- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

BayBak bəyanatı: Özbaşınalıq edənlər, Təbriz dəiyldirlər

BayBək, Azərbaycan | Tuesday, 31st March , 2009 , 14:26 [pm] | Bildirişlər

. Faydalı olacaqdır ta pərdə arxasında şübhə yaratan sözlərdən uzaq durub, Azərbaycan Milli Hərəkatına güc verə biləcək qonular ilə ilgilənək. Şəxsi və qurum anlaşılmamazlıqlardan yola çıxaraq, başqalarına hörmətsizlik edib və haqların əzməklə bir yerə varmaq olmaz. Onsuzda hərəkatımızda ayrölıq yarada biləcək güclər və casuslar çalışmaqdalar. Özümüz onların əlinə bəhanə verməyək.


Son zamanlarda bir sıra anlaşılmamazlıqlar nədənilə, Təbriz və milli hərəkat barəsində olumsuz tartışmalar yaranıb.

İran adlanan ölkənin 10-cu cumhurbaşxanı seçkiləri və sözdə iki Türk aday barəsinə çoxlu toplantılar və tartışmalar gedir. Ancaq bir sıra özbaşınalıq və məntiqdən uzaq işləm, özəlliklə Təbrizdən olduğu üçün xoşa gəlməyən rəaksiyalara nədən olub.

Güney Azərbaycanda çalışan milli fəallar sözü gedən seçkilər barədə birgə qərara gəlmək üçün toplantı qurmağı planlayırlar. Ancaq bəlirsiz və inanılmaz nədənlərdən dolayı, Təbrizli bir sıra fəal öz başına toplantı qurub və tüm fəallar adına bəyanat yayıblar. Bu bəyanat bir çoxlu sitədə yayılsada, BayBak onun şubhəli və qəbul olunmayacaq şəkildə imzalandığı üçün yaymadı. BayBak-in bu tutumu bir sıra fəalın etirazına nədən olsada, sonda hərkəs o bəyaniyənin şübhəli, yersiz və yararsız olduğu qənaətinə gəlmiş durumdadır.

Adı gedən bəyanat “Azərbaycan milli fəallarının birlik şurası” adına imzalanıb. Bu davranış iki önəmli nədəndən dolaiy səhvdir. Birincisi budur ki Azərbaycanda milli fəalların hamısının adına bəyanat yaymağ mümkün dəiyldir. İkincisi budur ki Təbriz şəhərində yerləşən bir sıra fəal, Azərbaycanın tüm şəhərlərində çalışan fəalların numayəndələri dəiyldirlər.

BayBak hər zaman olduğu kimi, seçkilər və toplantıları yaxından izləiyr və ona görədə öz müvqeiyətini bəlli edibdir. Bu doğrultuda, BayBak sözdə Türk adlanan adayların heç birisini onaylamayıb, İran adlanan ölkədə seçkilərin tam anlamında boykot edilməsindən yanadır. Bu tutuma nədən isə çox aydındır. O hakimiyəti yönətənlərin tam istəklərin yerinə yetirən birisi olmayınca, seçkilərdə aday olması imkansızdır. Fars hakimiyətinin təməli isə Fars olmayan millətlərin məhv edilməsi süşüncəsilə qoyulubdur. Bu durumda hər kəs gəlirsə, Fars üstünlügünü qoruyub və başqa millətlərin milli hərəkatına zərbə vuracaqdır. Birisi açıq zərbə vurur, başqası isə bizdən olaraq gizli zərbələr vurmaqda olacaqdır.

Fars hakimiyəti hər zaman çalışıbdır ta Təbriz mərkəzli Azərbaycan hərəkatına zərbə yendirsin və Təbrizin mərkəz olduğunu dağıtıcı bir güc olaraq başqa şəhərlərə qarşı qullansın. Bu o deməkdir ki Fars hakimiyəti Təbrizi yıxmaqla, Azərbaycan hərəkatının məhv edilməsinə nail olacaqdır.

Təbriz bir tarixi və taysız mərkəz olaraq, Güneydə və Quzeydə, tüm şəhərlərdə çalışanların tərəfindən qorunmalıdır. Bu siyasi və cuğrafiyayı baxımdan çox önəmlidir və milli hərəkatın yaşaması və qazanması ona bağlıdır.

Bir sıra özbaşına şəxsin toplantısı, Təbrizin tutumu və ya milli hərəkatın qərarı dəiyldir. Mələsəf bir sıra reaksiyada özbaşınalıqlar yox, ki məhz Təbriz hədəf alınıblar. BayBak belə inanır ki Fars hakimiyəti bu durumdan yararlanıb və milli fəalları birbirinin qarşısına qoymağa çalışacaqdır. Ayrılıq yaradan və dağıtıcı olan çabaların qarşısı bir an əvvəl alınmalıdır.

BayBak bir daha vurqulayır ki içəridə çalışan fəalların durumu və rolu önəmlidir. Onların bəzən gizli şəkildə çalışmaları, bəyanat yaymaları və qərar vermələri düzgün olsada, Azərbaycan Milli Hərəkatı adına qərar vermək üçün lazimi qədər gücə malik dəiyldirlər. Xaricdə yaşayanlardan yardım almaqla, içəridə daha güclü bir ilətişim sistemi yarada bilərlər. Hər işin təhlükəsi vardır, ona görədə ən az təhlükəli olanı seçmək lazimdir. Təhlükədən qorxaraq geri çəkilmək, milli hərəkatımızın məhv olunmasına doğru atılan addım olacaqdır.

İran adlanan ölkədə keçiriləcək olan seçki bir bəhanədir ta içəridə çalışan fəallar öz güclərin və birlikdə qərar vermək gücünə malik olduqlarını sərgiləsinlər. Toplantıları qurmaq, öz aralarında bağlantı qurub və görüş paylaşmaq, seçkilərdə Azərbaycan maraxları və qazana biləcəgi məqamların bəlli olunması üçün danışıqlar aparmaq v.s kimi işlər çox önəmli olacaqdır.

Belə bir sistemin yaranması, ələ gələn fırsat içində çox önəmlidir. Bu bağlantıların gələcəkdə daha önəmli qonularda qərar vermək üçün oynayacağı rol çox önəmli olacaqdır.

BayBak inanır ki ehsas özündən verilən reaksiyaları yaymaq yararlı dəiyldir. Özbaşınalıq edənlərə qarşı durmaq lazim olsada, onların işini bitmiş bir qərar olaraq qəbul etmək səhv olacaqdır. Əgər hər hansı bir özbaşınalıq baş vermişdirsə, o özbaşınalıqa nədən olanlar bəlli edilməlidir, adlar və amaclar açıqlanmalıdır ta fəallar öz aralarında qərar verə bilsinlər. Olay incələnmədən ona reaksiya vermək, olayın ətkisindən daha təhlükəli ola bilər.

Faydalı olacaqdır ta pərdə arxasında şübhə yaratan sözlərdən uzaq durub, Azərbaycan Milli Hərəkatına güc verə biləcək qonular ilə ilgilənək. Şəxsi və qurum anlaşılmamazlıqlardan yola çıxaraq, başqalarına hörmətsizlik edib və haqların əzməklə bir yerə varmaq olmaz. Onsuzda hərəkatımızda ayrılıq yarada biləcək güclər və casuslar çalışmaqdalar. Özümüz onların əlinə bəhanə verməyək.

BayBak
30/03/2009

BayBak, All about a Nation, Bir millətin səsi
Yazını epoçt adresinə göndər

==========
Buna bağli olan yazılar


Paylaş |
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://azr.baybak.com/il_2009_say_4494.azr
azeribaybak[at]gmail.com