- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

Bayraq toplayıcı bir simgədir - Sarxanlı Paşa

BayBək, Azərbaycan | Tuesday, 10th February , 2009 , 01:08 [am] | Məqalə-Yazi

. Daha sonradan gələn Osmanlılar və başqa türk dövlətlərində, çeşidli rənglər və biçimlərdə yaranan bayraqlar, dövlət və padişahı təmsil etmişlər.

Qırmızı zəmin üzərində hilal və ulduz bulunan bayraq, Osmanlılarda ilk dəfə 1973,də dövlətin rəsmi bayrağı olaraq qəbul edildi. Bu bayraqdaki ulduz sekkiz qollu idi. 1842,də 1.ci Sultan Abdülməcid zamanında, ulduzun beş qollu olması qararlaşdırıldı və Osmanlı bayrağının şəkli kəsinləşdi.



“Bayraqları, bayraq yapan üstündəki qandır
Topraq eyer üstündə ölən varsa vatandır”

Bu sözləri qələmə çəkərkən nə qəsd etmişdir böyük türk şairi? Qonu görünüş etibariylə açıqdır; bayraqlar savaş meydanlarında yaranıb, sonra fateh ordunun, padişahın və ölkənin,qurur simgəsi olaraq, egəmənlik səmalarında dalqalanmaya başlamışdır. Tarixi və kronolojik faktlar götərir ki, at və qılınc çağları, savaşan hər tərəfin özünə xas bayraqları və sancaqları olmuşdur.

Bayraqlar, hər gələnin əlinə verilməzdi, onları güclü və güvenli əllər daşımalıydı kı savaş əsnasında, darma dağın olan savaşçıları, yenidən onların ətrafına toplaya bilsinlər. Qarşı tərəf, davamlı olaraq, düşmanın bayraqlarını yıxamaya və onları qəsb etməyə çalışırdı ki beləlikəş sıraların bozulmasına və qarşı ordu nəfəratının birbirini itirməsinə və nəhayət qarqaşa və başı boşluğa ortam hazırlasınlar. Bundan sonra vurucu güclər, durmadan düşman nəfəratını yox edib, zəfərə ulaşabilirdilər. Ancaq qarşı tərəfində eyni tekniklərdən xəbərdar olduğu üçün, işlər o qədər də asan getməzdi və sonunda ən güclü və ən qurnaz olan, habelə daha modern tekniklərə əl tapan tərəf savaşı qazanardı.

Bilinən bəzi savaşlarda, düşman casusları, qarşı tərəfin sıralarına sızıb, onların bayraq bölməsini ələ alıb, savaş sırasında bayraqları ortadan qaldıraraq, düşmanın sürətli yenilgisinə nədn olmuşlar.

Bayrağın, mərkəzi, ulusal və modern dövlətlərdə və kütləvi quruluşlarda necə bir mənəvi, duyğusal ve siyasal anlam daşıdığı məbhəsinə keçmədən öncə, onun qavramsal anlamıyla tarixsəl gəlişməsinə göz atmayı aydınladıcı və sağlam sonuca vara bilmek üçün zorunlu görürəm.

Bayrağın hangi dövrədə və kimlər tərəfindən ortaya çıxdığına dair kesin bir tarix vermek imkasızdır, çünkü insanlar tarixin qaranlıq labirentlərində itən günlərdən bəri, öz isdək və amaclarını, çeşidli əlvan materyalları ələm edərək, dosta və düşmana bildirmək isdəmişlər. Müxtəlif mənbələr, adına günümüz miqyası ilə bayraq diyə biləcəyimiz simbolun, ilk dəfə Yahudilər, Misirlilər və Çinlilər tərəfindən qaldırıldığı ehtimalını qabağa çəkməkdədir. Misirlilərin, miladdan yaxlaşıq 2200 il beri, bayraq qullandıqlarına dair kesin qanıtlar bulunmaqdadır. Makadonlu İskəndərin, 3.cu Daryuşa qarşı açtığı savaşlardada, uzun dirəklərin başına, böyük bayraqlar bağlayaraq, ordusunun nizamını qoruduğu bilinməkdədir.

“Bayraq” sözü eski türklər içində mızraq anlamına gələn “batraq” sözündən və zamanla T foneminin yerini Y foneminə tərk etməsilə törəyib, biçimlənmişdir.
Batraq sözü isə batırmaq kökündən törəmişdir.

Türk döyüşçüləri, savaşlar sırasında, mızraqlarının ucuna qırmızı bir ipək qumaş parçası taxar və qotaz diyərdilər.

Mızraqların ucuna, qumaş yerinə, yaban öküzü quyruğu taxılsaydı, Yak olaraq adlanırdı.At quyruğundan olanlara Tuğ, incə və uzun bayraqlara Yalav, bayraqların təpəsinə taxılan quyruqlara isə Pərçəm vəya bəçkəm deyilirdi.

Türklərin ilk qullandıqları bayrağın rəngi və şəkli haqqında kesin bir bilgi yoxdur. Ancaq Orta Asya tarixi üzrə faktlara dayandığımızda, İslamiyətdən öncəki Türklər arasında, Tuğ adı verilən bayraq və simbolların qullanıldığını açıqca görə bilirik.

Türklərin qullandığı simgələrin rənginə gəlincə; qaradan qırmızıya qədər, mavi, sarı, yaşıl və ağ kimi bir çox rəngdə simbollar qullanıb, onlara Batraq, Budraq və Bayraq kimi çeşidli adlar vermişlər.

Türklər 9.cu asrdən başlayaraq, kütlələr halində İslamiyəti mənisəməyə başladılar. Bundan sonra dini və mənəvi inanışa dayanaraq, onların simbollrındada önəmli deyişikliklər araya çıxdı. Bu bayraqlardakı ən önəmli özəllik, İslami motif və ünsürlərin qabağa keçməsilə birlikdə, milli motif və simgələrə də yer verilməsidi.

İlk müsəlman Türk dövlətlərindən olan Qəznəvilərin bayraqlarında, yaşıl yer üzərində ağ hilal və quş şəkilləri görülməktədir. Qahramanlıların bayraqlarında, al rəng üzərində, doqkuz tuğ şəkli bulunmaqdadır. Böyük Səlcuqların dövlət bayrağında, öncə mavi zəmin üzərində ağ iki qartal və qara çizgili gerilmiş yay və ox şəkilləri varkən, daha sonra qara bayraqlar qullanılmaya başlanır. Bu bayraq Anadolu Selcuqluları tərəfindən də mənimsənir. Səlcuqlularda xanədan rəngi olaraq qəbul edilən al rəngli bayraqlar da vardı.

Daha sonradan gələn Osmanlılar və başqa türk dövlətlərində, çeşidli rənglər və biçimlərdə yaranan bayraqlar, dövlət və padişahı təmsil etmişlər.

Qırmızı zəmin üzərində hilal və ulduz bulunan bayraq, Osmanlılarda ilk dəfə 1973,də dövlətin rəsmi bayrağı olaraq qəbul edildi. Bu bayraqdaki ulduz sekkiz qollu idi. 1842,də 1.ci Sultan Abdülməcid zamanında, ulduzun beş qollu olması qararlaşdırıldı və Osmanlı bayrağının şəkli kəsinləşdi.

Sarxanlı Paşa
09/02/2009

BayBak, All about a Nation, Bir millətin səsi
Yazını epoçt adresinə göndər

==========
Buna bağli olan yazılar


Paylaş |
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://azr.baybak.com/il_2009_say_4179.azr
azeribaybak[at]gmail.com