- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

Erməni jurnalistindən erməni vəhşiliyinin etirafları

BayBək, Azərbaycan | Sunday, 1st March , 2009 , 17:06 [pm] | İç Xəbərlər

. “…bəzən öldürülmüş Azərbaycanlıların meyitləri üzərindən keçməyə məcbur olurduq. Yaxşı xatırlayıram, Daşbulaq deyilən yerin yaxınlığındakı bir bataqlıqdan keçmək üçün ölü bədənlərdən özümüzə körpü düzəltmişdik. Mən bu cansız insan bədənlərinin üzərindən keçməkdən imtina etdikdə, Ohanyan adlı mayor mənə qorxmamağı əmr etdi.


Hazırda Beyrutda yaşayan David Yeriyan adlı erməni jurnalist vaxtilə Dağlıq Qarabağ döyüşlərində iştirak etmiş və şahidi olduğu hadisələr barədə “Xaçın xətri üçün” (“For the sake of cross”) kitabında yazıb. AzərTAc-ın məlumatına görə, ingilis dilində çap edilmiş kitabda ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərdən söhbət açılır. Əsərdən bəzi məqamları oxucuların diqqətinə çatdırırıq:

“…bəzən öldürülmüş Azərbaycanlıların meyitləri üzərindən keçməyə məcbur olurduq. Yaxşı xatırlayıram, Daşbulaq deyilən yerin yaxınlığındakı bir bataqlıqdan keçmək üçün ölü bədənlərdən özümüzə körpü düzəltmişdik. Mən bu cansız insan bədənlərinin üzərindən keçməkdən imtina etdikdə, Ohanyan adlı mayor mənə qorxmamağı əmr etdi. Rütbəcə böyük komandirin əmrinə əməl etmək hərbi qanunlardan biri olduğu üçün mən ona tabe oldum. 9-10 yaşlarında yaralı bir qızın döş qəfəsinə ayaq basmağa məcbur oldum və bataqlıqdan keçdim. Ayaqqabılarım və fotoaparatım tamamilə qan içində idi”.

Kitabın 63-cü səhifəsində təsvir olunmuş hadisə ermənilərin qətiyyən insanlığa yaraşmayan hərəkətlərindən, qəddarlığından və amansızlığından xəbər verir: “. Meyitləri daşıyan sonuncu maşında başından və əllərindən yaralanmış 10 yaşında bir qız uşağı gördüm. Qızın sifəti tamamilə göyərmişdi. Aclığa, soyuğa və yaralarına baxmayaraq diri qalmışdı. Çətinliklə nəfəs alırdı. Balaca qızın gözlərindəki ölüm qorxusunu hələ də unuda bilmirəm. Tiqranyan adlı bir əsgər qızı götürərək yandırılmağa hazırlanan cəsədlərin üzərinə atdı. Mənə elə gəlirdi ki, yanan ölü bədənlər arasında kimlərsə qışqırır, imdad diləyir və ağlayırdı. Mən bunlara artıq dözə bilmirdim. Həm də Şuşanı görmək istəyirdim. Ona görə də ön cəbhəni tərk edib geri qayıtdım. Cəbhədəkilər isə Xaç müharibəsini davam etdirirdilər…”lentaz

BayBak, All about a Nation, Bir millətin səsi
Yazını epoçt adresinə göndər

Paylaş |
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://azr.baybak.com/il_2009_say_4300.azr
azeribaybak[at]gmail.com