- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
Cənab Zareiyun, ad apardığınız şəxslərin etiraz amaclarına baxın! - Təbrizli Baybək
BayBək, Azərbaycan | Saturday, 4th April , 2009 , 20:12 [pm] | Məqalə-Yazi
![]() |
. | Cənab yazar ilk öncə “popolist”** və “opportiyonist”** kəlimələrinə toxunub və bəzilərinin bu kəlimələri cənab Ələmi-ni tanıtmaq üçün qullandıqlarını doğru bilməiyb. Yazar bildirib ki bu kəlimələrin anlamı, cənab Ələminin yapdıqları işlərlə tuş gəlmir. Əlbəttə cənab yazar çalışır ta Əkbər Ələminin etdigi etirazlarla, o kəlimələrin anlamında olan yükün fərqli olduğunu isbat etsin. Ama, yazar önəmli qonuları cavabsız buraxıb: Cənab Ələmi nəyə etiraz edib? Nədən etiraz edib? Kimə etiraz edib? Etirazının sonucu nə olub? |
İran adlanan ölkədə sözdə seçkilərin yaxınlaşması olduqca maraxlı ortam yaradıbdır. Seçkilərə görə bir sıra muvafiq və muxalif görüşdə olan fəalların yanısıra, iki Türk adayının meydana gəlməsi daha maraxlı məqamların açılması və tartışmaya çıxarılmasına nədən olmuşdur.
Sözüm min sifətdə olanlardan getmir, ki bəzən “hə” və bəzəndə “yox” deiyib, soranda isə “mən demədim” deiyrlər! Onların artıaq kimlərə qulluğ etdikləri bəlli olumuşdur. Qulluğ etdikləri bəlli olmasada, ən azından Azərbaycan qulluğunda olmadıqları aydındır. Biri Xatimiçi olur Türkləri qandırır, biri cənab Ələmini rəklam edir, biri cənab Musəvi deiyr və hətta cənab Əhmədinəjadı bilə dəstəkləiyrlər! Bunların hamısına bir nədən vardır, oda budur ki bu şəxslər Azərbaycan Milli Hərəkatının nə olduğunu anlamayıb və ya anlamamazlıqdan gəlməkdədirlər.
Ama, bu arada içəridəki soydaşlarımızın bir çoxlu dəyərli fikirləri və incələmələrinə şahid oluruq. Çeşitli yollar ilə yaxında yapılacaq olan seçkilərə toxunub bə Azərbaycan üçün ən az həzinəli, ancaq ən çox yararlı olan yolu aramaq üçün çalışırlar.
Cumhurbaxanlığı barədə neçə məqalə yazıb və onlarda çalışmışam ta Azərbaycanın tutacağı mövqeiyətin necə olduğunu açıqlayam və əldə ediləcək qazancları bəlli edəm. Hər haldə bu mənm fikirlərimdirlər və təbiki hamının onunla razılaşmasını istəmirəm. Ama, məni rahatsız edən məqam budur ki aşkar olan qonularla, sankı çox rəmzli və gizli gərçəklərdirlər kimi yanaşmaqdır.
Son günlərdə bir məqalə* oxudum. Yunis Zareiyun adında bir soydaşımız çalışıbdır ta bu məqalədə Əkbər Ələmi-ni dünyanın önlü şəxsiytlərilə tutuşdursun və onların atdıqları addımları eyni səviyəyə gətirsin. Mən çalışacağam ta bu soydaşa sabit edəm ki “Hər kor kişinin oğluna Koroğlu denməz”. Bu sözdən cənab Ələmi və ya başqalarına tovhin etmək istemirəm, sözüm burdadır ki ayrı-ayrı gərçəkləri birbirilə tutuşdurmaq və sonuc almaq düzgün olmaz.
Cənab yazar ilk öncə “popolist”** və “opportiyonist”** kəlimələrinə toxunub və bəzilərinin bu kəlimələri cənab Ələmi-ni tanıtmaq üçün qullandıqlarını doğru bilməiyb. Yazar bildirib ki bu kəlimələrin anlamı, cənab Ələminin yapdıqları işlərlə tuş gəlmir. Əlbəttə cənab yazar çalışır ta Əkbər Ələminin etdigi etirazlarla, o kəlimələrin anlamında olan yükün fərqli olduğunu isbat etsin. Ama, yazar önəmli qonuları cavabsız buraxıb: Cənab Ələmi nəyə etiraz edib? Nədən etiraz edib? Kimə etiraz edib? Etirazının sonucu nə olub?
Əkbər Ələmi normaldə bir depotat olaraq 8 il Təbriz-Tofarqan-Üski şəhərlərini təmsi edibdir. 8 il içində, miliardlarca Farsistan bölgələrinə vəsaiyt ayrılanda, Fars dili daha üstün tutulanda, cənab Xatəmi kimi Farspərəstlərin hakimiyətində xidmət edən cənab Ələmi, Azərbaycan və başqa Türk bölgələrinə olan zülmlərin qarşısında necə dayanmışdır? Hələ onun deoptat olmadan öncə və ya sözdə İslam-Fars devriminə yapdığı xidmətləri, burada açmaq istəmirəm, ama bunu deməliyəm ki bu cənab ömrünün çox hissəsini Fars hakimiyətinə örəkdən xidmət etməklə soğmuşdur, bu cənab İslam adına Fars üstünlügünə inanmışdır. Yoxsa, nədən illər boyu gördügü ayrı-seçkilikərər səssiz qalmışdır ki heç, onların daha dərinləşməsinə yardımcı olmuşdur?
Yunis Zareiyun məqaləsində gəlir yetişir Fransa devriminə****. Ona nədən olan etirazları axdarır və sonra yetişir İmauel Kant1, Frans Fanon2, Jan-pol Sarter3, Karl Marks4, Çeqevara5, Xosro Qolesorxi6, Pablo Ferora!, Əhməd Kaya7, Yusuf Xayaloğlu8, Mahatama Qandi9, Nelson Mandella10 və Şiələrin birinci imami hz. Əli-ibni Əbitalib kimi şəxslərə.
Söz burda etirazdan gedir. Cənab Zareiyun isə etirazların nəqədər önəmli olduqlarını anlayaraq bu qonuya toxunudr. Ama, mələsəf yazar tutuşdurmağa gəlincə böyük bir səhvə yer verir. Səhv buradadır ki adları gedən şəxslərin hamısı, var olan bir sistemə etiraz etməklə, hətta canlarını bilə qurban vermişlər. Sözüm ondan dəiyldir ki örnəiyn Əhməd Kaya kimi şəxslər terrorçu Kürdlərə Türk dilində həyəcan yaradıb və onları dağa çəkmişdir, sözüm burdadır ki adları gedən şəxslər heç biri var olan sistem ilə barışmamışıar. Ona görədə yaşamları boyunca o sistemə qarşı mucadilə aparıb, ya qazanmışlar və ya ölmüşlər.
Cənab Zareiyun-nun yol verdigi səhvə gəlincə, soruşuram ki, aya Əkbər Ələmi var olasn sistem ilə savaş aparırmı? Yox. Və buda məqalənin sonu deməkdir.
Əkbər Ələmini özündən daha çox tanıyanlar!
Son günlərdə çeşitli kanallardan Əkbər Ələmi rəklam olunur. Onun səs qazanamayacağını və hətta səlahiyətinin onaylanmayacağını bilərək belə reklamlar edib, onun 8 il içində barmaq sayısı, Azərbaycan üçün etirazlarını video şəklində hətta yataq otaqlarında bilə yayirlar. Buna səbəb nədir görəsən? Necə olur ki Azərbaycan Milli Hərəkatından dəm vuranlar, anidən yön dəiyşib və Fars şovonistlərinin yaratdığı siyasətin dalıca düşürlər?
Azərbaycan Milli Hərəktaında bir sıra təməllər yaranıbdır. Bu təməllərin hamısıyla razılaşmasamda, bir çoxunu qırmızı cızığ olaraq qəbul edib və onlardan aşmamağı önəmli bilirəm. Örnək üçün, Azərbaycan hududları, Türklük, öz müqəddəratı öz əlinə almaq, və çox həssasiyət daşıdığı kəlimənin yasaq olduğu “Azəri” sözcügünün qullanmaması!
Yuxarəıda sadaladığım təməlləri qorumaq üçün, illərdir bir sıra sözdə milli fəallın bunları bağırmaqda boğazları yırtılıb, qarşı düşüncədə olan başqa milli fəallara saldırıb və utanc verici olaylar yaratmışlar. Bu olaylara nədən isə, örnək olaraq, “Sən nədən mənə Azəri dedin” və ya “Sən nədən Azərbaycanlılara Türk dilli İranlı dedin” v.s kimi söyləiyşlər olmuşdur. Sözün etdigim sözdə milli fəallar, kəsinliklə “Azəri” kəliməsilə muxalifdirlər, “Türk dilli İranlı” ifadəsilə muxalifdirlər və “Öz müqəddəratını əldə etmək”dən az haqqa razı dəiyldirlər. Bəs necə olur ki sözü gedən fəallr bir gecədə yön dəiyşib, və Əkbər Ələminin açıqca ifadə etdigi szöləri, açıqcasına sərgilədigi düşüncələri və yapdığı-yapacağı işləri qəbul etdirməgə çalışırlar?
CƏnab Ələmi rəsmən bu var olan Fars-Şiə sisteminin yanlısı və hətta qulluqçusudur. Bunu mən iddia etmirəm, şəxs cənab Ələmi hər dəfə danışığında onu ifadə etmişdir. Son günlərdə “Radio Zəmanə”də bir proqrama12 qonağ olan cənab Ələmi, İran adlanan ölkənin bir millət olduğu, bütöv olduğunu və təməllərinin dəiyşməz olduğunu dilə gətirmişdir. Bu proqram səs şəkilində yayılmışdır, və cənab Ələminin hər zaman verdigi ifadələrin təkrarı olaraq sunulmaqdadır.
Mən İran adlanan ölkədə yapılacaq olan cumhurbaşxanlığı seçkilərin Azərbaycana boykot fırsatı verdigi üçün, ki bu vasitə ilədə öz gücümüzü və səsimizi dünyaya catdırmağ imkanı əldə edirik kimi dəyərləndirirə. Bu seçkilərə qatılacaq olan adayların hamısını Azərbaycan xaıyni və millətiməzə yönəlmiş saxta oyuncaq kimi görürəm. Bunların arasında hər kim olursa olsun, Fars sisteminə davam vermək üçün gələcəgi bəllidir. Ama bəzən cənab Xatəmi qurupunun sevdalıları mənə saldırırlar ki nədən islahtələbləri vurub və örnəiyn cənab Əhmədinəjada qarşı durmursan! Burda deməliyəm ki mən Fars sistemində olan tüm şəxs və qurumlara qarşı olub və olacağam.
Mən pis və daha pis arasında seçim yapmanın muxalifi olaraq bildirmişəm ki nədən gərək məcbur edilək ki onların birini seçək? Biri göz önündə pis olur, misal, cənab Əhmədinəjad kimi, birisə gizli zərbə vurana bənzir, cənab Ələmi kimi, demək göz önündə olanı tanıtmaq faydalı olmayacağına görə, gizli və daha təhlükəli olanı aydınlatmağ yararlı olacaqdır.
Əkbər Ələmi, Mirhüseyn Musəvi və ya başqaları tam anlamında bir Fars sistemi törətmələridirlər və heç bir zaman, heç bir dönəmdə Azərbaycan Türk millətinə sayqılı olmayacaqlar. Məgər, bir geniş deiyşim yaşayıb və milli hislərinə geri dönsünlər. Sizcə bu dəiyşim hayata keçəcəkmidir?
Radio danışığında Azərbaycan Türk millətinə “Türk dilli İranlılar” və “Azərilər” deyən, İran millətinə inanıb və ondan mudafiə edən, İran İslam hakimiyətinin tam anlamında qorunmasına söz verən, sözdə ana yasada olan bir iki sadə haqdan danışan və onu yetərli bilən cənab Ələmi-yə qarşı, yuxarıda sözün etdigim sözdə milli fəallar nədən təpki vermirlər ki heç, ondan mudafiə bilə edirlər? Məgər Dr. Çöhrəqanlıda eyni ifadəni verməmişdi? Nədən həman şəxslər cənab Çöhrəqanlını bağışlanmaz bir satqın adlandırırlar, ama cənab Ələmi üçün toy tutub hər gün iki saat onun videoların yayırlar? Hələ, Dr. Çöhrəqanlının yapdıqları və yaşadığı dəiyşimlərin mində biri cənab Ələmi üçün geçərli olmadığı haldə!
Son söz
Bu məqalədəe Yunis Zareiyun-un yazdığı məqalə bəhanə olsada, amacım İran adlanan ölkədə hakimiyətə geçən Fars şovonistlərinin çeşitli oyunlarına toxunmaq olmuşdur. Cənab Zareiyun öz yazısına doğru yoldan başlamişdir, yazının ilk bölümü tan anlamında təsir edici gərçəklərə toxunmuşdur, ancaq yazar sonuc almasında bğyük bir səhvə yol vermişdir. Bu səhv isə bəlkə ilk baxışda gözə çarpmasın, nədənisə sözün etdigim gizli təhlükələrin mahiyətindən qaynaqlanmaqdadır.
Sözdə cumhurbaşxanı seçkiləri qonusuna daha çox önəm vermək lazimdir. Azərbaycan milli fəalları adına bəzən bildirilər yayılsada, açıqcasına bu önəmli qonuda hələ bir sonuca varmamışıq ki heç, lazimsiz düşmançılıqlarada yol açmışıq.
Seçkilərin boykot olunması bizim xeyrimizə olacaqdır. Daha öncəki məqaləmdə dedigim kimi, seçkilərə qatılsaq bilə, Fars şovonistləri öz istədiklərini seçəcəklər! Bu arada ama biz boykot etsək, Fars hakimiyətinin dünyada daha çox əli açılacaq və bizim qatılmadığımızın nədəni dünya medilarına daşınacaqdır. Bu durumda, ya Fars hakimiyəti bir az olsada Azərbaycanda özgürlük verməgə məcbur olar və biz ondan qullanaraq milli hərəkata hız verərik, ki bu addım inanılmaz və gözlənilməzdır, və ya Azərbaycanı daha çox basqı altına qoyacaqdır, ki buda milli hərəkatımızın haqlı və hızlı inkişafına nədən olacaqdır. Hər haldə boykotdan alacağımız nəticə daha yararlıdır. Seçkilərə qatılmağımız isə, Fars şovonistlərinin bize seçdigi yolda addımlayaraq özümüzü məsxərə etdigimiz kimi alınacaqdır.
Əkbər Ələmi-nin gəlişi, seçilməsi və iş başına geçməsi rəmzli olsada, onun yapa biləcəgi işlər daha çox rəmzlidirlər. O öz dililə deiyr ki İran adlanan ölkənin anayasasını uyqulayıb və ona sadiq qalacaq. Sizcə sözü gedən anayasada isə Fars dili İran millətinin ilk və rəsmi dili yazılıb, İran adlanan ölkənin Şiə olduğu açıqlanıb, başqa millətlərin danılması və məhv edilməsinə yol verən belə maddələrin uyqulanmasına söz verən adaya səs vermək məntiqə sığan mıdır?
Məqaləmin sonunda qıssa olaraq cənab Ələminin düşüncəsini və cumhurbaşxanlığına fikirlərini sizinlə paylaşıram:
- Məni məhz Azərbaycana məhud etmək yanlışdır, mən İran millətinin haqlarını mudafiə etmişəm! (İran milləti dedigində Azərbaycanın Türk millətininki olduğunu inkar edir)
- Anayasada İran qomlarına bəlli haqlar verilibdir! (Bu haqları kim və hansı güc ilə insanlara təiyn edib?)
- Mən depotat olduğumda isbat etdim ki “İranın bölünməz olduğuna”, “Milli birlik” və “Milli maraxlar”ı öndə tutaraq, başqa insanların dil və kültüründən hymayət etmək olar. (Azərbaycan torpağının işqalına davam vermək, Türk millətini yoxa saymaq və Fars üstünlügünü, ya onun dediginə görə İran millətini qoruyaraq, başqalarına bəlli haqları vermək olar! İnsanların haqların necə məhdut edib və onlara haq tərif etmək olar?)
- Cumhurbaşxanı olsam əgər, İran millətinin haqlarının daxılındə, Azərbaycan və başqalarının haqlarınıda nəzərə alacağam! (Haqlar veriləcək demir, nəzərə alacağına daiyr söz verir!)
(Danışığı Farscada dinləyə bilərsiz:
Yendirmək üçün: [1] lütfən tıklayın)
Bu faktları görərək, bilərək və anlayaraq, genədə belənçi bir şəxdən mədəd umanları qınayım mı, yoxsa … Görə görə, baxa baxa və bilə bilə səhv edənlər13 mı istəiyrik?
Etiraz edən, sistemin dəiyşməsini tələb edər, onun daha hiləkar çalışmasını önərməz!
Təbrizli Baybək
03/04/2009
Croydon
* Yunis Zareiyun “Öyrəncisəl Arman Təşkilatı” başxanıdır. Məqalə Farscada “Ələmi və Etiraz məktəbi” adında yazılıbdır. Referens üçün o yazını məqaləmin sonunda gətirmişəm.
([2] far.baybak.com…)
** Populist
*** Opportunitist
**** French Revolution
1- Immanuel Kant, 1724-1804
2- Frantz Fanon, 1925-1961
3- Jean-Paul Sartre, 1905-1980
4- Karl Marx, 1818-1883
5- Che Guevara, 1928-1967
6- Khosrow Golsorkhi, 1944-1974
7- Ahmet Kaya, 1956-2000
8- Yusuf Hayaloğlu, 1953-2009
9- Mohandas Karamchand Gandhi, 1869-1948
10- Nelson Mandela, 1918-
11- Ali ibn Abi Talib, 599-661
12- [3] zamaaneh.com/a… (Farscadadır, səs falıda yerləşdirilmişdir [4] far.baybak.com…)
13- “Görə görə, baxa baxa və bilə bilə səhv edənlər” başlığı altında bir yazı yazmışam və onda başqa yöndən seçkiləri və Azərbaycanın tutumunu incələmişəm.
[5] www.azr.baybak…
, Bir millətin səsi==========
Buna bağli olan yazılar
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir