- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
Görə görə, baxa baxa və bilə bilə səhv edənlər - Təbrizli Baybək
BayBək, Azərbaycan | Wednesday, 1st April , 2009 , 03:59 [am] | Məqalə-Yazi
![]() |
. | Seçkilərə qatılmaqdan yana olan fəallar, hər haldə qane edici dəlillərinin var olduğuna inanırlar. Ama, əzəmətlə sözün etdigimiz Güney Azərbaycanı 3 milion yarım sayılmayacaq olan səs ilə məhv edib və gücsüz göstərmək, Farsların bəlli etdigi və yönətəcəgi seçkiyə qatılmaqla, Azərbaycan və Azərbaycanlının mənliginin əzilməsinə baıis olmaq və şovonistlərin təxribatçı və anti-Türk siyasətinin davamına hər yönlü zəmin hazırlamaq, hər haldə milli düşüncə ilə yan yana gəlməyəcəkdir. |
Seçim yapmaq kəliməsinin anlamına gəlincə nələr ağıla gələr? Təbiki seçim yapmaq! Seçimi necə yapmaq olar? Təbiki nəsini və nədənini bilərək seçim yapmaq olar.
Gələk İran adlanan ölkədə cumhurbaşxanlığı seçiminə. Sözdə bir neçə nəfər aday vardır, ancaq, önəmli olan budur ki adayların ikisi Azərbaycan adı daşıyırlar. Biri Əkbər Ələmi, digərisə Mirhüseyn Musəvidir. Bunların aday olması qarmaşıq bir ortam yaradıbdır. Bu qarmaşanın yaranmasından disginib və bəzən tərs sonuca varan şəxslərsə, sanki Azərbaycan üçün qurtarcılar yaranacaqmışlar kimi əl-ayaqdan gediblər.
1- Seçimi kim yapar? Cavab bəllidir, yaxşılıqa doğru dəiyşim axdaran insanlar. Belə başlayaq ki ilk öncə Azərbaycan insanlarının yaxşılıqa gedən dəiyşimlərindən danışaq.
A- İlkəl haq, özünü öz torpağında idarə etmə haqqı
B- … burda dayanaq, çünkü bundan sonrası daxili iş sayılacaqdır və Azərbaycanlılar özlərini idarə etmə haqqı qazandıqdan sonra hamısı az ya çox yerinə oturacaqdır.
2- Seçim necə yapılar? Cavab bəllidir, bir neçə şəxs ki yaxşılıqa doğru lazimi dəiyşimləri vermək qabiliyətindələr aday olarlar, planların açıqlarlar, kütlə isə onlardan hansıki daha yetənəklidir səs verər.
A- Hal hazırda aday olanların hansı, dedigimiz dəiyşimləri verə biləcəklər?
B- Adaylar hansı gücə malikdirlər?
İlk soruya cəvab verdigimizdə, görürük ki nə Əkbər Ələmi, nədə Mirhüseyn Musəvi bu yöndə addımlamırlar. Onların yolu bambaşqadır. Ələmi özünü İran milliyətçısi bilərək, Fars olmayan İranlı tayfalara dil haqqından danışır, bir sıra yaramaz maraxdan danışır, ama, özünü tam olaraq, sözdə İran İslam nizamının qulluğunda olan birisi olaraq aparır.
Musəvi isə bəri başdan özünü nizam qulluqçusu və dini lider qulu olaraq aparıb, aparacağına söz veribdir.
İkinci soruya cavab verdigimizdə, cənab Ələminin gücü demək çox azdır. Onu İran adlanan ölkədə, Azərbaycandan başqa bölgələrdə tanıyan çox azdır. Hələ Azərbaycan içində də onu lazimi qədər tanıyan və istəyən yoxdur. Fars hakmiyətinin on illər boyu oynadığı oyundan dolayı, Azərbaycanda bu gün insanların çoxu Azərbaycanlı olduğunu tam olaraq bilmir.
Cənab Musəvi isə 20 il yoxluqdan sonra, anidən meydana gəlib və bəlli kanallardan, ki maraxlı olaraq hamısı Farsçıdırlar, himayə olunur. Muhafizəkardan tutmuş ta sözdə islahatçısına qədər çalışırlar ta ən azından cənab Musəvidən yararlanıb və dağılmaq üzərə olan Fars hakimiyətin ayaqda saxlasınlar.
Daha öncəki məqaləmdə yazdığım kimi, Fars hakimiyəti içəridən çox, xarici devlətlərdən çəkinir. Elə ona görədə çalışır ta Fars hakimiyətə qarşı hər tərəfli basqıları azaltsın, özünə Türkiyə sistemli bir devlətçilik çadırası örtsün. Daha sonra, o çadıranın altında istədigin yapsın. İçəridə Fars olmayan millətlərin haq istəkləri artmişdirsada, o qədər güclənməmişdir ki Fars hakimiyətini məhv etsin. Ama, xarici devlətlərin hər tərəfli basqısı, bəlki yaxın gələcəkdə içəridəki sorunların genişlənməsilə sonuclansı və hakimiyəti çökdürsün.
Fars şovonistləri çox yaxşı bilirlər ki xaricdən yardım edilmədigi zamana qədər, içəridəki qalxışlar önəmli qazanc əldə edə bilməiyb, və ona görədə onları əzmək çox qolay olacaqdır. Xarici devlətlərsə hələlik Farslar ilə muamilə etməkdən yanadırlar və İran adlanan ölkənin əsl sahiblərini görməməzlikdən gəlirlər. Bu davranış Farslar üçün çox önəmli faydadır və onlarda bu olaydan lazimi qədər yararlanırlar.
Seçkilərə qayıtdığımızda, iki adayın qazanmaq imkanlarına baxmaq yararlı olacaqdır.
Əkbər Ələmi sözdə milli haqlarımızla yaxından tanışdır.
- O Baybək qalasına yürüş edibdir,
- 2006 May qalxışında etirazlar edibdir,
- Farslara eşşək deiybdir*,
- ana dilində adlara qadağa qoyan baxanlığa etiraz edibdir v.s.
Ama, bu arada böyük bir ama vardır. O ama budur ki bu şəxsin bu qədər milli hissi və çabası olubdurda, əldə edilən nə olubdur?
- Baybək qalasına yürüş qadağa olunubdur və halada qadağadır,
- 2006 May qalxışında tutulanlar, yaralananlar və ölənlərin sözünə və etirazına baxan yoxdur,
- Fars hakimiyəti Tacikistan və Əfqanistan kimi ölkələrə miliardlarca yardım veribdir,
- Ana dilində adlar qadağa ki olub heç, cərimələr bilə artıbdır!
Aya, bu kimi sonuclar əldə edən şəxs, ki öz bölgəsində ətki qoymağa qadir dəiyldir, sözdə bir ölkədə söz sahibi ola biləcəkmi? Təbi ki yox. Hələ ona Azərbaycanda olan düşmənlərini, misal üçüb Təbrizin imamcüməsinin çətələrini artırsaq, ordan yola çıxaraq, Möhsin Rizaiy kimi quldur və mafiya babası, ki Devrim Qorucularnın əski qumandanı və sözdə İslam nizamının məsləhətlərini təşxis verən şuranın indiki aparıcılarındandır artırsaq, demək Əkbər Ələmi gəlmədən getmişdir.
Səs sayısına gəlincə, əgər Azərbaycanlılar birgə səs verməgə qalxsalar, 20 milion seçicidən (İran adlanan ölkənin 60% cəmiyətini Azərbaycanlı tutaraq seçicilərin sayısını əldə etmək olar) 25 faiyzinin qatılacağını (Əski seçkiyə görə ortalama) təxmin etsək (yaxlaşıq 5 milion), Doğu Azərbaycanda (Ələmini çox tanıyan bölgə) seçicilərin 80% səs versə (yaxlaşıq 2 milion), başqa yerlərdəsə yaxlaşıq 20% cənab Ələmiyə səs versələr (yaxlaşıq 500 min), İran adlanan ölkənin Türk olmayan bölgələrindən (yaxlaşıq 18 milion) 5% səs saysaq (900 min), toplam olaraq 3 milion 400 min səs saymış olacayıq. Bu ssenari tam düzgün olmasada, umumi bir görüntü verməkdə yardımcı ola bilir.
Demək sözün danışdığımız Güney Azərbaycan və İran adlanan ölkənin Türk olan bölgələrindən, habelə başqa yerlərə səpələnmiş olan Türklərin səsi, toplam olaraq 3,400,000 nəfər olacaqdır. Bu sayıda səs ilə 80 milionluq bir ölkəyə cumhur başxanı olmaq ehtimalı varmıdır? Hələ Fars hakimiyətinin yapacağı oyunbazlıqlar və təqəllubları artırsaq, sayımız bundanda az olacaqdır.
Mirhüseyn Musəvi-yə gəlincə ama durum fərqlənir. Bu cənabın arxasında çox güclü qurumlar və şəxslər dayanır. Onun gələcək seçkilərə mərmuz halətdə aday olmasına hələlik kimisə cavab tapmayıbdır. Xatırladım ki sözdə İslam devriminin ilk illərində baş nazir olan cənab Musəvi, ən azı 20 ildir ki rəsmən siyasətdən uzaq durmuşdur. Ona illər boyu verilən təklifləri kəsinliklə rədd etmişdir və hətta ötən seçkilərdə aday olmamasına dayır “mənim zamanım söğuşubdur”** demişdir.
Mirhüseyn Musəvini tanıyanların çoxu indi qocalıblar. Onun baş nazir olduğu zamanları xatırlayanlar olsada, yeni nəsil, ki seçicilərin çox əksəriyətini təşkil edirlər onu tanımırlar, hətta onun simasını bilə görməiyblər. 20 il öncədən, və hətta daha əskidən Azərbaycana xiyanət edən bu şəxs, illər boyu etdiklərindən peşman olmayıbdır, Türk olsada, Türklərin düşmanı kimidir. Bu şəxs nədən ortalığa çıxdı? Onu hansı maraxlar meydana çıxardı?
Bilirik ki Fars hakimiyətinin sayısız hesabsız hilələri olmuşdur. RƏfsəncanı udsun diyə, Həbibi adında naməlum şəxs ortaya gətirdilər, adlımların arasından isə, heç kimsənin tanımadığı Əhmədinəjadı seçdilər! Belə açıq aşkar hoqqabazlıqları görübdə, ortaya atılan iki aday ilə Azərbaycan milləti adına qərar mı vermək olar?
Saçmalıq etmək zamanı dəiyldir, insanları təhrik edib və boşu boşuna Fars hakimiyətinə leqallıq qazandırmaq zamanı dəiyldir. Azərbaycan seçkiləri boykot etsə, ən azından öz kimligin və mənligin qorumuş olmuş olacaqdır. Seçilən hər kim olursa olsun, Azərbaycan Milli Hərəkatına qarşı and içmiş düşman olacaqdır. Bu düşmana özümüz mü səs verməliyk? Hansı sağlam düşüncə belə işə hə deiyə bilər? Bir daha təkrar edim ki, İran adlanan ölkədə Qurbaçov ummaq səhvdir.
Bölgədə çox geniş və pıddaşıq oyunlar gedir. Dünənə qədər Amerikanın sağ əli olan Pakistan, az qala Amerika ilə savaş başlamış kimidir! Nədən? Sizcə Pakistanı Hindustana qarşı bəsləmək, Talibanı orda əkib və yetişdirmək, indisə Hindustanı üstün tutub və Pakistanı əzmək sadə bir məsələmidir? Pakisyan parçalanmağa mı doğru aparılır? Kəşmirdə nələr baş verir? Bu arada bunuda artırım ki Quzey Azərbaycanın indiki durumu, Pakistanın on illər öncəki durumudur. Orada silahlandırlıdı, ama ekstrimist qurumların toxumuda əkildi. İndi Pakistan, Hindustan və Taliban-Əlqaidə durumuna baxın, Azərbaycan, Ermənistan və ekstrimist qurumların göyərməsini nəzərdə tutun.
Sözüm ondadır ki bizdə qurbanlıq qoyun kimi, donmuş ət kimi yeiylməmizi gözləməyək. İran adlanan ölkəyə sıra gəlincə, biz öz haqqımızı tərif edib və siyasi sınırlarımızı çizək.
Daha öncədən önərmişdim ki Güney Azərbaycan üçün sürgündə kabinet yaradılmalıdır. Bu kabinetin işi lobbiçilik və inkişafa yönəlik siyasət ürətmək olmalıdır. Zamanı gəlincədə, müstəqil olacaq ölkəmizi idarə etmək üçün, xarici devlətlərin qulluqçularına möhtac qalmayacayıq. İraq və Əfqanistana baxın, ordaki sözdə hakimiyətlərə baxın. Amerika hələ istəiyr ki öz səfirini Əfqanistan cumhurbaşxanı etsin! Zülmay Xəlilzad adında bir şəxs hər haldə sizədə tanış gəlir, elə dir ya yox?
Mən seçkilər barəsində başqa adylara toxunmuram. Farsçı və İrançı şəxslər ki özlərini Türk millətçisi adlandırıb ama Xatəmi və Əkbər Gənci kimi cinayətkardan mudafiyə edirlər bilsinlər ki belə davranışların amacı açıqlanıbdır. Seçkiləri rəklam etmək üçün, elə bil Azərbaycana özgürlük verəcəklərmiş kimi, öncə Xatəmi, daha sonra onun yerinə gətirilən Musəvini pərəstiş etməgə başlayıblar! Bunların ovucu açılıb, ama nədənsə özdən getmək istəmirlər.
Seçkilərə qatılmaqdan yana olan fəallar, hər haldə qane edici dəlillərinin var olduğuna inanırlar. Ama, əzəmətlə sözün etdigimiz Güney Azərbaycanı 3 milion yarım sayılmayacaq olan səs ilə məhv edib və gücsüz göstərmək, Farsların bəlli etdigi və yönətəcəgi seçkiyə qatılmaqla, Azərbaycan və Azərbaycanlının mənliginin əzilməsinə baıis olmaq və şovonistlərin təxribatçı və anti-Türk siyasətinin davamına hər yönlü zəmin hazırlamaq, hər haldə milli düşüncə ilə yan yana gəlməyəcəkdir.
Sözdə Türk islahatçılarının yaranması, sözdə islahatçılara dəstək vermək, sözdə Türk adayların meydanda saxlamaq v.s kimi şuarlar içi boş və təhlükəlidir. Buraxın Farslar tək başına seçki hazırlasınlar, buraxın özlərinin indidən seçdikləri şəxs seçilsin, Azərbaycan nə əldən verəcəkdir ki?
Milli düşüncəli “sürgündə devlət”imiz qurulmalıdır, yoxsa Farsın seçimi kimi, başqalarında seçiminə baş əyməli olacxayıq!
Təbrizli Baybək
31/03/2009
Croydon
* Məhəmməd Hüseyn Behcət-i Təbrizi (Şəhriyar) bir şer yazaraq Türklərə ehanət edən Farslara cavab veribdir. Tehranı səhvən Fars xitab edən Şəhriyar, “Türk eşşək dəiyldir, ona əşşək deyən özü eşşəkdir” demişdir. Şer Fars dilində yazılmışdır və Əkbər Ələmi bu şeri Fars hakimiyətinin sözdə milli məclisində oxumuşdur, ancaq əsl beytlərin dilə gətirməkdən çəknimişdir.
** Bu söyləiyş yaxlaşıq 7 il öncə bir məclisdə deiylibdir.
, Bir millətin səsi==========
Buna bağli olan yazılar
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir