- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
İran adlanan ölkənin dini lideri “Fars olmayan millətlərə haq verilməsin” deiyr!
BayBək, Azərbaycan | Monday, 16th March , 2009 , 00:01 [am] | İç Xəbərlər
![]() |
. | İslam peyğəmbərinin və şiələrin 6-ci imamının doğum gününün il dönümü munasibətilə, İslam Birlik Konferansında danışan cənab Xamneiy, tayfalara və onların sorunlarına tıkanmaq İslama qarşı olduğunu bildirib və bu kimi məsələlərin gündəmə gətirilməsini faydasız və qəbul edilməz sayıbdır. |
İran adlanan ölkədə yaxın gələcəkdə cumhurbaşxanı seçkiləri olacaqdır. Bu seçkilər adi gedən ölkənin 10-cu cumhurbaşxanını seçmək üçün keçiriləcək.
BayBak-ə gələn bilgilərə görə, illərdir İran adlanan ölkədə Fars olmayan millətləri asimilə edib və onların var olduğun danan şovonistlər, üzləşdikləri etirazlar və artan reaksiyalardan qorxuya düşərək bəlli addımlar atmağa məcbur olublar. Addımların biri tahfa adlandırdıqları millətlərə çox məhdud şəkildə bir sıra haqların verilməsidir.
Artıraq ki gələcək seçkilər üçün aday olanlar hamısı Fars olmayan millətlərə haq verilməsindən yana olduqların bildiriblər və sıs toplamağ üçün bu məzmunda şuarlar seçiblər. Hətta Mehdi Kərrübi Kürdlərin terrorist başçılarından olan Məsud Barazani ilə əl sıxışdığı əkslərdən yararlanıb və ilginc olaraq onları Azərbaycan şəhərlərində yayıbdır.
Əkbər Ələmi isə Fars olmayanların himayəçisi olacağına söz veribdir.
Ancaq, Ayətullah Xamneiy son danışığında bu çabalar və ouynların hamısına son cavabi verib və onları qəbul olunmaz adlandırıb.
İslam peyğəmbərinin və şiələrin 6-ci imamının doğum gününün il dönümü munasibətilə, İslam Birlik Konferansında danışan cənab Xamneiy, tayfalara və onların sorunlarına tıkanmaq İslama qarşı olduğunu bildirib və bu kimi məsələlərin gündəmə gətirilməsini faydasız və qəbul edilməz sayıbdır.
BayBak artırır ki cənab Xamneiy İran adlanan ölkədə ən son sözü söyləyən şəxsdir. Ona görədə, verilən son əmir cumhurbaşxanlığına aday olanların aldadıcı şuarlarının yararsız olduğunu isbat etməkdədir.
, Bir millətin səsi==========
Buna bağli olan yazılar
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir