli münasibətlər, regional və beynəlxalq əməkdaşlıq, qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.ans
, Bir millətin səsi
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir