- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

BayBak-in Quzey muğənnisinə etirazı Güney və Quzeydə dəstəklənir

BayBək, Azərbaycan | Wednesday, 11th February , 2009 , 03:25 [am] | İç Xəbərlər

. Aysel xanımdan öz qərarın dəiyşərək, əsil musiqimizin modern halətin dünyaya tanıtmağa fikirləşməsini tələb edirik. İnanırıq ki Aysəl xanım və onun kimi istedadlı muğənnilərimiz Azərbaycanı olduğu kimi dünyaya tanıtdıra bilərlər, Yetər ki milli düşüncəli mənecerləri, və ana yurdu sevgisilə dolu pərəstişkarları olsun.


5 gün öncədən sitəmizdə yayılan etiraz bildiriləri, habelə milli fəallarla görüşmək, Quzey Azərbaycan adına Fars-İrançı muğənniyə sığınanlara etiraz dalqası başlamaqdadır.

Sözdə Azərbaycanı təmsil edən muğənninin İran adlanan ölkəni təmsil edən bir bəstəkardan ilham alması, habelə “İran Fardsır” siyasətin dünyada rəklam edənlərin oyununa yardımcı olan bir sıra şəxs və qurum, “Eurovision 2009″ yarışmalarında milli kimligimizə ihanət etməgə qalxıblar. Bu ihanət Güney-Quzey ayırtmadan, Bütöv Azərbaycana toxunur və elə ona görədə hər bir Azərbaycanlı ona etiraz etməlidir.

BayBak rəsmi olaraq ilk etirazı yayınladı, habelə İTV məsullarına bildiri göndərdi. Mələsəf günümüzə qədər onlardan cavab gəlməiyb. Apardığımız danışıqlar sonucu, Güneydən olan çoxlu qurum və şəxsiyət, habelə Azərbaycanlı olan Quzeyli soydaşlarımız bu qonuya kəskin etirazların bildiriblər.

Yaxın günlərdə bu barədə Quzey Azərbaycan-ın milli məclisinə muraciyət edəcək olan qurumlar və depotatların yardımı ilə, BayBak inanır ki sızü gedən aşağaladıcı çabanın önü alına biləcəkdir.

Dünyaya musiqi və mədəniyət hədiyə edən Azərbaycanı məhv etməgə çalışanlardan biri olan, sözdə İran ölkəsi, ancaq əməldə Fars şovonistləri ən başda gedənlərdən olublar. Onların siyasəti budur ki Quzey Azərbaycanıda Güney kimi işqal etsinlər, işqal edə bilməsələrdə, oranı özlərinə bağımlı, ya hətta özlərininki tanıtsınlar.

Son zamanlarda Quzey Azərbaycana Fars musiqi və kültür mərasimləri daşıyan, Fars dilində mahnı səsləndirən Quzeyli muğənnilər və hakimiyət içində Farslara qulluğ edənlərin numaiyşi çoxalıbdır. Bu olay başqa ölkələr arasında olsa bəlki dostluğ anlamına gəlsin, ancaq Azərbaycanın 4-dən 3-u işqal edən bir ölkə ilə, mustəqilligin qazanmış olan 4-də 1 hissəmiz arasında bir o qədər xoşa gələn ola bilməz.

Güneydə Türk dilinə yasaq qoyan, Quzeydə devlət çevrilişinə məşqul olan və iki tayda genclərimizi uyuşdurucuyla boğan bir sistem ilə necə mədəniyət paylaşımından söz etmək olar?

Aysel Teymurzadə Fars muğənnidən ilham alır, “Azərbaycan” mahnısıyla örəklərdə taxt quran muğənnimiz Fars mahnısı oxumağa başlayır, Arəş Ləbbaf və Daryuş İqbali kimi Pan-İrançı muğənnilər anayurdumuza dəvət olunurlar v.s. Bunlara “YOX” deməgin zamanı gəlməmiş mi dir?

BayBak artırır ki Fars şovonistlərinin bu olaylardan su-istifadə etməsi, habelə Farsların Quzey Azərbaycan vasitəsilə dünyada mədəni tanınmaları və onların musiqi ürünləri Türk musiqisindən daha üstün göstərilməsi həqiqətəndə əsil Türk olan hərkəsi özməkdədir. Bu kimi rəzalətlərə boyun əymək seçilsəidi, bu gün Güney Azərbaycanda minlərcə gencimiz işkəncə altında olmazdılar.

BayBak “Eurovision 2009″ yarışmasına qatılacaq olan Aysel Teymurzadədən istəiyr ki öz qərarına bir daha düşünsün, səs qazanmağ üçün kimligin və ölkəsin ayağ altına salmasın. Bu kimi addımların atılması, bilgisizlikdən qaynaqlansa, və ya, olmasına inanmaq istəmədigimiz qulluğçuların çabası sonucu olsada, iki tərəfədə zərər verməkdədirlər.

Aysel xanımdan öz qərarın dəiyşərək, əsil musiqimizin modern halətin dünyaya tanıtmağa fikirləşməsini tələb edirik. İnanırıq ki Aysəl xanım və onun kimi istedadlı muğənnilərimiz Azərbaycanı olduğu kimi dünyaya tanıtdıra bilərlər, Yetər ki milli düşüncəli mənecerləri, və ana yurdu sevgisilə dolu pərəstişkarları olsun.

Hamımızın Bütöv Azərbaycan üçün savaşdığımız bir zamanda, işqalçı Farslara yaxlaşmaq Quzeydən gözlənilməzdir.

BayBak

BayBak, All about a Nation, Bir millətin səsi
Yazını epoçt adresinə göndər

==========
Buna bağli olan yazılar


Paylaş |
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


1 Görüş

  1. Görüş yazan Barlas — February 13, 2009 @ 1:20 am

    Şəxsən belə düşünürəm ki Araşın Aysellə birgə Azərbaycanı təmsil edməsi daha çox iranda yaşayan farslara pis olacaq.Doğrusu pop musiqi düşməni olduğum üçün Araşı da heç sevməm ancaq belə düşünürəm ki o bu yarışmaya qatılmaqla özünə Azəri adı yapışdıracaq. indi bilmirəm doğurdanda Azəridimi yoxsa deyil.Xülasə qəzəblənəcək hal yoxdur.Quzey Azərbaycanı bir güneyli təmsil edəcək üstəlik iranın dünyaca məşhur müğənnisini daha artıq dünyada Azəri kimi tanıyacaq. Bu Farslara böyük itkidir.Həm bəlkə bu arada onun şöhrəti Azərbaycana da uğur qazandırdı.
    BBC Azəridə yazmışdı Araşın dədəsi təbrizlidi həm əlavə edmişdi ki Araş Aysellə birgə səhnəyə çıxacaq üstəlik farsca bir bloqdan aldığım bilgiyə görə keçən aykı Bakı konserinə çıxış edməzdən əvvəl Araş, radioda Azəri danışmışdı və bloqu yazan tərəf Araşı Azərbaycanda Azəri adlandırdıqları üçün çox qəzəbli idi indi də Araş özü özün Azəri adlandıracaq. Bunca itv və Aysel və quzeyin üstünə gedmək yersizdi. Məncə bu qonudakı bilginizi daha da çoxaldsaydınız mənimlə razı olardınız. bilgisizlikdən dəm vurmam o səbəbdəndi ki siz always adlı mahnının farsca olduğunu sanırsınız. halbuki farsca olan təkcə belə sözcüyün də bu mahnıda işlənməsi imkansızdkı heç bu arada Araş işarə edmişdi ki bu mahnıda Azəri instrumentlərdən də istifadə edməsi istisna deyil.İndi bunun harası pisdi bilmirəm.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://azr.baybak.com/il_2009_say_4183.azr
azeribaybak[at]gmail.com