- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
Ə´ləminin prezidentliyə adaylığı üzərinə - Güntay Gəncalp
BayBək, Azərbaycan | Tuesday, 31st March , 2009 , 02:54 [am] | Məqalə-Yazi
![]() |
. | Onlardan biri və birincisi 2006-cı il xordad olaylarından sonra böyük bir həyəcanla Şəhriyarın “Sən ey tehranlı insaf et, eşşək sənmisin, ya mən?” şeirini oxuması idi. Bu şeirin fars irqçiliyinin tam mərkəzində səsləndi. Buna görə Ə´ləmiyə bir minnətdarlıq borcumuz var. Əlbəttə ki, burada tam güvəndən söhbət getmir. Mütləq güvən kimi mövzular daha çox dini mövzulardır. Biz siyasi mənafedən danışırıq. Ə´ləminin ikinci önəmli işi Babək qalası ildönümündə qayalaya yürüş etməsi idi. Öz millətinin yanında olması yaxşı təsir buraxdı. Böyük ehtimala görə bütün bunlara görə ona məclis seçimlərində səlahiyət |
Milli haqların yolunda mübarizə etmənin müxtəlif yönləri, yöntəmləri vardır. Zamanına, daxili və xarici şərtlərə görə, silahlı savaşdan tutmuş demokratik tutum sərgiləmənin türlü yollarından faydalnmağa qədər milli mübarizənin miqyası mövcuddur. Ancaq modern dünya bir çox əngəlləri ortadan qaldırır. Dünyanı qapsayan modernitənin dalğaları millətlərə təməl haq və özügürlük tanımaqdadır. Çağımızda milli mübarizəyə dəstək olacaq bir çox evrənsəl (cahanşümul) imkanlar vardır. Bu imkanları doğru-dürüst qullanma zaman axışı içində milli enerji birikimi sağlaya bilər.
İranda hər məclis və cümhurbaşqanı seçimi sırasında milli məsələnin gündəmə gəlməsi qaçınılmaz olur. Çünkü milli məsələ elə böyümüş ki, bir şəkildə hər kəs ondan faydalanıb səs qazanmağa çalışır. Bu arada milli hərəkət də bu fürsətlərdən öz hədəfləri üçün faydalanmağı başarmalıdır.
İranda prezident seçiminə adaylar arasında Ə´ləminin ayrıca özəlliyi var. Bəri başdan “Ə´ləmi ovcu açılmış oportonist” kimi içi boş və siyasi dərinliyi olmayan şablon ifadələrlə avanturist davranmağın heç bir xeyiri yoxdur. Belə yanaşmanın vaxtə çoxdan keçmişdir. Ə´ləmi digər namzədlərlə müqayisədə milli məsələyə daha çox yaxındır. Bu üzdən də onun adaylığının qeydsiz-şərtsiz dəstəklənməsi ortaya qoyulmalıdır. Onun adaylığını açıqca dəstəkləmək gələcəkdə ona milləti səs verməyə çağırmaq anlamında deyildir. O, ikinci mərhələdir. Adaylığı dəstəklənməli birinci mərhələ də. Çünkü Ə´ləminin adaylığının rejim tərəfindən qəbul edilməsi şübhə altındadır. Ona səlahiyət verilməsə də Azərbaycanın yararına ola bilər, verilsə də. Səlahiyət veriləcək olsa, o zaman millətin ona səs verməsi üçün onun platformunu və seçim propaqandasını təqib etmək lazım gələcək. Cüzi də olsa onun platformunda milli hissiyata xitab edəcək, milli düşüncədə dartışma yaradacaq söyləmlər olsa, dəstək verilməlidir.
O ki, bir iddə deyir bu da rejimin adamıdır, onlar məsləyə siyasi baxmırlar, ideoloji baxırlar. Söz qonusu addım başı və asta-asta milli enerjini, milli kimlik bilincini ələ düşən fürsətlərə görə dəyərləndirmək və milləti milli haqlar yolunda demokratik mübarizəyə alışdırmaqdır. Çünkü bilmək olmaz, bəlkə gələcəkdə silahlı savaşa heç ehtiyac qalmaz və dünyada gəlişən olar milli məsələnin demokratik seçim yolu ilə həllinə yardımçı olar. Bu səbəbdən də heç bir önyarqıda bulunmadan cəmiyyəti bu vəsilə ilə aktivləşdirməyə çalışdırmaq lazım.
Ə´ləmi əgər səlahiyət alırsa, seçilmə ehtimalı az olsa da arxasında milli iradənin dayanmasını görmək milli hərəkətin daxilə və xaricə böyük məsajı ola bilər. Ə´ləmini dəstəkləmənin bir neçə real səbəbi var.
Onlardan biri və birincisi 2006-cı il xordad olaylarından sonra böyük bir həyəcanla Şəhriyarın “Sən ey tehranlı insaf et, eşşək sənmisin, ya mən?” şeirini oxuması idi. Bu şeirin fars irqçiliyinin tam mərkəzində səsləndi. Buna görə Ə´ləmiyə bir minnətdarlıq borcumuz var. Əlbəttə ki, burada tam güvəndən söhbət getmir. Mütləq güvən kimi mövzular daha çox dini mövzulardır. Biz siyasi mənafedən danışırıq. Ə´ləminin ikinci önəmli işi Babək qalası ildönümündə qayalaya yürüş etməsi idi. Öz millətinin yanında olması yaxşı təsir buraxdı. Böyük ehtimala görə bütün bunlara görə ona məclis seçimlərində səlahiyət vermədilər. “Bu rejimin adamıdır” düşüncəsini beynimizdən silməliyik. Çünkü rejimin içində də türklük vicdanı oyanmış adamlar ola bilər, olmalıdır. Əgər olaya belə baxmasaq, ideolojik dəyərləndirmənin bataqlığına düçə bilərik.
Ə´ləminin adaylığını açıqlaması indidən böyük dartışmalara yol açmış. Bu dartışmaların daha da böyüməsi üçün ona səlahiyət verilməsi bir dalğa yarada bilər. Onun “Azərbaycan mənim güvəncəmdir”- deməsi çox önəmlidir. Səlahiyət veriləcək olsa, çox böyük ehtimala görə milli həyəcanın körüklənməsi meydana çıxacaqdır. Ə´ləmidən Azərbaycana bir zərər gəlməz. O da Azərbaycan oğludur. Bunu isbatlamışdır. Don olaraq bunu söyləmək istəyirəm ki, hadisəyə qurtuluşçuluq və mözücə gözü ilə baxmaq lazım deyil. Milli –siyasi mənafelər yolunda cəmiyyət ələ düşən fürsətdən istifadə edib məşq edib hazırlanmalıdır.
Güntay Gəncalp
30/03/2009
, Bir millətin səsi==========
Buna bağli olan yazılar
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir