- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
Ermənistan 6 rayonumuzu qaytarmağa hazırdır, Azərbaycan isə Ermənistana yol verməyə
BayBək, Azərbaycan | Wednesday, 11th February , 2009 , 13:18 [pm] | İç Xəbərlər
![]() |
. | Türkiydə çıxan “Hürriyet” qəzetinin çap variantının bugünkü manşeti Qarabağ məsələsindən bəhs edir. Məqalə Türkiyənin xarici işlər naziri Əli Babacanın Bakıya qisamüddətli səfərinə həsr olunub. Babacanın ermənistanlı həmkarı Nalbəndyanla Münhendə keçən görüşündən sonra Bakıda Məmmədyarovla və İlham Əliyevlə də görüşməsindən bəhs edən məqalədə göstərilir ki, Babacan tərəflərə yeni Qarabağ planı təqdim edib. |
“HÜRRİYET”İN SENSASİON QARABAĞ MANŞETİ
Ermənistan 6 rayonumuzu qaytarmağa hazırdır, Azərbaycan isə Ermənistana yol verməyə !
Türkiydə çıxan “Hürriyet” qəzetinin çap variantının bugünkü manşeti Qarabağ məsələsindən bəhs edir. Məqalə Türkiyənin xarici işlər naziri Əli Babacanın Bakıya qisamüddətli səfərinə həsr olunub. Babacanın ermənistanlı həmkarı Nalbəndyanla Münhendə keçən görüşündən sonra Bakıda Məmmədyarovla və İlham Əliyevlə də görüşməsindən bəhs edən məqalədə göstərilir ki, Babacan tərəflərə yeni Qarabağ planı təqdim edib.
Prinsip anlaşmasına görə, Ermənistan mərhələ-mərhələ Azərbaycanın işğal altındakı 6 rayonunu azad edəcək, Azərbaycan da Ermənistanın şosse və dəmiryolunu açacaq.
Qəzet tərəflərin yeni tənzimləmə planına Türkiyənin köməyi ilə yaxınlaşdıqlarını bildirir.
Yazıda qeyd olunur ki, Babacanən Münhen-Bakı xətti ilə baş tutan diplomatik səfərindən sonra Ermənistan Dağlıq Qarabağda azərbaycanlilarin toplam olaraq yaşadiqlari 6 rayonu mərhələ-mərhələ Azərbaycana qaytarmağa razıdır. İlk etapda tərəflər arasında uzlaşılan nöqtələr aşağıdakılardır:
1. Ermənistanın işgal altında saxladığı Dağlıq Qarabağı əhatə edən 5 rayon - Füzuli, Ağdam, Cəbrayıl, Qubadlı, Zəngilan Azərbaycana qaytarılacaq.
2. Evlərini tərk etmək zorunda qalmış məcburi köçkünlər yurdlarına geri dönə biləcəklər.
3. Dağlıq Qarabağın statüsünü müəyyənləşdirmək üçün region bir müddətliyə müvəqqəti hökumətə veriləcək. Status müəyyən edildikdən sonra Kəlbəcər rayonu da Azərbaycana qaytarılacaq. Buna qarşılıq olaraq Azərbaycan Ermənistanın şosse və dəmiryolunu açacaq.
4. Ermənistan və Dağlıq Qarabağ arasındakı sərhəd bölgəsinə beynəlxalq sülhməramlılar yerləşdiriləcək
Musavat
, Bir millətin səsi
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir