- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
Güney Azərbaycanla qarşı mövqeiyətdə, Kürdlər öz adayların meydana gətirəcəklər!
BayBək, Azərbaycan | Thursday, 12th March , 2009 , 22:00 [pm] | İç Xəbərlər
![]() |
. | Kürd icması adına toplantılar keçirən sözdə Kürd milli fəalları, İran milləti yox, ki Kürd millətinin maraxlarından danışıb və o maraxları qoruya biləcək şəxs ortaya çıxarmaq istəiyrlər.
Artıraq ki sözdı Kürd icması bu günə qədər əın azı 4 rəsmi və 16 qeyri rəsmi toplantı yapıb və İran adlanan ölkədə Kürd olmayan şəhərlərdə bilə danışıqlar aparıblar. |
İran adlanan ölkədə 10-cu cumhurbaşxanı seçkilərinə neçə ay qaldığına rağmən, bir çoxlu olayların baş verməsi indidən başlanmışdır.
BayBak-in bilgisinə görə, Kürd icması adına toplantılar keçirən sözdə Kürd milli fəalları, İran milləti yox, ki Kürd millətinin maraxlarından danışıb və o maraxları qoruya biləcək şəxs ortaya çıxarmaq istəiyrlər.
Artıraq ki sözdı Kürd icması bu günə qədər əın azı 4 rəsmi və 16 qeyri rəsmi toplantı yapıb və İran adlanan ölkədə Kürd olmayan şəhərlərdə bilə danışıqlar aparıblar.
Əksinə, Güney Azərbaycanda belə addımlar atılmamaqla birlikdə, İran adlanan ölkənin Fars hakimiyətini qoruyacaqlarına and içən şəxslərin seçilib-seçilmədikləri bəhs olunur! Dr. Əkbər Ələmi öz adaylığın bildirsədə, ancaq məhz İran adlanan ölkənin hakimiyətdə olan qurumun, yani şiə-Fars hakimiyətin qulluğunda olduğunu bildirib. Azərbaycan insanlarının haqlarına toxunsada, İran Milləti termininə inanclı olub və sadiq qalacağını bildirib!
Belə önəmli durumda, Güneydə keçirilən az sayıda toplantı isə sonucsuz bitibdir və hətta yeni tartışmalara nədən olubdur. BayBak xatırladır ki Güneydə olan fəallar açıqcasına Fars hakimiyətinə qarşı ola bilməsələrdə, o ölkənin sözdə anayasasının icra olunması bəhanəsilə milli hərəkata yardımcı olmaqdalar.
Mələsəf Türklərin arasında birlik olmadığına görə, Azərbaycan milli məsələsi hər zaman unutulmuşdur və saxta milliyətlər və hakimiyətlər ön plana gətirilmişlər.
Ancaq Kürd icması geniş və bir amac doğtultusunda çalışdığına görə, Mehdi Kərrubi kimi Fars mollasını, Azərbaycanın Urmu şəhərində gəlmə Kürdləri dəstəkləməgə məcbur ediblər! İlginc burasıdır ki son zamanlarda Mahmud Əhmədinəjada ayaqqabı atıldığı qonuyla ilgili Ərəb dilli medialarda xəbər yayan jurnalistlər, Urmu-nun cəmiyətinin 4-də 3-un Kürd bildiriblər!
Əgər Güney Azərbaycanda lazimi işləmlər yapılmazsa və özəl bir aday üzərində toplaşma yaranmazsa, 10-cu cumhurbaşxanlığının soncunda Kürdlər və Farslar qazanacaqlar.
, Bir millətin səsi==========
Buna bağli olan yazılar
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir