- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
Bu gün İsraildə seçkilərdir
BayBək, Azərbaycan | Tuesday, 10th February , 2009 , 14:29 [pm] | Dış Xəbərlər
![]() |
. | Bu gün İsraildə seçkilər keçirilir. İlkin sorğulara görə seçkidə liderlik edən “Likud” lideri Benyamin Netenyahu, xalqın inqilab istədiyini söyləyib. Onu az fərqlə izləyən hakim “Kadima” lideri Tzipi Livni də iddialıdır.
İsraildə olan 5 milyon 279 min seçici, yeni iqtidarı təyin etmək üçün səhər saatlarından səsvermə məntəqələrinə gəlməyə başlayıblar |
Bu gün İsraildə seçkilər keçirilir. İlkin sorğulara görə seçkidə liderlik edən “Likud” lideri Benyamin Netenyahu, xalqın inqilab istədiyini söyləyib. Onu az fərqlə izləyən hakim “Kadima” lideri Tzipi Livni də iddialıdır.
İsraildə olan 5 milyon 279 min seçici, yeni iqtidarı təyin etmək üçün səhər saatlarından səsvermə məntəqələrinə gəlməyə başlayıblar. Seçkinin axşam saat 22.00-da yekunlaşacağı bildirilir. Seçkilər sakit şəraitdə keçirilir. Bu ana qədər keçirilən sorğularda “Likud” Partiyasının lideri Netenyahunun öndə olduğu qeyd edilir. Netenyahu, hökümətə gələrsə, “Həmas”ı yox edəcəyinə dair söz verib. “Kadima” isə hələ ki, ikinci yerdədir.
Daha çox irqçiliklə tanınan “Evimiz İsrail” (Yisrael Beiteinu), partiyasının lideri Avigdor Lieberman üçüncü sıradadır. Lieberman “Sadiq olmadan vətəndaş ola bilməzsiniz” şüarıyla seçkilərə qatılıb. Lieberman xüsusilə gənc seçicilərdən böyük dəstək qazanır.
Dördüncü sırada Müdafiə Naziri Ehud Barakın “İşçi” partiyası var. Sorğular seçicilərin 15 faizinin də hələ qərarsız olduğunu göstərir.
Seçkilərin İsrailə 206 milyon Şekelə (təxminən 52 milyon dollar) başa gələcəyi bildirilir.
Əslində İsraildə seçkilər 2010-cu ildə keçirilməli idi. Növbədənkənar seçkilərə səbəb kimi İsrailin Baş naziri Ehud Olmertin vəzifədən sui-istifadə və rüşvətdə günahlandırılması göstərilir. Olmertin yerinə “Kadima”ya rəhbər seçilən Xarici işlər Naziri Tzipi Livni, prezident Şimon Peres tərəfindən ona verilən hökuməti qurma vəzifəsində müvəffəqiyyətsiz olunca, Peres erkən seçki çağırışı etdi və parlament, səs vermə üçün 10 Fevral tarixini təyin etdi.
120 yerlik Knessetdə, bir partiyanın təmsil edilə bilməsi üçün, seçicilərin ən azı 2 faizinin səsini toplamaq lazımdır. Seçkilərə 34 partiya qatılıb.qaynar
, Bir millətin səsi
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir