- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
Quzey Azərbaycanda yaşayan güneylilər “Eurovision 2009″ skandalına görə İTV-yə etiraz edirlər
BayBək, Azərbaycan | Wednesday, 11th February , 2009 , 04:15 [am] | İç Xəbərlər
![]() |
. | Azərbaycanın quzeyini, “Quzey İran” kimi tanıtdırmağa cəhd edənlərin, artıq “Azərbaycan”ın düşünən beyni hesab edilən, “PAYTAXT BAKIDA” yurd salmaları və belə bir iyrənc cəsarətdə olmalarını, ancaq aydınlarımızın və ziyalılarımızın susqunluqları kimi qiymətləndiririk. Və inanırıq ki, Azərbaycan ziyalısı və təkrar edirik “AZƏRBAYCANIN ZİYALISI” öz sözünü mütləq deyəcək… |
Quzey Azərbaycanda fəaliyyət göstərən “İCTİMAİ” tele - radio yayım şirkətlərinə
Hörmətli Soydaşlarımız;
Ərazi və cəmiyyət etibarı ilə ən azı dörddə üçü olan Güney Azərbaycanı unutsaniz da, kimliyimiz və onun əsas təməli hesab edilən dilimizə qarşı atdığınız hər bir addımınızda Güney Azərbaycanlılara cavab verməli olduğunuzu unutmayın!
Ulu öndər Heydər Əliyev cənablarının fəxr hissi ilə və təkidlə bəyan etdiyi kimi, biz Azərbaycanlılar “AZƏRBAYCANLI” olduğumuz üçün tam varlığımızla fəxr edirik. Və Azərbaycanın müqəddəs torpaqlarında yaşayan hər bir şəxsin də belə düşünməyə borclu olduğuna əminik…
Azərbaycan türkcəsi istər Güney, istərsə də Quzey Azərbaycanımızın “kimlik” göstəricisi hesab edilir. Və Güney Azərbaycanda, səngiməyən və onlarla şəhid və yüzlərlə vicdan məhbusi ilə cərəyan edən “milli - kimlilk” mübarizəsinin əsas predmeti hesab edilir. Belə bir tarixi anda özünü Azərbaycanlı hesab edən hər bir şəxs, mənsub olduğu ölkə və millətin rəsmi dili ilə özünü təqdim etməlidir.
Düşüncəmizə görə, “Eurovision” mahnı müsabiqəsi, sanıldığı kimi, önəmli bir hadisə hesab edilmir, ancaq kimsənin yaxud kimsələrin həmin mahnı nümayişində, kimliyimizi, millətimizi, dilimizi təhqir edərək, Quzey Azərbaycanın rəsmi dili ilə yox, uzun müddətli bir zaman kəsiyində varlığımızı və dilimizi danmış və onun məhvinə bütün varlığı ilə çalışmış dairələrin məqsədinə xidmət edən dillə danışmağa cəsarət edənlərə nifrətimizdən başqa heç bir sözümüz olmayacaq…
Azərbaycanın quzeyini, “Quzey İran” kimi tanıtdırmağa cəhd edənlərin, artıq “Azərbaycan”ın düşünən beyni hesab edilən, “PAYTAXT BAKIDA” yurd salmaları və belə bir iyrənc cəsarətdə olmalarını, ancaq aydınlarımızın və ziyalılarımızın susqunluqları kimi qiymətləndiririk. Və inanırıq ki, Azərbaycan ziyalısı və təkrar edirik “AZƏRBAYCANIN ZİYALISI” öz sözünü mütləq deyəcək…
Hörmətlə:
Quzey Azərbaycanda yaşayan güneylilər
, Bir millətin səsi==========
Buna bağli olan yazılar
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir