- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

Azərbaycan Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunları komandanı, general-leytenant Rail Rzayev qətlə yetirilib

BayBək, Azərbaycan | Wednesday, 11th February , 2009 , 13:08 [pm] | İç Xəbərlər

. Azərbaycan Müdafiə Nazirliyinin (MN) Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunları komandanı, general-leytenant Rail Rzayev qətlə yetirilib.

R. Rzayev fevralın 11-də səhər saatlarında Yasamal rayonunun İsmayıl bəy Qutqaşınlı 125 ünvanında yerləşən evinin yaxınlığında başından güllələnib.



Azərbaycan Müdafiə Nazirliyinin (MN) Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunları komandanı, general-leytenant Rail Rzayev qətlə yetirilib.

R. Rzayev fevralın 11-də səhər saatlarında Yasamal rayonunun İsmayıl bəy Qutqaşınlı 125 ünvanında yerləşən evinin yaxınlığında başından güllələnib.

O güllə yarası ilə MN-in Mərkəzi Klinik Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Xəstəxanadan bildiriblər ki, Hərbi Hava Qüvvələrinin komandanlığı onlara hər hansı açıqlama verməyi qadağan edib.

Hadisənin kim tərəfindən hansı zəmində törədildiyi hələlik məlum deyil. Hadisə yerində Respublika Hərbi Prokurorluğunun əməkdaşları istintaq hərəkətləri aparır.

Bu vaxta qədər Azərbaycanda hərbi generalların öldürülməsi faktı qeydə alınmayıb.

R.Rzayev 1945-ci il martın 10-da Salyan rayonunda anadan olub. 1962-66-cı illərdə Orcenikidze adına (Vladiqafqaz) zenit-raket komanda məktəbində təhsil alıb.

Təhsilini başa vurduqdan sonra Azərbaycana göndərilib, hava hücumundan müdafiə qoşunlarında müxtəlif hərbi vəzifələrdə çalışıb.

1989-cu ildən 1992-ci ilə kimi Hərbi Hava Qüvvələrinin Bakı təmir bazasına rəhbərlik edib (2008-ci ildə bu baza ləğv olunub).

1992-ci ildən Azərbaycan Hərbi Qüvvələrinin Hava Hücumundan Müdafiə və Hərbi Hava Qüvvələri komandanı təyin edilib. 2004-cü ildə general-leytenant rütbəsi alıb.

Generalla vida mərasimi fevralın 11-də saat 15.00-da Müdafiə Nazirliyinin Təlim-tədris mərkəzində olacaq.azadliqradiosu

BayBak, All about a Nation, Bir millətin səsi
Yazını epoçt adresinə göndər

Paylaş |
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://azr.baybak.com/il_2009_say_4186.azr
azeribaybak[at]gmail.com