- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

Azərbaycanda Xatəmi sevənlərə sorulur: “Xatəmi iki dövrdədə seçki gəzilərini nədən Şiraz-dan başlayıb?” - Təbrizli Baybək

BayBək, Azərbaycan | Friday, 6th March , 2009 , 18:40 [pm] | Məqalə-Yazi

. Azərbaycan demək İran adlanan ölkənin ən önəmli bölgəsidir. Bu bölgə devrimlər ölkəsi adlanıbdır, yalanda dəiyldir əslində. Ama üzücü olan gərçək budur ki bu devrimlər ölkəsində, devrimlər ölkənin öz məhvinə doğru yönəltiliblər. Son devrimdə, yəni 1979 ilində İslam Devrimində, Azərbaycan və özəlliklədə Təbriz ilk və açar rol oynamışdır, ama 30 il o devrimdən sonra, yəni indiki günə baxanda, ilk rol oynamaqla son məqamda yerləşmək pək məntiqi sonuc görünmür.

Azərbaycan üçün bir neçə ssenari yazılıb:
- Əkbər Ələmi aday olacaq



İran adlanan ölkədə cumhurbaşxanı seçkiləri yaxınlaşdıqca, çoxlu tartışmalar və qarşıdurmalar meydana çıxır.

Azərbaycanda isə durum bambaşqadır. Ötən seçkilərə baxmayaraq, gələcək seçki üçün Azərbaycanda lazimi qədər istək yoxdur, habelə adayları dəstəkləmək üçündə geniş rəklamlar aparılmır.

Daha öncə məqaləmdə (Farsca yazılmışdır, lazim göründügü ümün hələlik bəlli zamanlarda bu dildən yararlanmaq lazimdir1) bildirmişdim ki Fars hakimiyəti uluslararası imicini düzəltmək üçün, həmdə devlət içində yaranan davaları azaltmaq üçün, bəlli addımlar ataraq seçkilərdən yararlanmaq istıiyr. Bu arada Azərbaycan milli fəalları pasiv qalaraq, yaxın gələcəkdə olan dəiyşimləri incələməkdən çəkinirlər.

Azərbaycan demək İran adlanan ölkənin ən önəmli bölgəsidir. Bu bölgə devrimlər ölkəsi adlanıbdır, yalanda dəiyldir əslində. Ama üzücü olan gərçək budur ki bu devrimlər ölkəsində, devrimlər ölkənin öz məhvinə doğru yönəltiliblər. Son devrimdə, yəni 1979 ilində İslam Devrimində, Azərbaycan və özəlliklədə Təbriz ilk və açar rol oynamışdır, ama 30 il o devrimdən sonra, yəni indiki günə baxanda, ilk rol oynamaqla son məqamda yerləşmək pək məntiqi sonuc görünmür.

Azərbaycan üçün bir neçə ssenari yazılıb:
- Əkbər Ələmi aday olacaq
- Mirhüseyn Musəvi aday olacaq
- İslahələb tanınanXatəmi aday olacaq

Bunlarla yanyana, İran adlanan ölkəyə kollektiv olaraq yazılan ssenarilərdən:
- Əhmədinəjad aday olacaq
- Kərrubi aday olacaq
- Adi çəkilməyən, ancaq sipah-bəsic qumandalarından olmuş şəxslərin icmasından biri aday olacaq
- İlginc olaraq, heç gündəmdə olmayan, Xamneiynin gizli muşaviri deiylən bir şəxs aday olacaq
söz etmək olar.

Bu ssenarilərin hamısı əslində bir amacaq xidmət edirlər. O amac isə, Fars üstünlügü ilə qurulmuş, dini və siyasi güc qazanmış və uluslararası diplomatik marşutlara malik olan hakimiyəti qorumaqdır. Bu hakimiyəti qorumaqsa, demək Fars olmayanların dahada çox əzilməsi və məhv edilməsidir.

Mən daha öncədə demişdim ki bölgəsəl seçkilərə baxmayaraq, umumi seçkilər Azərbaycanda təhrim olunmalıdır. Bölgəsəl seçkilərin önəmi isə məhz sınır şəhərlər, habelə başqa etniklərə verilən yerlərdə toplanmalıdır. Bölgəsəl Azərbaycanlılar ilə işqalçı və terrorçu adaylar arasında savaş gedir, buna görədə o seçkiləri qazanmaq, ən azından bölgəni itirməkdə geçikmə yarada bilər. Ama umumi seçkilərdə, Fars-Fars savaşıdır. Yəniki Farslar öz aralarında güc savaşı yapıb və tərəflərin hər hansının qazanması, Fars olmayanların yararına hiç olmayacaqdır.

Ama, Azərbaycan kimi önəmli bölgə durubda Fars hakimiyətinə qarşı, sözdə seçkiləri təhrim edərsə, çox faydalı elementlər əldə edəcəkdir. Örnək olaraq, seçkilər təhrim olunursa, rejim dünya səviyəsində daha çox biabrı olub və olayın nədənin öyrənməgə çalışan xarici devlətlər Azərbaycan faktına rastlayacaqlar. Daha bir örnək, Fars hakimiyəti Azərbaycan yedigi zərbələri xatırlayaraq, yeni qərar verməli olacaqdır: a): Azərbaycana az olsada, bir az özgülrlük versin, b): indiki siyasətin daha pislədib və Azərbaycanda hərbi vəziyət yaratsın. Bu iki qərarın sonu nə olacaqdır? TƏbiki ilk qərardan yararlanıb və milli haqlarımızın tanınması və millətimizin bilgiləndirməsinə çalışa bilərik. İkinci qərarda isə, İran adlanan ölkənin cinayətkar sifəti daha çox aşkarlanıb və uluslararası təpkilər yaradıb və bizə bu təpkilərdən yararlanmağa qadir edəcəkdir. Yuxarıda verdigim sadə örnəklərin hər birisinin ilk yapacağı iş budur ki, Güney Azərbaycan və ardından Bütöv Azərbaycan məsələsi daha çox gündəmə çıxacaqdır, bu səfər dünya çapında.

Bilirsiz ki dünyanın düzəni dəiyşmək üzərədir. ABŞ hakimiyəti tarixi düşmanı Çin ilə dostluq yaratmağa başalayıb, Rusiya isə SSRİ dönəmin bir daha yaratmaq üçün 2015-ci ilə qədər planlar hazırlayıb. Qomşu İraq-dan gedən proseslər, Pakistan-da çöküş, Əfqanistan-da yeni qlobal savaşın zəminlərinin hazırlanması, Özbəkistan, Qızqızistan və Gürcüstanda olan supergüclərin diş qıcırtmaları, İsrail-Fələstin məsələsinin demək ən böhrani mərhələsinin gəlib çatması v.s kimi olaylar bizim ağıl hücrələrimizi oyatmalıdırlar. Hələ, yuxarıda olan dəiyşimlərə, bölgəsəl toqquşmaları, örnəiyn, Kürd yayılması, Erməni lərin silahlanması, Bəluçların gizli anlaşmaları, Ərəblərin silahlı savaşlarının yeni dalqasının başlanacağı və Fars hakimiyətinin növə silahı ürətməsini artırarsaq əgər, Orta Doğu, və onun göbəgi olan Azərbaycanda durumun nəqədr ağır olduğun anlamağ olacaqdır. Hələ mali böhran və Avrupada yaranan savaş qıvılcımlarını Orta Doğuya gətirmirəm, ancaq bilirik ki olaylar hamısı məhz Orta Doğunu ələ keçirmək üçün başlanıblar.

Belə olur ki, Azərbaycanın önəmini olduğu kimi bilmək, və ona görə davranıb qərar vermək, bizim gələcəgimiz üçün çox önəmlidir.

Mən hər zaman təssüf etmişəm ki əcəba nədən Azərbaycanda ulusal düşünə bilən lider və ya düşüncə sistemi olmamışdır. Nə vardıisa, məhz Azərbaycanı üçün olmuşdur. Üzücü olaraqda, əldən gedən torpaqları geri almaq yolunda yox, ki sırf əldə olanları yarım-yamalaq qorumaq şəklində!

Dünyanın gedişatına ətki buraxacaq liderimiz kim olmuşdur? Həmdə bizim ki demək dünyanın ən önəmli və geo-politik bölgəsi olaraq? Sizcə belə önəmli bölgənin sahibləri daha ağılı və güclü olmamalıdırlar?

İran adlanan seçkilərə gəlincə, bu seçkilərin ki seçiləcək sonucunu bilmək zor olsada, nədən seçiləcəgi aydındır. Fars hakimiyəti zaman üçün yaşayır. Zaman almaq üçün və aldığı zamanı ən yuxarı çıxarla mudurluk etmək üçün güclü maşın çalışmaqdadır. Genədə xarici güclərin Fars hakimiyətinə verdigi yardımları unutmamaq şərtilə, Azərbaycan, necə bu duzaxdan qurtula bilir sorusuna cavab vermək lazimdir.

Seçiklərdə bəllidir ki Fars-Şiə hakimiyətinin tam xidmətində olan birisi seçiləcəkdir. İran adlanan ölkədə bir Qorbaçov aramaq yanlışdır. Qorbaçov olmaq üçün, öncə insan olub və insanlara sayqılı olmaq lazimdir. İndilik İran adlanan ölkəninn yönəticilərinin arasında belə bir şəxs mecüd dəiyldir.

İlginc olaraq, Quzey Azərbaycanda fəaliyət edən bir sıra şəxs və qurum, bilmədən, incələmədən və məşvərət etmədən, Güney Azərbaycan üçün qərar verib və bəlli şəxslərin aday olmasını dəstəkləiyrlər. Bu səhv və olduqca təhlükəli bir işdir. O taydakı soydaşlarımız gərək bu taydakı soydaşlarıyla six əlaqədə olsunlar, öz aralarında güclü bir gərçək ətrafına toplansınlar və sonra iki tayda faydalı olacaq olan qərarları versinlər. Səhv işarələr verməklə, Azərbaycan doğru yol tapa bilməyəcəkdir.

Məqaləmin başlığına gəlincə, sözdə İran hakimiyəti özünə 2500 il tarix yaradıb (5000 ilə uzatıblar son zamanlarda, müftı tarixdirdə, yaz getsin edirlər!). Bu saxta tarix isə, sözdə Farsların tarixi başkəndi olan, Həxaməneşlərin imperiyasının örəgi və sözdə Koroşun qorduğu mədəniyətin mərkəzi olaraq, Şiraz şəhərindən ad apararlar.

Şiraz türklərindir gərçəgi mənə aydın olsada*, bu məsələni buraxıb, və Şiraz Farsların tarixi başkəndidir iddeasına qayıdıram.

Məhəmməd xatəmi mədəniyətlər danışığı idiasın ortaya sürüb. Bu idiadan yararlanıb, İran və beləliklədə Farsları mədəniyət sahibi olaraq dünyaya qəbul etdirməgə çalışır. Buna yardımcı olan isə, 100 ilə öncədən saxtalaşdırılmış bəlgələri qullanırlar. Bəlgələri saxtalaşdıran batı devlətlərisə, öz əlləri oxunmasın diyə, saxtakar olduqları açıqlanmasın diyə, hələlik bu idialara etiraz edə bilmirlər.

İndi, Şiraz nədir və nə anlamı var məsələsi aydın olur. Aya, tüm yərəl insanları məhv edib və saxta tarixə söykənərək, Türklərin tarixi torpağında hakimiyət quranların xuliyasına dəstək vermək, ağıl və məntiqə sığan bir iş midir? Kəsinliklə elə dəiyldir. Cənab Xatəmi nədən cumhurbaşxanlığı seçkiləri üçün gəzilərinin Şirazdan başlayır? Həmdə, cumhurbaşxanı olduğu, 8 il Azərbaycan xiyanət etdigi dövrə başlanqıcında isə, elə genədə Şirazdan başlamışdır!

Mədəniyət din anlamındadır desək, İslam və müsəlmanlardan söz gedir deməli olacayıq. Bəs, nədən Qum şəhərinə gedib və oradan gəzilərinə start verməiybdir? Nədən Məşhədə gedib və gəzilərinin başlamamşıdır? Yoxsa o iki şəhər Türklərindir diyə mədəniyət hesab olmurlar? Yoxsa bölgədə ilk mədəniyət yaradan və mədəniyətlər sahibi olan Türklər insan və müslman dəiylmidirlər?

Cavab sadədir, çünkü o (Xatəmi) bir ırqçı Farsdır və İran Farsdır idiologisinin qıvamlı yolcularındandır. Cənab Xatəmi və yandaşları gözəl bilirlər ki nə edirlər. Ama, Azərbaycanlılar, və başqa Fars olmayan millətlərin fəalları bu gərçəkləri bilmədən, ona ya başqasına dayaq olurlar.

Azərbaycan milli hərəkatın məhz Fars və ya İran içinə məhdud etmək ağılsız və xaiyncəsinə bir düşüncəsidr. Azərbaycanı ulusallaşdırmaq gərəkir və bu məsələni aydınlatmağ lazimdir ki biz varıq. Əgər başqalarına qul olacayıqsa, demək günümüzlə heç bir fərqi olmayacaq, çünkü elə indidə qulluqdayıq. Ama, Azərbaycan Türkü qulluğa qarşı olduğu üçün savaşa başlayıb. Yüz il qulluğ yetər deiyr və kimi olursa olsun, Azərbaycana qarşı duranları, yaxud Azərbaycanı öz qazanclarına görə qullananları düşman sayır.

Son söz budur ki, İran adlanan ölkədə Azərbaycan gərəkdir ki ağır bassın. Yoxa uduzacayıq. Ağır basmaq üçündə, həzinə vermək lazimdir. Həzinə vermək, ancaq bu həzinəni yerində və Azərbaycan üstünlügü amacına vermək üçün, güclü bir siyasət və düşüncə sistemi lazimdir.

Azərbaycan məhdüd olmamalıdır, Bütöv Azərbaycan və çevrəsi qurulmalıdır

Təbrizli Baybək
05/03/2009
Croydon

1- [1] www.11008.bayb…

* Şiraz əskidən Türk şəhəri olmuşdur. Orda və ətraf bölgələrdə yaşayan, hala Türklügün qorumuş yüz minlərcə soydaşımız var. Baxmayaraq ki son yüz ildə o bölgələri Türklərdən almaq üçün geniş köçürtmələr və qət etmələr yapılıb, ancaq hələdə Türk kokusunu, cənubdaki körfəzdən almaq çox qolay bir işdir. Azərbaycanlılar Mad imperiyasın yaratdıqdan sonra, bəlli zamanlarda Fars quldurları ilə ki indi Hindistan adlanan bölgədən oğruluğ üçün saldırılar düzənlərdilər, muqavilələr bağlamağa məcbur olub ta vəhşilikləri dayandırsın. Xiyanətlə muqavilələri pozub və imperiyanın başçısın öldürərək şahlığı ələ keçirən Farsların demək atası, çox böyük Mad imperiyasını öz balaca xanlığına qatıb, Madların gücün ələ keçirib və qumşulara saldırıya başlayıb. Daha sonra, Madlar, yəni Azərbaycanlılar köçməgə və ya qaçmağa məcbur olublar. Tarixi saxtalaşdıranlar belə deiyrlər ki quya Türklər, yəni Azərbaycanlılar daha sonra bölgəyə gəliblər. Hətta belə deiyrlər ki quya Farslar Ariya ırqı və ona görədə Avrupalıdırlar!

BayBak, All about a Nation, Bir millətin səsi
Yazını epoçt adresinə göndər

Paylaş |
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://azr.baybak.com/il_2009_say_4330.azr
azeribaybak[at]gmail.com
Yazıda qullanılan URL-lər:
[1] www.11008.bayb…: http://www.11008.baybak.com/il_11008_say_2524.azr