- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

XATƏMİ GERİ ÇƏKİLDİ

BayBək, Azərbaycan | Tuesday, 17th March , 2009 , 03:07 [am] | İç Xəbərlər

. İranın keçmiş prezidenti Məhəmməd Xatəmi bu ilin iyun ayında keçiriləcək prezident seçkilərində iştirak etməyəcək. “Röyter” agentliyinin xəbərinə görə, ötən gün Xatəmi gözlənilmədən namizədliyini geri götürdüyünü elan edib. O, qərarının səbəbini izah etməyib. Xatəmi bir neçə həftə əvvəl seçkilərdə iştirak etmək fikrini rəsmən


Onun əvəzinə islahatççilari keçmiş baş nazir Mirhüseyn Musəvi təmsil edə bilər!

İranın keçmiş prezidenti Məhəmməd Xatəmi bu ilin iyun ayında keçiriləcək prezident seçkilərində iştirak etməyəcək. “Röyter” agentliyinin xəbərinə görə, ötən gün Xatəmi gözlənilmədən namizədliyini geri götürdüyünü elan edib. O, qərarının səbəbini izah etməyib. Xatəmi bir neçə həftə əvvəl seçkilərdə iştirak etmək fikrini rəsmən bəyan etmişdi və kampaniyaya başlamışdı. O, islahatçılar düşərgəsinin ən nüfuzlu liderlərindən biri kimi seçkilərdə indiki prezident Mahmud Əhmədinejada ciddi rəqib ola bilərdi.

Xatəmi Əhmədinejad hökumətinin siyasətini sərt tənqid edir və hesab edir ki, İran bu siyasət nəticəsində iqtisadi və siyasi baxımdan ağır vəziyyətə düşüb. Bildirilir ki, Xatəmi seçkilərdən çəkilməsinin səbəbini yaxın vaxtlarda elan edəcək və islahatçılar düşərgəsindən prezidentliyə yeni namizədi elan edəcək. Məlumata görə, Xatəmi bazar günü keçmiş baş nazir Mirhüseyn Musəvi ilə görüşüb. Ehtimal olunur ki, o, namizədliyini məhz Musəvinin xeyrinə geri götürüb.

Ekspertlərə görə, Xatəminin seçkilərdən çəkilməsi islahatçı düşərgədə prezidentliyə vahid namizəd göstərilməsi məsələsi ilə bağlı yaranmış ziddiyətlərlə bağlı ola bilər. Belə ki, islahatçılardan keçmiş parlament spikeri Möhsün Rzayi, keçmiş xarici işlər naziri Əli Əkbər Vilayəti və keçmiş Tehran meri Bagir Qalibafın da namizədlyini irəli sürməyə hazırlaşdığı bildirilir. Mühafizəkarlar qanadında da vahid namizəd probemi həll edilməyib. Bu düşərgədə Əhmədinejadın namizədliyinə tam dəstək yoxdur və ona alternativlərin çıxa biləcəyi istisna deyil. Əhmədinejadın namizədliyi rəsmən açıqlanmayıb, ancaq onun ikinci müddətə prezident olmaq niyyətinə şübhə yoxdur. İran qanunlarına görə, eyni şəxs dalbadal iki dəfədən çox prezident ola bilməz, ancaq prezident olmuş şəxsin sonradan yenidən öz namizədliyini irəli sürməsinə qadağa yoxdur.musavat

BayBak, All about a Nation, Bir millətin səsi
Yazını epoçt adresinə göndər

==========
Buna bağli olan yazılar


Paylaş |
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://azr.baybak.com/il_2009_say_4401.azr
azeribaybak[at]gmail.com